Baloğlan Əşrəfov — Vikipediya

Baloğlan Əşrəfov
Baloğlan Xanoğlan oğlu Əşrəfov
Ümumi məlumatlar
Doğum tarixi 8 oktyabr 1951(1951-10-08)
Doğum yeri
Vəfat tarixi 26 aprel 2021(2021-04-26)[1] (69 yaşında)
Vəfat yeri
Vəfat səbəbi COVID-19
Dəfn yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1971–2021
Janrlar muğam, estrada[d]
Təhsili Bakı Dövlət Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2007

Baloğlan Xanoğlan oğlu Əşrəfov (8 oktyabr 1951, Bədəlan, Masallı rayonu26 aprel 2021[1], Bakı) — Azərbaycanlı müğənni Azərbaycan Respublikasının əməkdar artisti (2007).

Həyatı[redaktə | mənbəni redaktə et]

Baloğlan Əşrəfov 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdur. 1968-ci ildə həmin kənddə orta məktəbi bitirməklə yanaşı, rayonun 7 illik musiqi məktəbinin nəzdində fəaliyyət göstərən 5 illik tar kursunu bitirmişdir.

1971-ci ildə Azərbaycan radiosunun keçirdiyi "Turac təranələri" radio olimpiadasının qalibi olub. 1974-cü ildə keçirilən "Zəhmətkeşlərin və gənclərin ümumittifaq festivalı"nda qalib olaraq diplomu ona şəxsən Şövkət Ələkbərova təqdim edib. 1978-ci ildə ADU-nun filologiya fakültəsini qurtarıb, 5 il Azərbaycan dili və ədəbiyyat müəllim işləmişdir.

İslam Rzayevin ansamblında çalışarkən bütün Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzib əməkçilər qarşısında çıxışlar etmişdir.

1989-cu ildə yaratdığı "Şəhriyar" (AzKonsertin nəzdində) ansamblı ilə Bakının bütün böyük konsert salonlarında dəfələrlə solo konsertlər vermişdi.

Baloğlan Əşrəfov oxuduğu mahnılarının musiqilərinin çoxunu demək olar ki özü bəstələyib. Dünyanın bir sıra ölkələrində — Türkiyə, İraq, İran, AlmaniyaMDB-nin bütün böyük şəhərlərində solo konsert proqramları ilə çıxış edib. İraqda Babilistan festivalında Azərbaycanı tərənnüm edib.

"Səsi quran sədasıdır" kitabında bütün böyük sənətkarlar ona öz müsbət rəylərini vermişlər. "Yuxuma gəl", "Anam mənim", "Günayım", "Nədəndir" "Tanrıdan diləyim ol" və s. kompakt audio, video diskləri musiqisevərlərin ixtiyarına verilib. Fəaliyyəti dövründə mahnıları ilə 50 il xalq tərəfindən sevilərək gündəmdə qalmağı bacardı.

Görkəmli sənətkar 26 aprel 2021-ci ildə 69 yaşında Covid-19 xəstəliyindən vəfat etmişdir.[2] Sənətkar doğulduğu Masallı rayonunun Bədəlan kəndində doğmalarının məzarı yanında torpağa tapşırılıb.[3]

Fəxri adları, mükafatlar, nailiyyətlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 https://qafqazinfo.az/news/detail/baloglan-esrefov-vefat-etdi-321705.
  2. "Baloğlan Əşrəfov vəfat etdi". 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.
  3. "Baloğlan Əşrəfov dəfn edildi". 2021-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-27.