Ayastеfanоsdakı rus abidəsinin yıхılmаsı — Vikipediya

Ayastеfanоsdakı rus abidəsinin yıхılmаsı
Janr sənədli film, səssiz film
İlk baxış tarixi 25 dekabr 1914
Ölkə
Dillər Osmanlı dili
Rəng ağ-qara[d]
IMDb ID0289081
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ayastefanosdakı rus abidəsinin yıxılması (türk. Ayastefanos'taki Rus Abidesinin Yıkılışı; osman. موسقوف هىكلنك تجريبى, translit. Moskof Heykelinin Tahribi, azərb. Moskva heykəlinin təxrib olması‎) — Fuad bəy tərəfindən 14 noyabr 1914-cü il tarixində çəkilən Osmanlı sənədli filmi. Film Türkiyə kinematoqrafiyasındakı ilk film kimi qəbul edilir.[1] Ayastefanos (indiki Yeşilköy) yaxınlıqlarındakı Kalitariyada (indiki Şənlikköy və ya Floriya) 1877–1878-ci illərdəki Osmanlı–Rusiya müharibəsinin xatirəsinə ruslar tərəfindən tikilən Ayastefanosdakı rus abidəsinin yıxılmasını əhatə edən film Avstriya-Macarıstan şirkəti olan "Sascha-Meßter-Film"in texniki dəstəyi ilə Osmanlı ordusu adına 150 metrlik lentə ağ-qara olaraq çəkilmişdir.

Digər tərəfdən, bəzi mənbələrdə filmin doğrudan da çəkilib çəkilməməsi müzakirə mövzusuna çevrilmişdir. Filmin 1953-cü ildə Nurullah Tilgən tərəfindən Türkiyə kinematoqrafiyasının ilk filmi olduğu irəli sürülmüşdür. Lakin filmin heç bir nüsxəsinin mövcud olmaması və varlığını sübut edən konkret bir dəlilin olmaması 1970-ci ildə Nicat Özönün bu məsələyə şübhəli yanaşmasına səbəb olmuşdur. Filmi izlədiyini iddia edən şahidlərin ortaya çıxmasına baxmayaraq, kinematoqrafiya tarixçiləri hələ də filmin doğrudan da çəkilib çəkilməməsi haqqında həmfikir deyillər. Əlavə olaraq, sənəd filmin "Türkiyənin ilk filmi" olması iddiası da mübahisəlidir. Əksinə, fərqli-fərqli qruplar iddia edir ki, Türkiyə kinematoqrafiyasındakı ilk film ya "İp toxuyan qadınlar", ya da "Despina nənə"dir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. İntiqаm Hаcılı. "Türk kinosu atlara və yeniçərilərə borcludur". Kulis.az (az.). 2024-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-03.