Azərbaycan Milli Aerokosmik Agentliyi — Vikipediya

Azərbaycan Milli Aerokosmik Agentliyi
(AMAKA)
Ümumi məlumatlar
Ölkə  Azərbaycan
Yaradılma tarixi 1992
Tabelik Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi
Baş qərargah Bakı Bakı
Rəhbərlik
Baş direktor Natiq Cavadov

Rəsmi saytı nasa.az

Azərbaycan Milli Aerokosmik Agentliyi — Azərbaycanın kosmik tədqiqat proqramlarını idarə edən dövlət qurumu. Agentlik 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində "Kaspiy" Elmi Mərkəzi kimi fəaliyyət göstərib. 1981-ci ildə "Kaspiy" Elmi Mərkəzinin bazasında Kosmik Kəşfiyyat Elmi İstehsalat Birliyi yaradılıb. Azərbaycan Milli Aerokosmik Agentliyi 1992-ci ildə Ayaz Mütəllibovun 580 saylı fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının "Kaspiy" Elmi Tədqiqat mərkəzinin yerinə təsis edilmişdir.[1][2]

Tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycan kosmik proqramı daha çox Sovet İttifaqı dövründə olduğu kimi beynəlxalq əməkdaşlıq yolu ilə həyata keçirilir. Bir neçə Azərbaycan zavodu Sovet İttifaqının kosmik layihələri üçün avadanlıq istehsal edirdi, lakin həmin müəssisələr indi köhnəlib.[3] Proqrama həm milli, həm də digər xalqlarla iş birliyində bir sıra peyk missiyaları daxil edilmişdir.

2006-cı ildə Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir.[4] 2009-cu ildə Azərbaycan kosmik sənayesi, İlham Əliyevin sərəncamından sonra kosmik sənayenin inkişafı üzrə dövlət proqramı çərçivəsində inkişaf etdi.[5] Proqram çərçivəsində, 2013-cü ilədək VSAT (Çox Kiçik Apertur Terminalı) yığımı və istehsalı üçün təkliflər verilməsi planlaşdırıldı. 30 iyun 2014-cü ildə agentlik, Airbus ilə əməkdaşlıq edərək Azersky müşahidə peykini buraxdı.[6][7][8][9]

Layihələr[redaktə | mənbəni redaktə et]

Təşkilatlar[redaktə | mənbəni redaktə et]

  • Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu
  • Elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutu
  • Ekologiya İnstitutu
  • Kosmik Cihazqayırma Təcrübi Zavodu
  • Cihazqayırma Xüsusi Dizayn Bürosu
  • Xüsusi Dizayn-Texnoloji Bürosu (Lənkəran şəhərində)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Milli Aerokosmik Agentliyinin yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2021-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2021.
  2. "Azərbaycan Milli Aerokosmik Agentliyinin direktoru: "Kosmonavt hazırlamağa tam hüququmuz və imkanlarımız var" – MÜSAHİBƏ". az.apa.az (az.). 22 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 August 2014.
  3. "Azerbaijan: Baku Developing Satellite to Kick Off National Space Program". eurasianet.org (ingilis). 12 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2021.
  4. "Milli Aerokosmik Agentliyi (MAKA)". 2021-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2021.
  5. "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2021.
  6. Chester, Simon. "SPOT 7 successfully launched". www.spatialsource.com.au. 22 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 July 2014.
  7. "Launch of SPOT 7 completes Airbus Defence and Space observation satellite constellation". space-airbusds.com. 10 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 July 2014.
  8. "ISRO prepares for historic 100th mission". timesofindia.indiatimes.com/. 2020-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-22.
  9. Orujova, Nigar. "Airbus Defense and Space, Azercosmos launch low orbit satellite". www.azernews.az. 3 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 July 2014.