Azərbaycan Milli Azadlıq Hərəkatı (1988–1991) — Vikipediya

Azərbaycan Milli Azadlıq Hərəkatı —Azərbaycan Xalq Cəbhəsi(1989-1995)qurucusu və lideri Əbülfəz Elçibəyin başçılığı altında keçirilmiş etiraz mitinqləridir.İlk etiraz mitinqi 1988-ci il fevralın 19-da Bakıda başladı. Topxana hadisələri ilə mitinqlərin yeni dalğası — Meydan hərəkatı (1988-ci il 17 noyabr — 5 dekabr) yarandı və dekabrın 4-də hakimiyyət orqanları Azadlıq meydanındakı oturaq mitinqi ordunun köməyi ilə dağıtmağa nail oldular.[1]

XX əsrin 80-ci illərinin sonunu Azərbaycan xalqının siyasi oyanışı, onun siyasi proseslərdə fəal iştirakı döbolnoxa gəlvrü kimi səciyyələndirmək olar. Azərbaycan xalqının siyasi oyanışı 1987-ci ilin axırları – 1988-ci ilin əvvəlində başlanmış, 1990-cı ilin yanvar hadisələrindən sonra keyfiyyətcə yeni hərəkata – milli azadlıq hərəkatına çevrilmiş xalq hərəkatı ilə bağlıdır.[2] Xalq hərəkatı fonunda 23 sentyabr 1989-cu ildə Azərbaycan SSR Ali Soveti "Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında" Azərbaycan SSR-in Konstitusiya Qanununu qəbul etdi. Bu qanunun 5-ci maddəsində qeyd edilir ki, "Azərbaycan SSR-in suverenliyi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla respublikanın bütün ərazisinə şamil edilir" və "Azərbaycan SSR-in digər müttəfiq respublikalarla sərhədləri yalnız müvafiq respublikaların qarşılıqlı sazişi üzrə dəyişdirilə bilər".[3]

1990-cı il yanvarın 20-də Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini hakimiyyətdə saxlamaq və güclü milli-azadlıq hərəkatına çevrilməkdə olan oyanışı boğmaq məqsədilə Bakıda Sovet Ordusu tərəfindən 20 Yanvar faciəsi törədildi.[4]

Törədilən vəhşiliklər nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı həlak oldu və yaralandı. Ölkədə 1991-ci ilin ortalarınadək davam edən fövqəladə vəziyyət elan olundu. 30 avqust 1991-ci il tarixində Azərbaycanın Ali Soveti 23 sentyabr 1989-cu il tarixli Konstitusiya Qanununu əsas götürərək, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bəyan edilmiş dövlət müstəqilliyinin bərpasını elan etdi.[3]

Beləliklə,Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin başçılığı ilə Topxana meşəsi ilə bağlı başlanan 1988-ci ilin Meydan hadisələri daha sonra Azərbaycan Milli-Azadlıq Hərəkatına çevrildi.1988–1991-ci illərin xalq hərəkatı nəticəsində 18 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olundu və Azərbaycan XX əsrdə ikinci dəfə (1991-ci il, 18 oktyabr) müstəqil dövlət olaraq öz varlığını dünyaya elan etdi.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Milli azadlıq və demokratik hərəkatlar" (az.). azerbaijans.com. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
  2. "Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur" (az.). azertag.az. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
  3. 3,0 3,1 "Erməni təcavüzü. Tarixi məlumat və münaqişənin nizamlanması. Münaqişənin hazırkı mərhələsinin başlanğıcı". 2014-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-28.
  4. "Əlamətdar və tarixi günlər təqvimi" (PDF) (az.). anl.az. 2012-11-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 3 iyun 2021.
  5. "SSRİ-nin süqutu və Azərbaycanın müstəqilliyinə gedən yol" (az.). modern.az. 18 oktyabr 2011. 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]