Babək Niftəliyev — Vikipediya

Babək Niftəliyev
Niftəliyev Babək Muğan oğlu
Ümumi məlumatlar
Doğum tarixi 29 may 1985(1985-05-29) (38 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti Xanəndə
Musiqi aləti Qaval
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2014

Babək Muğan oğlu Niftəliyev (29 may 1985, Kəlbəcər) — Azərbaycan muğam ifaçısı. Azərbaycan Respublikasının əməkdar artisti (2014).

Həyatı[redaktə | mənbəni redaktə et]

Niftəliyev Babək Muğan oğlu 29 may 1985-ci ildə Kəlbəcərdə anadan olub. Kəlbəcərdən çıxanda 8 yaşı olub.[1]

Gəncədə 5 nömrəli musiqi məktəbində Sərdar Bağırovdan musiqi təhsili alıb.

Bakıda 6 saylı musiqi məktəbində isə Məmmədbağır Bağırzadə müəllimi olub.

Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda (indiki Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci) da Canəli Əkbərov ona dərs deyib.

Ailəlidir, 3 övladı var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Özünü xalqın sənətkarı kimi görmək hamısından gözəldir-Babək Niftəliyev". 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-14.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]