Bakı Beynəlxalq Caz Festivalı — Vikipediya

Bakı Beynəlxalq Caz Festivalının afişi

Bakı Beynəlxalq Caz FestivalıMədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və "Jazz Dünyası" jurnalı tərəfindən təşkil edilən layihədir. Bakı Beynəlxalq Caz Festivalı 2005-ci ildən keçirilir. Festivalda həm xarici həm də yerli caz ulduzları iştirak edir. Bakı Beynəlxalq Caz Festivalı - təhsil(seminarlar və master-klasslar), “Uşaqlar caz günü”, müsabiqə("Ən yaxşı caz ifaçısı"), incəsənətfoto sərgilər, dünya caz ifaçıların caz konsertləri və başqa tədbirlərdən ibarət olan forum və musıqı festivalıdı.[1]

İlk növbədə, Bakı Caz Festivalı ölkələr arasında mədəni töhfəni gücləndirmək və genişləndirmək, eləcə də dünya ölkələrinin mədəni irsini tədqiq etmək üçün böyük imkandır. Bundan başqa, Bakı Caz Festival XX-ci əsrin görkəmli xadimləri tərəfindən təsis olunan Azərbaycan cazın tarixini qorunması və davam etdirilməsi üçün çalışır.[2]

Tədbir çərçivəsində musiqiçilər Beynəlxalq Muğam Mərkəzində, Bakı Filarmoniyasında, Heydər Əliyev sarayında eləcə də Caz Mərkəzində konsert proqramları ilə çıxış edir.[3]

2016-cı ildə, Bakı Caz Festivalı Avropa Caz Birliyinə (European Jazz Network EJN) daxil olunub.[4] [5]

2005[redaktə | mənbəni redaktə et]

Debora Karter Kvartetin çıxışı. Bakı Beynəlxalq Caz Festivalı 2005

2005-ci ilin aprel ayının əvvəlində başlayan birinci festival həm iştirakçıların goqrafiysası, həm də onların səviyyəsi ilə fərqləndi: caz bayramında ABŞ, Rusiya, Almaniya, Fransa, Türkiyə, Kanada və başqa ölkələrədən həm cavan, həm də təcrübəli və tanınımış caz ustaları iştirak edirdi. Festivalın əsas qonağı isə məşhur Co Zavinul Sindikatı idi.[6] 5 - 12 Aprel 2005-ci ildə keçirdilən Bakı Caz Festivalın iştirakçıları:

  • Debora Karter
  • Emil Afrasiyab Triosu
  • Orient Ekspress
  • Yakov Okun Kvartetı
  • Svetlana Məhərrəmova
  • Vagif Sadihov Triosu
  • Savab Qrupu
  • Tbilisi Jazz Triosu
  • Christof Busse Triosu
  • Ələsgər Abbasov Qrupu
  • Bəri Bax Vokal Qrupu
  • Katya Surikova Triosu
  • Şahin Növrəsli Triosu
  • Arzu Huseynov Kvarteti
  • Cavan Zeynallı Kvarteti
  • Freyzer Fifield
  • Emil Ibrahim
  • Arena Jazz Orchestra
  • Timuçin Sahin
  • Qreg Osbi Trio
  • Rain Sultanov Qrupu
  • Udai Mazumdar
  • The Zawinul Syndicate
  • Qeoffroy De Masure 'Tribu'

2006[redaktə | mənbəni redaktə et]

Festival-2006 dünya cazının ifaçıları(Portuqaliya, İtaliya, İsrail, ABŞ, Almaniya, Kanada, Rusiya və b.), dəfələrlə ən nüfuzlu Qremmi mükafatına layiq görülmüş Herbi Henkok və El Cerruonun konsertləri ilə yadda qaldı. Qeyd etmək lazımdır ki, məhz bizim şəhərimizdə Herbi Henkok ilk dəfə olaraq öz yeni proqramını təqdim etdi. Birinci Festivaldan fərqli olaraq, 2006-cı ildə cavan musiqiçilərin çıxışları üçün iki gün ayrılmışdır.[7] “Baku Jazz Festival 2006” altı meydanda - Bakı Caz Mərkəzində, Heydər Əliyev adına Sarayda, Şövkət Məmmədova adına Opera Studiyasında, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, «1033» klubunda və Fəvvarələr meydanındakı açıq səhnədə keçirilib.[8]

  • Tbilisi Jazz Triosu
  • Cavan Zeynalli Triosu
  • Şay & Roni
  • Accabbanna
  • Al Carrou
  • Rafig Vəlimətov Qrupu
  • Elnarə Həsənli
  • Arena Jazz Orchestra
  • Savab
  • Barbara Lea Meyer
  • Emil Afrasiyab Triosu
  • Rauf Sultanov Kvarteti
  • Qaçaqaç
  • Emil Ibrahim Kvarteti
  • Rain Sultanov
  • Bobo Stenson Triosu
  • Şahin Növrəsli Triosu
  • Maria Joao Kvarteti
  • Herbi Hankok Kvintetı

2007[redaktə | mənbəni redaktə et]

Əzizə Mustafazadə 3-cü Bakı Beynəlxalq Caz Festivalında çıxışı

İyun ayının 7-dən 14-dək növbəti, sayca 3-cü Bakı Beynəlxalq Caz Festivalı keçıirimişdir. Artıq ənənəvi olmuş caz bayramına dahi azərbaycan caz musiqiçısi Vaqif Mustafazadənin qızı Əzizə Mustafazadə də gəlmişdi. O nəinki Opera və Balet Teatrında əvvəldən nəzərdə tutulmuş konsertlə çıxış etmişdir, hətta səfər proqramında əvvəldən nəzərdə tutulmamış və öz fəaliyyətində ilk dəfə açıq havada Festivalın yekun Qala-konsertində də çıxış etmişdir.

  • Volcano Group
  • Cler Maykl
  • Djabe Group
  • İrina Rodiles
  • Yakov Okun
  • Saşa Maşın

2009[redaktə | mənbəni redaktə et]

21 - 27 Oktyabr 2009-cu ildə keçirdilən Beynəlxalq Bakı Caz Festivalın iştirakçıları:

  • Riçard Bona
  • Brentford Marsalis
  • Emir Elsəfər
  • Salman Qəmbərov
  • Vasumati Badrinathan
  • Jazzinho
  • Dzihan & Kamien

2010[redaktə | mənbəni redaktə et]

Keyko Matsui Heydər Əliyev Sarayi. Bakı caz Festivalı 2010-cu il

16 - 30 Oktyabr 2010-cu ildə keçirdilən Beynəlxalq Bakı Caz Festivalın iştirakçıları:

  • Al Di Meola
  • Diana Rivs
  • Mayk Meynieri
  • Stiv Qadd
  • Monti Aleksandr
  • Met Byanko
  • Salman Qəmbərov
  • Vijay Iyer Triosu
  • Erik Vloemans və Emil İbrahim
  • Keyko Matsui
  • Jazzamor
  • Toni Levin
  • Varren Bernhart
  • Devid Spinoza

2011[redaktə | mənbəni redaktə et]

Bakı Beynəlxalq Caz Festivalının 2011-ci ilin afişi

18 - 28 Oktyabr 2011-ci ildə keçirdilən Beynəlxalq Bakı Caz Festivalın iştirakçıları:

  • Marsio Farako
  • Rudreş Mahanthappa
  • Dephazz
  • Sonni Emori
  • Ben Vestbih
  • Amina Figarova Qrupu

2012[redaktə | mənbəni redaktə et]

16 - 25 Oktyabr 2012-ci ildə keçirdilən Beynəlxalq Bakı Caz Festivalın iştirakçıları:

  • Mayk Stern
  • Tofig Cabarov Qrupu
  • Qonzalo Rubalkaba
  • Yalçin Adigözəlov & Tunzalə Ağayeva
  • Vyaçeslav Gryaznov
  • Şirinov Karnas
  • Əfgan Rasul Triosu
  • H3O
  • Glen Miller Orchestra
  • Yiorgos Psihoyios
  • Aleksandr Maşin
  • Karmen Souza
  • Rain Sultanov
  • David Mazanaşvili Trio

2013[redaktə | mənbəni redaktə et]

23 - 02 Noyabr 2013-cü ildə keçirdilən Beynəlxalq Bakı Caz Festivalın iştirakçıları:

  • Coşua Redman
  • Kenni Qaret
  • Avişai Kohen
  • Markus Miller
  • Bob Ceyms
  • Devid Sanborn
  • Christof Keç

2014[redaktə | mənbəni redaktə et]

19 - 30 Oktyabr 2014-cü ildə keçirdilən Beynəlxalq Bakı Caz Festivalın iştirakçıları:

  • Terens Blançard
  • Cəmil Əmirov Qrupu
  • Anat Kohen Kvarteti
  • Etibar Əsədli Group
  • Trilok Qurtu
  • Stenli Klark
  • Cangi
  • Arslan Növrəsli Qrupu

2015[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dövlət Filarmoniyasında Ntjam Rosie Triosunun çıxışı. Bakı Cazz Festivalı 2015-ci il

Bakı Beynəlxalq caz festivalı 2015, 25 oktyabrdan 3 noyabra-dək davam etmişdir. Festival çərçivəsində təşkil olunan konsertlər Heydər Əliyev Sarayında, Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Dövlət Mahnı Teatrında təqdim olunub.

Proqram
Tarix İfaçılar Məkan
25 oktyabr, saat 20:00 Diana Krall Heydər Əliyev Sarayı
26 oktyabr, saat 20:00 Salman Qəmbərov və qrupu Beynəlxalq Muğam Mərkəzi
27 oktyabr, saat 20:00 Four Play qrupu Heydər Əliyev Sarayı
28 oktyabr, saat 20:00 Cəmil Əmirov və qrupu R.Behbudov adına Mahnı Teatrı
30 oktyabr, saat 20:00 Charles Lloyd Heydər Əliyev Sarayı
31 oktyabr, saat 20:00 Emil Əfrasiyab və qrupu Azərbaycan Dövlət Filarmoniyası
1 noyabr, saat 20:00 İsfar Sarabski və qrupu Heydər Əliyev Sarayı
2 noyabr, saat 19:00 Estrada Orkestri R.Behbudov adına Mahnı Teatrı
3 noyabr, saat 20:00 Ntjam Rosie Azərbaycan Dövlət Filarmoniyası

2016[redaktə | mənbəni redaktə et]

22-30 Oktyabr Beynəlxalq Bakı Caz Festivalın çərçivəsində incəsənət və fotosərgilər, ustad dərsləri, Vaqif Mustafazadəyə həsr olunmuş "Mənim tanıdığım Vaqif" filminin nümayişi və "Uşaq caz günü" müsabiqəsi keçirilib.[9] Festivalın proqramında:

  • Antonio Lizana kvarteti (İspaniya)
  • Plunge qrupu (İsveç)
  • Pierre de Tregomain kvarteti (Fransa)
  • Debora Karter kvinteti (Hollandiya)
  • Eren Coşkuner kvarteti (Türkiyə)
  • Linley Marthe & Friends qrupu (Fransa)
  • Bakı Caz Müsabiqəsinin qalibləri
  • Dinovski və Schuberth Dueti (Makedoniya, Avstriya)
  • Albert Hera (İtaliya)
  • Omar (Böyük Britaniya)
  • Tord Gustavsen kvartet (Norveç)
  • Levan Kemularia triosu (Gürcüstan)
  • Rain Sultanov
  • İsfar Sarabski
  • Sebastiyan Studnitski triosu (Almaniya)
  • Sebastiyan Studnitski & String (Almaniya-Azərbaycan)
  • "Djabe" qrupu (Macarıstan)
  • "Takumi`s Trick with Asian Friends" (Yaponiya)
  • Dainus Pulauskas (Litva)
  • Qrzeç Piotrovski & Sebastiyan Vipiç (Polşa)
  • "Musica Ficta" qrupu (Kolumbiya)
  • Denise Fontoura & DJ Seegweed (Braziliya-İsveç)
  • Maya Barataşvilinin (Gürcüstan)

2022[redaktə | mənbəni redaktə et]

2022-ci il noyabrın 15-dən 22-dək XVII Bakı Beynəlxalq Caz Festivalı keçirilib.[10]

İştirakçılar arasında:

Grammy mükafatını qazanan Greqory Maret

Eloiza Lourenso

Mayk Del Ferro

Joqef Şetritin kollektivi

Maykl Şifelin qrupu

Federiko Kasaqrande və Fulvio Siqurta dueti

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Baku Jazz Festival". 2017-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-22.
  2. "Bakı Caz Festivalın saytı". 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-22.
  3. "Caz Festival". 2014-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-26.
  4. "European Jazz Network". 2017-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-22.
  5. "Baku Jazz Festival joins Europe Jazz Network". 2020-10-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-22.
  6. "Bakı Caz Festivalı 2005". 2017-12-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-23.
  7. "Bakı Caz Festivalı 2005". 2017-12-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-23.
  8. "Bakı Caz Festivalı 2006". 2019-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-23.
  9. "BJF 2016". 2017-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-23.
  10. "Бакинский джаз-фестиваль 2022 пройдет с участием мировых звезд" (rus). news.day.az. 2022-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-14.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]