Bakı İdman Sarayı — Vikipediya

Bakı İdman Sarayı
Xəritə
Tam adı Bakı İdman Sarayı
Yeri Bakı, Azərbaycan Azərbaycan
Tikilib 1974[1]
Tamaşaçı tutumu 1736 nəfər[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bakı İdman Sarayı, Bakı İdman Zalı və ya Əl Oyunları Sarayı — 2015-ci ilə qədər rəsmi adı Bakı Əl oyunları Sarayı idi.

1974-cü ildə inşa olunan idman qurğusu Bakı şəhərində Xəzər dənizinin sahilində və Bakı Bulvarının ətrafında yerləşir.[1]

Tarix ərzində idman qurğusunda badminton, cüdo, futzal, güləş, stolüstü tennis, taekvondo və voleybol idman növlərində müxtəlif ölkə daxili və beynəlxalq yarışlar baş tutub.

Məlumat[redaktə | mənbəni redaktə et]

Bakı İdman Zalı Səbail rayonunda, Neftçilər prospekti 26A ünvanında yerləşir.

Keçirilən yarışlar[redaktə | mənbəni redaktə et]

Sıra Yarış Tarix İl İdman növü
1 XXVIII-ci Yay Olimpiya Oyunları Dünya Təsnifat turniri 21–22 fevral 2004 Taekvondo
2 Qızıl Qran-Pri Beynəlxalq turniri 17–19 iyul 2009 Güləş
3 I Avropa Oyunları 12–22 iyun 2015 Badminton və stolüstü tennis
4 Qızıl Qran-Pri Beynəlxalq turniri 27–29 noyabr Güləş
5 IV-cü İslam Həmrəyliyi Oyunları 12–22 may 2017

Futzal oyunları[redaktə | mənbəni redaktə et]

Sıra Tarix Oyun Hesab Yarış
1 24 fevral 2011 İspaniya İspaniya-Fransa Fransa 4–0 UEFA Avropa Çempionatı/Seçmə mərhələ
2 Azərbaycan Azərbaycan-Qazaxıstan Qazaxıstan 6–3
3 25 fevral 2011 Qazaxıstan Qazaxıstan-İspaniya İspaniya 0–5
4 Azərbaycan Azərbaycan-Fransa Fransa 4–2
5 27 fevral 2011 Fransa Fransa-Qazaxıstan Qazaxıstan 0–2
6 İspaniya İspaniya-Azərbaycan Azərbaycan 8–3
7 15 sentyabr 2015 Azərbaycan Azərbaycan-Slovakiya Slovakiya 3–1 UEFA Avropa Çempionatı/Seçmə mərhələ
8 12 aprel 2016 Azərbaycan Azərbaycan-Niderland Niderland 4–4 FİFA Dünya Çempionatı/Seçmə mərhələ

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 "İlham Əliyev Bakı İdman Sarayında yenidənqurma işlərinin gedişi ilə maraqlanıb". president.az. Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 03 fevral 2015, 15:00. 24 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2016.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]