Böyükağa Talıblı — Vikipediya

Böyükağa Talıblı
bayraq
Azərbaycan SSR Prokuroru
bayraq2
1930 – 15 fevral 1932
bayraq
Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin rəisi
bayraq2
27 oktyabr 1928 – 23 oktyabr 1929
ƏvvəlkiHəmid Sultanov
Sonrakıİ. Əliyev
bayraq
Azərbaycan SSR xalq ədliyyə komissarı
bayraq2
1926 – 1928
ƏvvəlkiBahadır Vəlibəyov
Şəxsi məlumatlar
Doğum tarixi 21 mart 1897(1897-03-21)
Doğum yeri
Vəfat tarixi 13 oktyabr 1937(1937-10-13) (40 yaşında)
Vəfat yeri
Fəaliyyəti yazıçı, məmur

Böyükağa Mirqasım oğlu Talıblı (21 mart 1897, Salyan, Cavad qəzası13 oktyabr 1937, Bakı) — şair, publisist, dövlət xadimi, 1934-cü ildən AYB-nin üzvü. "Kommunist" qəzetinin ikinci rəsmi redaktoru olmuşdur (1921-ci il martın 30-dan 1921-ci il aprelin 15-dək).

Həyatı[redaktə | mənbəni redaktə et]

Böyükağa Mirqasım oğlu 1897-ci il martın 21-də Azərbaycanın Salyan rayonunda anadan olmuşdur. Bakı real məktəbində təhsil almışdır (1909–1915). Petroqrad vilayət komissarlığında müsəlman işləri üzrə təbliğat və təşviqat şöbəsinin müdiri, bir il sonra orada azərbaycanca buraxılan "Hürriyyət" qəzeti redaksiyasının əməkdaşı olmuş, xalq komissarlığında milli işlər üzrə müsəlman şöbəsinə müdir təyin edilmişdir.

Krım cəbhəsində əks-inqilabi qüvvələrə qarşı vuruşmuş, eyni zamanda "Melitopolskiye izvestiya" qəzeti redaksiyasında əməkdaşlıq etmişdir (1915–1920).

1920-ci ilin mayında Azərbaycana fəhlə-kəndli müfəttişliyi komissarının müavini vəzifəsinə göndərilmiş, sonra burada xalq təsərrüfatı şurasının sədri olmuşdur. Azərbaycan Xalq Ədliyyə komissarı, Mərkəzi Statistika İdarəsinin rəisi, Sovet quruluşu və hüquq İnstitutunun direktoru, respublika prokuroru, Bakı Plan İdarəsinin sədr müavini vəzifələrində işləmişdir (1923–1932).

"Keyf içində (1929), "Tövbə" (1930), "Dirək" (1971), "Seçilmiş əsərləri" (1983) kitablarının müəllifi olmuşdur.

Həbsi və ölümü[redaktə | mənbəni redaktə et]

8 yanvar 1937-ci il tarixdə 1934-1938-ci illərədə Zaqafqaziya Xalq Daxili İşlər Komissarları (XDİK) idarəsinə başçılıq etmiş Yuveliyan Sumbatov-Topuridzenin imzası ilə Böyükağa Talıblının həbsinə qərar qəbul olunub. 10 yanvar 1937-ci il tarixdə təhlükəsizlik baş leytenantı Atakişiyev və təhlükəsizlik mayoru Gerasimovun imzası ilə Böyükağa Talıblı Azərbaycan SSR cinayət məcəlləsinin 72-ci maddəsi ilə həbs edilərək Azərbaycan DİK idarəsinin həbs evində saxlanması qərara alınıb. Böyükağa Talıblı Azərbaycan SSR C/M-nin 64,69,70,73-cü maddələri ilə təqsirli bilinərək 12 oktyabr 1937-ci ildə güllələnməyə məhkum edilib. 14 oktyabr 1937-ci ildə isə, həyat yoldaşı N.Talıblı həbs olunaraq Bakı şəhərində ümumi rejimli həbsxanada saxlanılıb.

1938-ci ildə cəza tədbirləri dövründə öldürülmüşdür.[1]

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • Yaxşı məsləhət hər şeydən yaxşıdır. Bakı, Orucov qardaşları mətbəəsi, 1912. 16 səh.
  • Erkək Tükəzban. Bakı, Bakı işçisi kooperativ nəşri, 1926. 20 səh. 4000 nüs.
  • Qırx zopa. Bakı, Azərnəşr, 1927, 12 səh., 3000 nüs.
  • Keyf içində (pyes). Bakı, Azərnəşr, 1929. 48 səh., 4000 nüs.
  • Keyf içində. Bakı, Azərnəşr, 1930. 56 səh., 2000 nüs.
  • Tövbə. Bakı, Azərnəşr, 1930. 63 səh., 3000 nüs.
  • Dirək. Bakı, Azərnəşr, 1930. 74 səh., 3000 nüs.
  • Keyf içində. Bakı, Azərnəşr, 1934. 76 səh, 3000 nüs.
  • Tövbə. Bakı, Azərnəşr, 1934. 76 səh., 3000 nüs.
  • Seçilmiş əsərləri. Bakı, Azərnəşr, 1960. 166 səh., 15000 nüs.
  • Erkək Tükəzban. Bakı, Gənclik, 1969. 51 səh., 13000 nüs.
  • Dirək. Bakı, Gənclik, 1971. 60 səh, 27000 nüs.
  • Seçilmiş əsərləri. Bakı, Azərnəşr, 1983. 188 səh., 35000 nüs.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Repressiya qurbanları. Talıblı Böyükağa Mir Qasım oğlu – nasir, publisist, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü". 2021-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-26.

Mənbə[redaktə | mənbəni redaktə et]