Azərbaycan Demokrat Firqəsi (fars. حکومت ملی آذربایجان, rus. Азербайджанское народное правительство) — 1945-ci ilin noyabr ayında SSRİ-nin dəstəyi ilə İranın Şərqi Azərbaycan ostanında yaradılmış Azərbaycan dövləti. ADF-nin rəhbəri Seyid Cəfər Pişəvəri olmuşdur. Azərbaycan Demokrat Firqəsi SSRİ-nin dəstəyini cəkməsi nəticəsində dağılmışdır.
ADF ilə Mahabad Cümhuriyyət arasında olan münasibətlər[redaktə | mənbəni redaktə et]
3 may, 1946-cı ildə Azərbaycan Demokrat Firqəsi ilə Mahabad Cümhuriyyəti arasında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən:
- Hər iki tərəf bir-birlərinə nümayəndə göndərməli və münasibətlərin inkişaf etməsinə zəmin yaratmalı idilər.
- Hər iki hökumətin nümayəndələrinin iştirakı ilə iqtisadi şura yaradılmalı və iqtisadi məsələlər müzakirə etməli idi.
- Lazım olanda hər iki hökumət bir-birlərinə hərbi yardım göstərməli idilər.
- Azərbaycan Demokrat Firqəsində kürdlərin yaşadığı ərazilərdə kürd, Mahabad Cümhuriyyətində isə Azərbaycanlıların yaşadığı ərazilərdə Azərbaycanlı millət vəkili seçilməli və öz xalqını təmsil etməli idi.
- Azərbaycan Demokrat Firqəsi ərazilərində yaşayan kürd gənclər üçün təhsil almaq imkanı yaradılmalı idi. Həmin qərar Mahabad Cümhuriyyətində yaşayan Azərbaycanlılar üçündə qəbul edilmişdir.
- İranla aparılan danışıqlar zamanı hər iki hökumətin ümumi razılığı olmalı idi.
- Mahabad Cümhuriyyət və Azərbaycan Demokrat Firqəsinə digər bir dövlət tərəfindən hərbi və ya siyasi müdaxilə olardısa, hər iki dövlət eyni maraqları müdafiə edərək, düşmənə qarşı birləşməli idi.
- Azərbaycan dili rəsmi dil olaraq, məktəblərdə tədris edilmişdir.
- Təbrizdə Azərbaycan dilində ilk universitet açılmışdır.
- Qadınlara səs vermək hüququ verilmişdir.
- Bəylərin torpaqları, kəndlilər arasında bölünmüşdür.
Azərbaycanda kommunizm |
---|
Siyasi partiyalar və təşkilatlar | | |
---|
Dövlət adamları və inqilabçılar | |
---|
Azərbaycanda olan xarici kommunistlər | |
---|
Tarixi və əsas mövzular | |
---|
Mətbuat | |
---|
Ədəbiyyat | |
---|
Film | |
---|
|