Badamdar — Vikipediya

Badamdar
40°20′22″ şm. e. 49°48′14″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Səbail rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 161 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Badamdar xəritədə
Badamdar
Badamdar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

BadamdarBakının Səbail rayonunda qəsəbə.

Haqqında[redaktə | mənbəni redaktə et]

Şəhərin cənubunda yüksəklikdə yerləşmiş Badamdar qəsəbəsi vaxtı ilə məşhur yayla olmuşdur. Bakıdakı kənd və məskun yerlərin adları əksərən fars sözləri ilə düzəldiyindən Badamdar da farsca badam olan yer deməkdir. Dar fars dilində yer, məkan bildirir. Bəziləri bu sözün badam dər mənası verdiyini iddia edirlər. Guya Şubanı dağları arxasında Güldər dərəsi sözü kimi ismin axırına dər əlavə etməklə yaradılmışdır. Əlbəttə, bu səhvdir. Badamdar sözünü ruslar Patamdar kimi tələffüz etməklə bəzi rəsmi sənədlərdə də bu yerin adı Patamdar kimi yazılır.[1]

1990-cı ildə qəsəbə statusu almışdır. Əhalisi 21,6 min nəfərdir. Əhalisi əsasən sənaye müəssisələrində və xidmət sahələrində çalışır. Sosial obyektləri və avtomobil bazarı vardır. Son illər Bakı şəhərinin böyük yaşayış massivinə çevrilmişdir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Qılman İlkin. köhnə Bakını tanıyırsanmı? Bakı, Şirvannəşr, 2004, s. 32 (elektron variant)
  2. Əfəndiyev V.Ə., Qadımov F.E. Azərbaycanda qəsəbə. Bakı: EMK nəşriyyatı, 2013, s. 121

Həmçinin bax[redaktə | mənbəni redaktə et]