Batmış atom sualtı qayıqlarının siyahısı — Vikipediya

K-219 atom sualtı qayığı Atlantik okeanda 6 nömrəli raket şaxtasına dəniz suyunun gəminin yuxarı hissəsindən daxil olması səbəbindən batmışdır. 500 ton ağırlığı, 119 nəfər şəxsi heyəti olan K-219 Mərkəzi Atlantikdə 5.500 metr dərinlikdə yerləşir.

Batmış atom sualtı qayıqlarının siyahısı — Müxtəlif səbəblərdən batmış atom sualtı qayıqlarının siyahısı. Siyahıda bu və ya digər səbəblərdən batmış atom sualtı gəmiləri göstərilmişdir. 1955–2017-ci illər ərzində ümumilikdə 8 atom sualtı gəmisi batmışdır ki, onlardan da 4-ü sovet, 2-si rus, 2-si amerikan atom sualtı gəmiləridir. Bütün gəmilər müxtəlif qəzalar səbəbindən batmışlar: 3 gəmi texniki nasazlıq səbəbindən, 2 gəmi yanğın səbəbindən, 2 gəmi silahların partlaması səbəbindən, 1 gəminin isə batma səbəbi məlum deyil. Nüvə reaktorunda baş vermiş nasazlıq səbəbindən yalnız K-27 gəmisində texniki problem baş vermişdir, baxmayaraq ki, gəmi zədə almamışdı, təhlükəsizlik baxımından gəminin özü batırılmışdır. K-141 "Kursk" gəmisi 2001-ci ildə quruya çıxarılmış, digər 7 batmış gəmi isə hələ də dənizin dibindədir. Siyahıya batmış və göyərtəsində nüvə silahı olan K-129 gəmisi daxil deyil.

Rənglərin izahı

Batma səbəbi — Silah sistemlərində qəza.
Batma səbəbi — Texniki problemlər.
Batma səbəbi — Yanğın.

Siyahı[redaktə | mənbəni redaktə et]

Siyahı gəmilərin batma tarixlərinə uyğun şəkildə yazılıb. Cədvəldə gəmilərin model formada şəkilləri, ölçüləri, layihə növü və adı, gəmidə işləyənlərin sayı göstərilmişdir. Cədvəldə gəmilərin batma səbəbləri və yaxud gəmilərin batmasına səbəb olan texniki nasazlıqlar da göstərilib. Gəminin batmasına dair mövcud olan bütün fikirlər və eləcə də rəsmi səbəblər qeyd olunub.

Adı Batma tarixi Xüsusiyyəti Batma yeri Həlak olanlar (xilas olanlar) Batma səbəbi Batma dərinliyi
ThresherABŞ ABŞ
USS Thresher (SSN-593)
1963041010 aprel 1963 04300

4300 ton, 112 şəxs

1Şimali Atlantik, Bostondan 220 mil qərbdə.[1]. 41°46′ şm. e. 65°03′ q. u. 129129 3Gəmi korpusunun bütövlüyünün itirilməsi, daxilə dəniz suyunun daxil olması.[1]. 25602560 metr
ScorpionABŞ ABŞ
USS Scorpion (SSN-589)
1968052222 may 1968 03500

3500 ton, 99 şəxs

3Mərkəzi Atlantik ərazisi. Azor adalarından 400 mil cənub-qərbdə.[2]. Dəqiq koordinatları təsnifatlandırılmamışdır.[3].

33°40′23″ şm. e. 32°35′06″ q. u.

099 99 0Gəminin batma səbəbi məlum deyil.[2]. Ehtimal olunur ki, "Mark-35" sualtı raketinin partlaması baş verib.[2]. 30003000 metr
К-008SSRİ SSRİ
К-8
1970041212 aprel 1970 04750

4750 ton, 104 şəxs

4Biskay körfəzi ərazisi. İspaniya sahillərindən 490 mil şimal-qərbdə. 052 52 1Gəminin üçüncü və yeddinci bölməsində qısa qapanma baş verib.[4]. 46804680 metr
К-027SSRİ SSRİ
K-27
19810910 Qəza 1968-ci ilin 24 may tarixində baş verib. Batma tarixi isə 1981-ci ilin 10 sentyabr tarixidir.[5] 04370

4370 ton, 105 şəxs

8Şimal Buzlu okeanı, Kara dəniz ərazisi. 72°31′27″ şm. e. 55°30′06″ ş. u. 0049+0 3Sol bort reaktorunun istilik daşıyıcısının birinci konturunun tıxanması. 007533 metr (digər mənbələrdə — 75 metr)
K-219SSRİ SSRİ
K-219
198610066 oktyabr 1986 11500

500 ton, 119 şəxs

2Mərkəzi Atlantik. 31°25′ şm. e. 54°42′ q. u. 0044[6] (115) 26 nömrəli raket şaxtasına dəniz suyunun gəminin yuxarı hissəsindən daxil olması.[7]. 55005500 metr
К-278SSRİ SSRİ
К-278 "Komsomolets"
198904077 aprel 1989 08500

8500 ton, 60 şəxs

5Norveç dənizi. 73°43′17″ şm. e. 13°15′51″ ş. u.[8] 04242 (27) 1Gəminin 7-ci bölməsində yanğının baş verməsi. Yanğın səbəbi məlum deyil.[8]. 18581858 metr[8]
К-141Rusiya Rusiya
К-141 "Kursk"
2000081212 avqust 2000 23860

860 ton, 130 şəxs

7Barens dənizi. 69°40′ şm. e. 37°35′ ş. u. 118118 2Gəminin 1-ci bölməsində partlayışın baş verməsi.[9]. Rəsmi açıqlama- Texniki səbəblərdən raketin partlaması.[10]. 0108108 metr
К-159Rusiya Rusiya К-159 2003083030 avqust 2003 04749

4750 ton, 104 şəxs

6Barens dənizi, Kildin adası yaxınlığında[11], 69°22,64′ şm. e. 33°49,51′ ş. u.[12]. 0099 (1)[11] 3İstifadə yerinə buksirlə dartma zamanı burun hissədəki pontonların (qayıqların) ayrılması səbəbindən ləpəyə davamlılığın itməsi.[12]. 0248248 metr[12] (digər mənbələrdə — 170 metr)[11]

Xəritələr[redaktə | mənbəni redaktə et]

Atlantik okeanda batmış qayıqların yeri
K-8 üçün dəqiq koordinatlar məlum deyil, təxmini göstərilir.
Arktikada batmış qayıqların yeri

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 California Center for Military History. "Loss of a Nuclear Submarine USS Thresher (SSN-593)". www.submarinehistory.com. 2001–2010. 2011-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-16.
  2. 1 2 3 California Center for Military History. "Loss of the Nuclear Submarine USS Scorpion (SSN-589)". www.submarinehistory.com. 2001–2010. 2011-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-16.
  3. "Загадка "Скорпиона"". Военно-Морская коллекция. www.navycollection.narod.ru. 2000–2006. 2011-01-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-16.
  4. Илья Курганов, Андрей Николаев. "К-8, проект 627А". «Штурм Глубины». 2003–2009. 2011-01-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-16.
  5. В. Мазуренко. "Авария на подлодке К-27: воспоминания выжившего". 25 января 2013. 2014-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-21.
  6. Валерий Павлович Королюк. "Книга Памяти. К-219". Российский Подводный Флот. submarine.id.ru. 2011-01-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-16.
  7. Илья Курганов, Андрей Николаев. "К-219, проект 667А, 667АУ". «Штурм Глубины». 2002–2009. 2011-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-16.
  8. 1 2 3 Илья Курганов, Андрей Николаев. "К-278, "Комсомолец", проект 685". «Штурм Глубины». 2002–2008. 2011-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-16.
  9. Андрей Николаев. "К-141, "Курск", проект 949А". «Штурм Глубины». 2002–2008. 2011-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-16.
  10. Рязанцев Валерий Дмитриевич. "Глава X. Правда и ложь о катастрофе К-141 "Курск"". Воспоминания подводников. Александр Викторов. avtonomka.org. 2007–2010. 2011-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-18.
  11. 1 2 3 Светлана Гомзикова. "Четыре года плюс четыре миллиона". Независимая газета. 2006-09-28. 2011-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-16.
  12. 1 2 3 Илья Курганов, Андрей Николаев. "К-159, Б-159, проект 627А". «Штурм Глубины». 2002–2010. 2011-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-16.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]