Avroliqa — Vikipediya

"Türk Hava Yolları" Avroliqa
KonfederasiyaFİBA Avropa
Yaranma tarixiFİBA erası
14 dekabr 1957 (66 il əvvəl) (1957-12-14)[1]
Avroliqa dövrü
9 iyun 2000 (23 il əvvəl) (2000-06-09)[2]
İlk mövsümFİBA erası
1958
Avroliqa dövrü
2000–01
Komanda sayı16
Piramida səviyyəsi1
Hazırkı çempionlarıTürkiyə Fənərbaxça
(İlk dəfə)
Ən çox çempion olmuşİspaniya Real Madrid
(9 dəfə)
Veb-saytRəsmi vebsayt
2017-18 mövsümü

Avroliqa (sponsorluq razılaşmasına əsasən Türk Hava Yolları Avroliqa kimi də adlandırılır) — 2000-ci ildən etibarən Avropa basketbol klubları üçün Avroliqa Basketbol tərəfindən təşkil edilən Avropa səviyyəsində yüksək səviyyəli peşəkar basketbol klubu müsabiqəsi.

2000-ci ildə verilən qərara əsasən, FİBA ​​tərəfindən 1958-ci ildən etibarən idarə edilən FİBA ​​Avroliqa (əvvəldən FİBA ​​çempionları kuboku ya da sadəcə Avropa kuboku adlandırıldı) adında əvəzetmə edildi. Lakin bu sadəcə olaraq rebrendinq xarakteri daşıyırdı.

Avroliqa 2016-17 mövsümündə liqa matçları üçün orta hesabla 8.472-lik bir azarkeş sayı ilə dünyanın ən məşhur peşəkar qapalı idman liqalarından biridir. Bu nəticə ilə dünyada peşəkar qapalı idman liqaları arasında (Amerika Birləşmiş Ştatları xaricində ən yüksək) beşinci və yalnız Milli Basketbol Assosiasiyası (MBA) arxasında dünyanın hər hansı bir peşəkar basketbol liqası ikinci ən yüksək nəticədir.

Avroliqa çempionluğu 21 fərqli klub tərəfindən qazanılıb, onlardan 13-ü bu uğura ən azı 2 dəfə sahib olub. Yarışın ən müvəffəqiyyətli klubu Real Madriddir – doqquz dəfə bu mükafatın sahibi olmuşdur. Mövcud çempion isə 2017-ci ilin finalında Olimpiakosu məğlub edən Fənərbaxçadır ki, bu da onların ilk belə uğurudur.

Loqolar[redaktə | mənbəni redaktə et]

Avroliqa loqosunun inkişafı
2000–2005 2005–2010 2010–2016 2016–indiyə qədər

Klublar[redaktə | mənbəni redaktə et]

Aşağıda 2017-18 mövsümündə iştirak edən klubların siyahısı verilib:

Komanda
Şəhər
Stadion
Tutum
Türkiyə Anadolu Efes İstanbul Sinan Erdem Arenası 16.000
İtaliya Olimpiya Milan Milan Mediolanum Forum 12.700
İspaniya Baskoniya Vitoriya-Qasteys Fernando Buesa Arenası 15.504
Almaniya Broze Bamberq Broze Arenası 6.249
Serbiya Srvena Zvezda Belqrad Konbank Arenası 18.386
Aleksandar Nikoliç Zalı 8.150
Rusiya MOİK Moskva Moskva Meqasport 13.344
İspaniya Barselona Barselona Blauqrana 7.585
Türkiyə Fənərbaxça İstanbul Ülkər Sports Arena 13.059
Rusiya Ximki Ximki Mıtişi Arenası 7.280
İsrail Makkabi Tel-Əviv Təl-Əviv Menora-Mivtaxim 11.060
Yunanıstan Olimpiakos Pirey Barış və Dostluq Stadionu 11.640
Yunanıstan Panatinaikos Afina Olimpik qapalı zalı 18.989
İspaniya Real Madrid Madrid Komunidad de Madrid Arenası 15.000
İspaniya Malaqa Malaqa Font de San Luis bələdiyyə pavilyonu 11.300
İspaniya Valensiya Valensiya Xose Mariya Martin Karpena Arenası 8.500
Litva Jalqiris Kaunas Jalqiris-Arena 15.552

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Champions Cup 1958". linguasprt. 2019-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2017.
  2. "ULEB History". ULEB. 2013-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 yanvar 2017.