Azad Rəhimov — Vikipediya

Azad Rəhimov
7 fevral 2006 – 30 aprel 2021
Prezidentİlham Əliyev
Əvvəlkivəzifə təsis edilib
SonrakıFərid Qayıbov
Şəxsi məlumatlar
Doğum tarixi 8 oktyabr 1964(1964-10-08)
Doğum yeri
Vəfat tarixi 30 aprel 2021(2021-04-30) (56 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər xərçəngi
Dəfn yeri
Təhsili Azərbaycan Xarici Dillər İnstitutu
Fəaliyyəti siyasətçi
Uşağı 1

Təltifləri "Şöhrət" ordeni — 2015 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2019 "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005–2015)" yubiley medalı — 2015 "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992–2017)" yubiley medalı — 2017 "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993–2018)" yubiley medalı — 2018
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azad Arif oğlu Rəhimov (8 oktyabr 1964, Bakı30 aprel 2021, Nyu-York, Nyu-York ştatı[1]) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının gənclər və idman naziri (2006–2021).

Həyatı[redaktə | mənbəni redaktə et]

Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olmuşdur. Onun babası 1954–1958-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetini sədri olmuş Sadıq Rəhimovdur.

Azad Rəhimov 1971-ci ildə Səbail rayonunda 134 nömrəli tam orta məktəbin birinci sinifinə daxil olmuşdur və 1981-ci ildə oranı bitirmişdir. Daha sonra o, 1981-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna qəbul olmuşdur və 1986-cı ildə oradan ingilis dili müəllimi ixtisası üzrə məzun olmuşdur.

1986–1987-ci illərdə Sovet Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur.

Azad Rəhimov 2021-ci ilin yanvar ayından ağciyər xərçəngindənqaraciyər serozundan müalicə alırdı. O, 30 aprel 2021-ci ildə Bakı vaxtı ilə saat 22:45-də ABŞ-nin Nyu-York şəhərində müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişib.[2] 2 may 2021-ci ildə İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.[3]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Yana Batırşina, Morinari Vatanabe və Azad Rəhimov 2019-cu ildə bədii gimnastların Dünya Çempionatının açılış mərasimində

Azad Rəhimov 1984-cü ildən 1986-cı ilə qədər Xətai rayonunda 245 nömrəli tam orta məktəbdə Komsomol Komitəsində vəzifəsində çalışmışdır.

1987-ci ildən 1989-cu ilə qədər Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqının Xətai Rayon Komitəsində şöbə müdiri vəzifəsində, 1989–1990-cı illərdə Azərbaycan SSR Gənclər İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmışdır.

Azad Rəhimov 1994–1998-ci illərdə "Ros-İMESKO" Məhdud Məsuliyyəti Cəmiyyətinin rəhbəri vəzifəsində, 1998–2006-cı illərdə isə "Italdizain" Qapalı Tipli Səhmdar Cəmiyyətinin rəhbəri vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2006-cı il tarixli 1275 nömrəli Sərəncamı ilə Azad Rəhimov Azərbaycanın Gənclər və İdman naziri vəzifəsinə təyin edilmişdir.

Azad Rəhimov Azərbaycanın Gənclər və İdman naziri olduğu müddət ərzində 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsinin[4], 2015-ci ildə Avropa Oyunlarının[5], 2016-cı ildə Ümümdünya Şahmat Olimpiadasının[6], 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının[7], 2017-ci ildə voleybol üzrə qadınları Avropa Çempionatının[8], 2019-cu ildə UEFA Avropa Liqası Finalının[9], 2019-cu ildə Avropa Gənclərinin Olimpiya Festivalının[10], 2020-ci ildə isə UEFA Avropa Çempionatının[11] Azərbaycanda baş tutması üzrə yaradılan Komitələrin üzvü olmuşdur.

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

Azad Rəhimov Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2015-ci il tarixli 1298 nömrəli Sərəncamı ilə Azərbaycanda idman sahəsində xidmətlərinə görə "Şöhrət" ordeni ilə, 24 iyul 2019-cu il tarixli 1344 nömrəli Sərəncamı ilə gənclərlə iş sahəsində xidmətlərinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Azad Rəhimov ailəli idi. Arif adında bir oğlu var idi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Azerbaijan Minister of Youth and Sport Azad Rahimov dies of cancer at age of 56.
  2. "Azad Rəhimovun oğlu ictimaiyyətdən pandemiya səbəbindən dəfn mərasiminə gəlməməyi xahiş edib". apa.az. 1 may 2021. 2 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2021.
  3. "Əsas səhifə". publika.az. 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-02.
  4. "2012-ci ildə "Eurovision-2012" mahnı müsabiqəsinin baş tutması haqqında Azərbaycan Respublikası Prezidentinin 19 may 2011-ci il tarixli 1512 nömrəli Sərəncamı". www.e-qanun.az. 19.05.2011. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19.05.2011.
  5. "2015-ci ildə I Avropa Oyularının baş tutması haqqında Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2013-cü il tarixli 2665 nömrəli Sərəncamı". www.e-qanun.az. 17.01.2013. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17.01.2013.
  6. "2016-cı ildə Ümümdünya Şahmat Olimpiadasının baş tutması haqqında Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2013-cü il tarixli 2718 nömrəli Sərəncamı". www.e-qanun.az. 14.02.2013. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.02.2013.
  7. "2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının baş tutması haqqında Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2015-ci il tarixli 1412 nömrəli Sərəncamı". www.e-qanun.az. 18.09.2015. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.09.2015.
  8. "2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa Çempionatının baş tutması haqqında Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2016-cı il tarixli 2452 nömrəli Sərəncamı". www.e-qanun.az. 18.11.2016. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.11.2016.
  9. "2019-cu ildə UEFA Avropa Liqasının Finalının baş tutması haqqında Azərbaycan Respublikası Prezidentinin 7 may 2018-ci il tarixli 58 nömrəli Sərəncamı". www.e-qanun.az. 07.05.2018. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 07.05.2018.
  10. "2019-cu ildə Avropa Gənclər Olimpiya Festivalının baş tutması haqqında Azərbaycan Respublikası Prezidentinin 15 may 2018-ci il tarixli 82 nömrəli Sərəncamı". www.e-qanun.az. 15.05.2018. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.05.2018.
  11. "2020-ci ildə UEFA Avropa Çempionatının baş tutması haqqında Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2016-cı il tarixli 2330 nömrəli Sərəncamı". www.e-qanun.az. 09.09.2016. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.09.2016.