Azərbaycan hərbi musiqisi — Vikipediya

Azərbaycan musiqisi
Ümumi mövzular
Janrlar
Xüsusi formalar
Milli musiqi
Alt janrlar
Media və təqdim etmə
Musiqi festivalları
Musiqi mediasıMədəniyyət TV
Millətçilik və vətənpərvərlik mövzusunda mahnılar
Milli himnAzərbaycan himni

Azərbaycan hərbi musiqisiAzərbaycanda yaranan hərbi musiqinin növü. Azərbaycan hərbi musiqisi əsasən hərbi mahnılar və marşlardan ibarətdir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycanda hərbi-orkestr xidmətinin yaranmasında başlanğıc nöqtə 1992-ci il 1 iyul sayılır.[1] Həmin tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinin ayrıca əmri ilə hərbi orkestr xidməti rəisi — baş hərbi dirijor təyin olunmuş və bu qurumda xidmət edənlərin sayı və vəzifələri haqqında nizamnamə təsdiq edilmişdi.[1] Bunun nəticəsində çox qısa zaman kəsiyində Bakı birləşmiş ali zabitlər məktəbinin və "N" hərbi hissəsinin orkestrləri heyətləri doldurularaq tamamlandı və bütün başlıca çatışmazlıqlar, o cümələdən, repertuar çatışmazlıqları aradan qaldırıldı.[1]

1992-ci il oktyabrın 9-da Azərbaycan Silahlı Qüvvələrinin Azadlıq meydanında keçirilən ilk təntənəli rəsmi-keçidində ifa repertuarı — "Qarşılama marş"-ından tutmuş toplu orkestrin keçidində səslənən marşadək — bütövlüklə sırf Azərbaycanlı bəstəkarların əsərlərindən hazırlanmışdı.[1] 1993-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin vəzifəsi Azərbaycan prezidentinin, eləcə də müdafiə nazirinin əmrləri ilə keçirilən dövlət səviyyəli tədbirlərdə iştirak və çıxış etməkdən ibarətdir.[1] Orkestrin ilk rəisi polkovnik-leytenant S. Reşetov təyin olunmuşdu.[1] 1996-cı ilin iyulundan orkestrin rəisi baş leytenant A. Kərimovdur.[1]

Qarabağ müharibəsi zamanı vətənpərvərlik və hərbi bard janrda olan mahnılar Mübariz Tağıyev, Xədicə AbbasovaŞəmistan Əlizamanlının ifaları nəticəsində Azərbaycanda məşhur olmuşdur.[2][3]

2014-cü ildə Azərbaycan Respublikası Daxili Qoşunların orkestrin heyəti 115 nəfərdən ibarət idi.[4] Onun nəzdində mahnı və rəqs ansamblı fəaliyyət göstərir.[4] Kollektiv fleyta, qoboy, klarnet, şeypur, alt, tenor, bariton, saksofon, trombon, tuba, böyük və kiçik təbil ifaçılarından ibarətdir.[4] Leytenant Zaur Əmiraslanov, gizir Vəsilə İbrahimova, Fidan Hacıyeva, Səlim Abbasov, Amil Məmmədov, Zabitə Alıyeva, Zeynalabdin Kərimov, Aslan Hüseynov orkestrin solistləridirlər.[4]

Tanınmış vətənpərvərlik mahnıları və hərbi marşlar[redaktə | mənbəni redaktə et]

Görkəmli sənətçilər[redaktə | mənbəni redaktə et]

Şəxslər[redaktə | mənbəni redaktə et]

Kişi[redaktə | mənbəni redaktə et]

Qadın[redaktə | mənbəni redaktə et]

Qruplar[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 Axundzade, Yusif. "HƏRBİ ORKESTR XİDMƏTİNİN YARANMASI TARİXÇƏSİ". www.musigi-dunya.az. www.musigi-dunya.az. 25 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2016.
  2. "Vətənpərvərlik mahnılarının təbliğatı və gənclərin milli mənlik şüuru..." www.anl.az (Azerbaijani). 15 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2014.
  3. ""Azərbaycan xalqına müraciət etmək istəyirəm"". www.diasporxeber.az (Azerbaijani). 4 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 June 2014.
  4. 1 2 3 4 "Daxili Qoşunların 20 illik musiqi salnaməsi - nümunəvi - göstərici hərbi orkestr". dq.mia.gov.az. dq.mia.gov.az. Archived from the original on 29 January 2023. İstifadə tarixi: 31 may 2016.