Baş-Muğan kanalı — Vikipediya

Baş-Muğan kanalı
Axdığı yerlər Şirvan, Azərbaycan
Giriş Araz çayı, Bəhramtəpə su anbarı
Uzunluğu 34 km.

Baş-Muğan kanalı (istismara verilmə tarixi 1960-сı il) — İmişli, SaatlıSabirabad rayonlarında 65 min hektar sahəni suvarma suyu ilə təmin edən 34 km uzunluqda kanal.

Haqqında[redaktə | mənbəni redaktə et]

  • Baş-Muğan kanalı 1960-сı ildə istismara verilmişdir və onun su götürmə mənbəyi Bəhramtəpə hidroqovşağıdır.
  • Kanal vasitəsilə İmişli, SaatlıSabirabad rayonlarının 65,0 min hektar əkinə yararlı torpaq sahəsi suvarma suyu ilə təmin olunur.
  • Kanalın uzunluğu 34 km, onun suburaxma qabiliyyəti 60 m³/san-dir.
  • Baş Muğan kanalı Saatlı rayonu ərazisində iki hissəyə ayrılır.
  • Sağ istiqamətdə tikilmiş Mürsəlli kanalının uzunluğu 65,7 km, sərfi isə 20 m³/san-dir.
  • Bu kanal vasitəsilə əkinə yararlı 21 min ha torpaq sahəsi suvarma suyu ilə təmin olunur.
  • Düzünə istiqamətdə tikilmiş Sabir adına kanalın uzunluğu 66,3 km və sərfi isə 30 m³/san-dir.
  • Bu kanal vasitəsilə əkinə yararlı 30,0 min ha torpaq sahəsi suvarma suyu ilə təmin edilir.[1]
  • Baş-Muğan kanalı Bəhramtəpə hidroqovşağından başlayan kanalın ölçüləri 2x3,7 m-dir.[2]
  • Bol suyu olan kanaldan suvarma məqsədilə istifadə edilir.[3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ensiklopediya: Meliorasiya və Su təsərrüfatı. Bakı, 2016, s.482 (elektron variantından istifadə edilib)
  2. Ensiklopediya: Meliorasiya və Su təsərrüfatı, s.438
  3. "Suvarma sistemləri". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-26.