Azərbaycanda vergi işçilərinin peşə bayramı günü — Vikipediya

Azərbaycanda vergi işçilərinin peşə bayramı günü hər il 11 fevral tarixində keçirilir. Bayram Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə 2005-ci ildən keçirilir.

Vergi işçilərinin peşə bayramı günü
Növ dövlət bayramı

2000-ci il fevralın 11-də Azərbaycan Respublikasının Vergilər Nazirliyi yaradılmışdır, buna görə də bayram məhz bu günə salınmışdır.

Qanunvericilik bazası[redaktə | mənbəni redaktə et]

Ölkə iqtisadiyyatının inkişafında və dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi xidməti işçilərinin mühüm rolunu nəzərə alaraq bu peşə bayramı Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 2005-ci ildə təsdiq olunub.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikası vergi xidməti işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında Arxivləşdirilib 2017-01-09 at the Wayback Machine" Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi səhifəsi

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]