Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi — Vikipediya

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi
Xəritə
Əsası qoyulub 1967
Açılış tarixi 1967
Mövzu Azərbaycan musiqisi
Ölkə
Yerləşir Azərbaycan, Bakı, AZ-1000, Neftçilər pr. 49
Kolleksiyası 57 min.[1]
Direktor Alla Bayramova
Muzeyə yetişmək M 1 Sahil metrostansiyası [2]
Telefon (+994 12) 498-69-72, 598-44-79, 498-81-84
İş rejimi 09.00 – 18.00 Çərşənbə axşamı – bazar günləri
40°22′10″ şm. e. 49°50′33″ ş. u.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyin rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi — 1967-ci ildə yaradılmış muzey. Muzeyin fəaliyyətinin əsas məqsədi və vəzifələri Azərbaycan musiqi tarixi ilə bağlı materialların toplanması, saxlanması, araşdırması və təbliğidir.

Muzey eksponatları[redaktə | mənbəni redaktə et]

Muzeyin fondunda 60 minə yaxın eksponat toplanmışdır. Muzeydə cəmi 297 ədəd musiqi aləti qorunub saxlanılır. Bunlardan 211-i Azərbaycan, 86-i isə qeyri-Azərbaycan alətidir. Bundan əlavə, 12 ədəd nadir musiqi qutusu mühafizə olunur. Bununla yanaşı muzeydə Keçəçioğlu Məhəmmədin, Xan Şuşinskinin qavalları, Şirin Axundovun, Qurban Pirimovun, Məmmədağa Muradovun, Bəhram Mansurovun, Həbib Bayramovun, Səid Rüstəmovun, Qasım Qasımovun, Kamil Əhmədovun, Ramiz Quliyevin,Valid Fərzəliyevin tarları, Aşıq Hüseyn Saraclının, Aşıq Xanların, Pənah Qurbanovun, Rəhilə Həsənovanın sazlarını, Qılman Salahovun kamançası və s. saxlanılır.Bunlardan Azərbaycan milli musiqi alətləri olan tar, kamança, saz, dəf, qoşa nağara, zurna, ney, eləcə də özünəməxsus xüsusiyyətləri ilə fərqlənən digər musiqi alətləri — əsa-tar, əsa-saz, habelə qramofonlar, patefonlar, qramofon valları, Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun, milli peşəkar vokal sənətinin banisi Bülbülün, gorkəmli bəstəkarlardan Qara Qarayevin, Fikrət Əmirovun muəllif not əlyazmaları, musiqi xadimlərinin şəxsi əşyaları, afişalar, proqramlar, fotoşəkillər, təsviri incəsənət nümunələri, notlar, kitablar və s. materialları göstərmək olar. Bütün bunlar Azərbaycan milli musiqi mədəniyyətinin dəyərli numunələridir.[3]

Muzeyin filialları[redaktə | mənbəni redaktə et]

Muzeyin asağıdakı filialları vardır:

Qədim milli musiqi alətləri ansamblı[redaktə | mənbəni redaktə et]

Muzeyin nəzdində 14 nəfər musiqiçini özundə birləşdirən Qədim milli musiqi alətləri ansamblı fəaliyyət göstərir. Bu ansamblın bənzərsiz cəhəti ondadır ki, musiqiçilər orta əsrlərdə istifadə olunmuş, tədricən unudulmuş və muzeyin əməkdaşı, ansamblın bədii rəhbəri M.Kərimov tərəfindən bərpa olunmuş musiqi alətlərində XIV əsr musiqisini, həmçinin Azərbaycan xalq mahnılarını ifa edirlər. Boyuk səy və ustalıqla yaradılmış çəng, bərbət, rud, çəqanə, səntur, setar, Şirvan tənburu, rubab kimi musiqi alətlərini yalnız Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin ekspozisiyasında görmək olar.[4]

Muzey binası[redaktə | mənbəni redaktə et]

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 1967-ci ildən 1996-cı ilə qədər İçərişəhərdə, Karvansarayda, Həqiqət Rzayeva küç., 9, 1996-cı ildən 2015-ci ilə qədər Rəşid Behbudov küç., 7 ünvanında fəaliyyət göstərmişdir.2015-ci ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Muzey Mərkəzinə, Neftçilər prospekti, 49 ünvanına köçmüşdür.[5]

Muzey arxivi[redaktə | mənbəni redaktə et]

Muzeydə 800-dən çox şəxsi arxiv var. Bunlar Azərbaycan bəstəkarlarından Soltan Hacıbəyovun, Cövdət Hacıyevin, Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun, Zakır Bağırovun, Əşrəf Abbasovun, Hacı Xanməmmədovun, Tofiq Quliyevin, Süleyman Ələsgərovun, Şəfiqə Axundovanın, Oqtay Zülfüqarovun, Xəyyam Mirzəzadənin və başqa mədəniyyət xadimlərinin arxiv materiallarıdır.Muzeydə toplanan bu zəngin arxiv materialları Azərbaycanın musiqi tarixini daha da dərindən öyrənilməsinə və araşdırılmasına imkan yaradır.[6]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • Muzeyin rəsmi saytı Arxivləşdirilib 2018-02-08 at the Wayback Machine
  • "Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Milli Musiqi Günü ərəfəsində". www.mct.gov.az. İstifadə tarixi: 28.01.2021.
  • "Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi". citylife.az. İstifadə tarixi: 28.01.2021.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi - Kolleksiya". 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-29.
  2. "Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi". kataloq.gomap.az. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.01.2021.
  3. "Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi". iticket.az. 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.01.2021.
  4. "Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində muzey həftəsinin açılışı olub". mct.gov.az. 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.01.2021.
  5. "Muzeyin tarixi". www.musicmuseum.az. 2018-02-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28.01.2021.
  6. "Azərbaycan muzeyləri". museum.az. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.01.2021.