Azərbaycanda anarxizm — Vikipediya

Azərbaycanda anarxizmAzərbaycanda anarxist icmasına verilən ad. Anarxizm Azərbaycanda olduqca kiçik bir siyasi hərəkatdır.

Tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycanda anarxizm ilk dəfə 1904-cü ildə Bakının şəhərətrafı ərazilərində meydana gəlmişdir.[1] Hərəkatın ən aktiv dövrü 1906–1907-ci illərə təsaadüf edir. Bu dövrdə Azərbaycandakı anaxist təşkilatların sayı 40-a yüksəlmişdir. Buna baxmayaraq, yerli səlahiyyətlilərin verdiyi məlumatlara görə, bu təşkilatların üzvlərinin sayı az idi.[2]

Anarxist təşkilatlar tədricən tərəfkeşlərinin çoxunu itirdilər. Buna səbəb onların sistemə qarşı apardıqları mübazirənin qəddarca olması idi. Bu təşkilatlar sui-qəsdlər və partlayışlar təşkil edirdilər. 1908-ci ilin mart ayında "Qırmızı yüzlər" təşkilatının 50 üzvü həbs edilmiş və Sibirə sürgün edilmişdir.[3] 1909-cu ildə "Qara qarğa", "Terror" və "Qırmızı bayraq" təşkilatlarının üzvlərinin demək olar ki, hamısı həbs edilmişdir. Geri qalan qruplar çox keçmədən ləğv olunmuşdur.[4] 1908–1909-cu illərdə həyata keçirilən kütləvi repressiyalardan sonra Azərbaycandakı anarxist hərəkatı bərpa edilə və siyasi arenada öz yerini tapa bilməmişdir.

2013-cü ilin fevral ayında "Bakı İndividual Anarxistlər Assosiasiyası" (BFAA) təsis edilmişdir. Üç azərbaycanlı şəxs tərəfindən təsis edilən bu qrup özünü "Bakı terrorçular və anarxist fərdiyyətçilər cəmiyyəti"nin davamçısı hesab edir.[5]

Təşkilatlar[redaktə | mənbəni redaktə et]

Ən çox təsirə malik təşkilat anarxokapitalistlər tərəfindən 1905-ci ildə şəhər mərkəzində təsis edilən "Anarxiya" (rus. Анархия) və Bibiheybət qəsəbəsində təsis edilən "Borba" (azərb. Mübarizə‎) idi. Əlavə olaraq, Balaxanı qəsəbəsində təsis edilən "Bunt" və Bakının Qara Şəhər qismində təsis edilən "İnternasional" kimi bir neçə qruplar da təsis olunmuşdur. "Anarxiya" təşkilatının təsis edildiyi ilk vaxtlarda təşkilatın tərkibində Bakı zavodlarında çalışan sosial-demokratlar da var idi.[6][7] 1 iyul 1906-cı ildə "Anarxiya" təşkilatının üzvləri "Krasnaya sotnya" (azərb. Qırmızı yüzlük‎) adlı bir qrup təsis etmişdir. Bu qrupun üzvləri "Anarxiya" təşkilatının kabinet bürokratiyasını tənqid etmiş, mübarizənin daha effektiv yollarını dilə gətirmişdir. Daha sonra başqa kiçik anarxist qruplar təsis edilmişdir. Onlara "Fərdiyyətçi anarxistlər", "Qara qarğa", "Anarxist bombardmançılar", "Qırmızı bayraq", "Terror", "Torpaq və azadlıq", "Azad" və başqaları aiddir.[8]

Demoqrafik tərkibi[redaktə | mənbəni redaktə et]

Polis raportlarına əsasən, "Azad" istisna olmaqla, bütün anarxist təşkilatların milli tərkibinin əksəriyyəti ruslardan təşkil olunmuşdu. Buna baxmayaraq, bir çox təşkilatın erməni üzvləri də var idi. Həmin ermənilər HnçakDaşnaksütun partiyalarının keçmiş üzvləri idi. Yəhudi anarxistlər və keçmiş sosial-demokratlar mübarizə üçün terrorçu yollara əl atmışdır. Onların hücumları daha çox sionist qruplara qarşı istiqamətləndirilmişdi. "Krasnaya sotnya" təşkilatının səkkiz gürcü üzvü var idi. Bu təşkilatların üzvlərinin orta yaşları 28–30 idi. Onlardan ən gəncinin 19, ən yaşlısının isə 35 yaşı var idi.

Anarxiya[redaktə | mənbəni redaktə et]

"Anarxiya" təşkilatı 1906-cı ildə "mübarizə və anarxiya haqqında" adlı broşura nəşr etdirmiş keçmiş Hnçak partiyası üzvü S. Kalaşyants tərəfindən təsis edilmişdir.[9] O, 5 sentyabr 1906-cı il tarixində Daşnaksütun partiyasının üzvü olan zəngin zavod sahibi İ. Doluxanovun öldürülməsinin intiqamı olaraq daşnaklar tərəfindən qətlə yetirilmişdir.

Azad[redaktə | mənbəni redaktə et]

"Azad" təşkilatı 1906-cı ildə təsis olunmuşdur və vaxtilə Azərbaycandakı ən böyük anarxist təşkilatı hesab edilirdi. Təşkilatın ən uğurlu dövrlərində 15 üzvü var idi.[10] Təşkilatın üzvləri arasında anarxist olmuş keçmiş banda üzvləri də var idi. Təşkilatın iki rəhbəri var idi – Ağa Kərim və Ağa Sanqulu. "Azad" təşkilatı yerli milyonçularla düşmənçilik edirdi. Bu düşmənliyin əsas hədəflərindən biri Teymur Aşurbəyov (Sara Aşurbəylinin babası) idi. 1907-ci ilin axırların həm Ağa Kərim, həm də Teymur Aşurbəyov həbs edilmişdir. Bu hadisədən sonra "Azad" təşkilatı ləğv edilmiş, təşkilatın geridə qalan üzvləri isə digər kiçik qruplara qoşulmuşdur.

Növləri[redaktə | mənbəni redaktə et]

Bakı şəhərindəki anarxist təşkilatlar anarxizmin iki qolunu təqib edirdilər:

  • Anarxokommunistlər: "Anarxiya", "Qara qarğa", "Azad", "Qırmızı yüzlər", "Qırmızı bayraq", "Bunt", "Torpaq və azadlıq", "İnternasional"
  • Anarxofərdiyyətçilər: "Terror", "Anarxist bombardmançılar", "Fərdiyyətçi anarxistlər" və "Bakı terrorçular və anarxist fərdiyyətçilər cəmiyyəti"

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Anarchist" (ingilis) (№ 1). 1907: 36. (#accessdate_missing_url); (#chapter_ignored)
  2. ГАРФ. ф.102. ДПОО, 1906, он.235, д.20, ч. 43, л.13
  3. Əfəndiyev, Sultanməcid. The history of the revolutionary movement of the Turkic proletariat. Bakı. 1923. səh. 40. (#accessdate_missing_url)
  4. "Azərbaycan" (az.) (№ 12). 1955. (#accessdate_missing_url)
  5. "Əsas səhifə". www.bakuanarchy.org (az.). Bakı İndividual Anarxistlər Assosiasiyası. 14 yanvar 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 may 2019.
  6. "Bakı". 24 sentyabr 1906. (#accessdate_missing_url)
  7. "Kaspi". 1 sentyabr 1906. (#accessdate_missing_url)
  8. ГИА АР, ф.46, оп.1, д.221, лл.81-120; д.370, л.5об.
  9. ГАППОД АР, ф.276, оп. 2, д.45, лл.16-17
  10. ГАРФ, ф.102, ДПОО, 1907, д.12, ч.З, л. 10

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]