Bibiheybət məscidi — Vikipediya

Bu məqalə məscid haqqındadır. Digər mənalar üçün Bibiheybət (dəqiqləşdirmə) səhifəsinə baxın.
Bibiheybət məscidi
Bibiheybət məscidi
Bibiheybət məscidi
Xəritə
40°18′31″ şm. e. 49°49′13″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Bakı Bakı
Yerləşir Bibiheybət, Səbail
Aidiyyatı Qafqaz Müsəlmanları İdarəsi
Memar Mahmud ibn Səd
Sifarişçi Şirvanşah II Fərruxzad
Tikilmə tarixi 12811282
Üslubu Şirvan-Abşeron memarlığı [1]
Minarələri 2
Vəziyyəti Restavrasiya olunub (12 iyul, 2008)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bibiheybət məscidiAzərbaycan Respublikasının Bakı buxtası sahilində yerləşən məscid. 1990-cı illərdə tikilən məscid Şirvanşahlar dövlətinin iyirmi səkkizinci hökmdarı Əbü-l-Fəth Fərruxzad ibn Axsitan ibn Fəribürz[2] tərəfindən XIII əsrin II yarısında Azərbaycan Elxanilər dövlətinin tərkibində olduğu zaman tikilən eyniadlı məscidin bərpa edilmiş variantıdır. Mahmud ibn Səd tərəfindən tikilən məscid bütün SSRİ ərazisində dinə qarşı mübarizə zamanı 1936-cı ildə bolşeviklər tərəfindən tamamilə dağıdılmışdır.

Bibiheybət kompleksində məsciddən başqa seyid nəslindən gələn Həkimə xanım kimi möhtərəm şəxslərə aid sərdabələr və qəbirlər var. Bu abidə Azərbaycandakı İslam memarlığı abidələrinin ən əhəmiyyətli nümunəsidir. Azərbaycan şairi Abbasqulu ağa Bakıxanov, məşhur fransız yazıçısı Aleksandr DümaQarabağ xanlığıın son hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvan kimi şəxslər bu məscidi ziyarət ediblər. Hal-hazırda da Azərbaycana gələn xarici ölkələrin nümayədənləri məscidi ziyarət edir.[3][4][5]

Tarixi[redaktə | mənbəni redaktə et]

Tikilmə tarixinin müəyyənləşdirilməsi[redaktə | mənbəni redaktə et]

Bibiheybət məscidindəki məzar

Məscid yeddinci şiə imamı Musa əl-Kazımın qızı Həkimə xanımın məzarı üzərində tikilib. Həkimə xanım İmam ƏliFatimənin nəslindən idi.[1] Həkimə xanım onu incidən xəlifələrin əlindən Bakıya qaçmışdı. Məzarda daşa yonulmuş yazı təyin edir ki, Həkimə xanım müqəddəs nəsilə məxsus olub:

" Burada Məhəmmədin nəslindən olan, altıncı imam Cəfər Sadiqin nəvəsi, yeddinci imam Musa əl-Kazımın qızı, səkkizinci imam Əli ər-Rzanın bacısı dəfn olunub.[1] "

Həkimə xanımın Heybət adlandırılan qulluqçusu türbənin mərkəzindəki kvadrat şəkilli ağacdan qəfəsin mərkəzində dəfn olunub. Məscidin adı — "Heybətin bibisi" də belə meydana çıxmışdır.[6]

Məscidin cənub divarındakı yazıya əsaslanaraq tarixçilər məscidin tikilmə tarixinin XIII əsrin sonu olduğunu fikirləşirlər. Məscidin divarındakı ərəbcə yazıda deyilirː "Mahmud ibn Sədin əməlidir."[1][2] Mahmud ibn Səd həmçinin Nardaran qalasınıMolla Əhməd məscidini tikmişdir.[2][7] Şərqşünas İlya Berezin 1841-ci ildə Bibiheybətdə tapdığı başqa bir ərəb yazısında deyilir:

" Bu məscidi tikməyi əzəmətli məlik, böyük sultan, dövlətin və dinin qoruyucusu, möminlər əmirinin köməkçisi Əbü-l-Fəth Fərruxzad ibn Axsitan, ibn Fəribürz, Allah onun hakimiyyətini ucaltsın... səksəninci il tarixdə (1281/2-ci il) əmr etdi. "
Mahmud ibn Sədə həsr edilmiş Azərbaycan poçt markası

Sovet sənətşünası Leonid Bretanitski tikilmə ili ilə bağlı fərqli fikirdədir:

" Bakının yaxınlığındakı... məscid XIII əsrin sonlarında inşa edilmişdir. Nisbətən yaxın bir zamanda dağıdılıb və qısa təsvir və bir neçə fotolardan məlumdur... Boris Dorn və İlyaz Berezin tərəfindən adı çəkilən şərq fasadındakı inşaat dövrünə aid yazının məscidin II Axsitanın oğlu II Fərruxzadın dövründə tikilməsini bildirməsi məscidi onun dövrünə, hicri ilə 660-665-ci illərə (1264-65 — 1266-67) aid etməyə imkan verir.[2] "

Sara Aşurbəyliyə görə Fərruxzad adı məscidin Şirvanşahlar tərəfindən bərpa edildiyini göstərə bilər və məscidin özü Şirvanşahlardan daha qədim ola bilər.[8] Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində qeyd edir:

" Hicri 180-ci (797) ildə, xəzərlər hücum edib bütün Dağıstanı, Dərbəndi və Şirvanı istila etdilər... Hər guşədə bir əmir və hər nöqtədə bir şərir meydana gələrək, fitnə-fəsad törətməyə başladılar. Bu zaman Şirvan vilayətində Fərruxzad Əxşican oğlu hökmran idi. Bakıda Bibiheybət kəndində onun ləqəbi: " — əmirülmömininin yardımçısı böyük sultan" deyə yazılmışdır. Bundan məlum olur ki, o, müsəlman olub abbasi xəlifəsinə tabe imiş.[9] "

Səfəvilər[redaktə | mənbəni redaktə et]

Yüz ildən çox bir müddət ərzində məscid şeyxlərin dörd nəsli tərəfindən idarə edilib. Bu dövrdə məscid vergi imtiyazlarından yaralanıb. Səfəvi hökmdarları I Təhmasib, I Abbas (1606—1607), II Abbas (1650; 1655—1656; 1667—1668), Hüseyn (1700—1701) fərmanlarında deyiblər ki, hökumət qulluqçularının, soyurqal sahiblərinin bu kompleksin vəqf ərazilərindən vergi yığmaq hüququ yoxdur. I Təhmasib və I Abbasın fərmanlarında Bibiheybət məscidi və ətrafının qurulması və bərpa edilməsindən bəhs edilir.[1]

1547-ci ilə aid I Təhmasib Zığ kəndinin Bibiheybət məqbərəsinə vəqf olunmasını təsdiq edən fərman vermişdir:

" Mübarək fərman verildi o haqda ki, Şirvan Badkuyəsindəki Bibiheybətin mübarək məzarının mütəvəlliliyi qədim zamanlardan Şeyx Bünyada aid edilmişdi. Ərzə çatdırıldı ki, o, vəfat etmişdir. Onun oğlu Qulaməlinin isə ləyaqət və qabiliyyəti var ki, həmin iş qayda üzrə ona tapşırılsın. Buna görə qərara aldıq ki, toşqan ilin əvvəlindən etibarən onun atasının göstərişi əsasında qeyd olunan asitanənin mütəvəllisi tanısınlar. Oranın dərvişləri və işçiləri onu həmin yerin mütəvəllisi bilərək, sözü və məsləhətindən kənara çıxmasınlar. Buyruqdan boyun qaçırmasınlar və hər hansı adam hasil etdiyini [mütəvəlliyə] verdikdə qəbz alsın. Hər il yeni hökm tələb etməsinlər. "
Salman xanın Bibiheybət türbəsini ziyarəti. Əsəfi Dal Mehmed Çələbi. 1583

1555-ci ildə I Təhmasib Zığ kəndinin Bibiheybət məqbərəsinin mütəvəlliliyi haqqında fərman vermişdir:

" Badkuyə ətrafında yerləşən Zığ kəndi bütün sərvət və əmlakı ilə birlikdə haqq imam övladı Bibiheybətin - onun babalarına və özünə salavat və salam olsun – müqəddəs asitanəsinə vəqf edildiyinə və bu haqda heç bir dəyişiklik olmadığına görə Badkuyənin amillə-indən, divan işlərinə baxanlarından, kələntərləri və kətxudalarından heç biri, heç bir adla qeyd olunan kəndin ətrafında dolanmayaraq hər hansı tələb etməsinlər. Qeyd olunan ölkənin hakimləri, tiyuldarları və daruqələri yazılmış qayda üzrə qərar verildiyini bilsinlər. Ondan kənara çıxmasınlar. Qeyd olunan kəndin rəiyyətlərinin, habelə mübarək asitanənin dərvişləri və xidmətçilərinin gözlənilməsini vacib bilərək yazılı göstəriş verməsinlər və məmur göndərməsinlər. Heç bir yaranmış ixracat adı ilə, habelə ələfə, ulufə, ulağ, bigar, şikar və sair şeltaqat və əhalini aclığa məruz qoyan hər hansı ad və qayda ilə olursa-olsun təcavüz etməsinlər. Qeyd olunan ölkənin bəniçəsi daxilindən çıxarılmış və kənar olunmuş bilsin[lər]. Bu barədə göstəriş verilməsini lazım bilərək ona hərtərəfli riayət etsinlər. "

Daha sonra məscidin ətrafında nüfuzlu ilahiyyatçılar hesab edilən şeyxlər məskunlaşdılar. Vaxt keçdikcə bu yer Şıxlar adlandırılmağa başlandı (Şeyx sözündən). Buna görə və ya bununla əlaqədar olaraq Bibiheybət məscidinin yerləşdiyi Bakının şəhərətrafı qəsəbəsi Şıxlar adlanır. Məscid yaxınlığında basdırılmalarını vəsiyyət edən bir çox müsəlmanın arasında Hacı Şeyx Şərif də var. Hacı Şeyx Şərif vaxtilə sufizmi yaymaq üçün Bakıya gəlmişdi. O, həyatının qalan hissəsini basdırıldığı bu ibadətxanada keçirmişdi.[1]

1578-1590-cı illər Səfəvi-Osmanlı müharibəsi zamanı Bakını osmanlılardan geri almaq üçün hücum edən Salman xanın yuxusunda Bibi Heybət adlı qadın övliyanı (əzizəni) yuxusunda görməsi ilə bağlı məlumat Osmanlı tarixçisi Əsəfi Dal Mehmed Çələbinin Şücaətnamə adlı əsərində nəql edilir. Əsəfinin verdiyi məlumata görə Salman xan belə qərara gəlir ki, yuxu şəhəri ala bilməyəcəklərinə işarədir. O, şəhərin mühasirəsini dayandırır və Bibiheybət türbəsini ziyarətə gedir. Şücaətnamə əsərində Bibiheybət türbəsinin miniatürü verilmişdir. Miniatürdə türbə bağça ilə əhatə edilib, altıbucaq formada, qübbəlidir. Ön hissədə görülən Bibi Heybətin məzarı Səfəvilər üçün vacib dini abidə haqqında məlumat verir. Əsəfi ola bilər ki, yuxu ilə bağlı məlumatı əsarətdə olduğu müddətdə iranlılardan və ya Bakı şəhərində olduğu müddətdə şəhərin sakinlərindən öyrənmişdir.[10] Əsəfi Bibi Heybətin Salman xana yuxuda dediyi sözləri belə çatdırır:

Döndü hışmile verdi ana cevab
Gerçi destim kildir, ettim çok savab,
Siz yıkarsız Badkuye kalasın,
Ben yaparım emr ile her kullesin...[11]

Rusiya imperiyası[redaktə | mənbəni redaktə et]

Qubalı Fətəli xanın məzar daşı. Azərbaycan Tarix Muzeyi

Bacısını (Bakı xanı Məlik Məhəmmədin arvadı) ziyarət etmək üçün Bakıya gələn Qubalı Fətəli xan 1789-cu ilin mart ayında vəfat etmiş və Bibiheybət məscidi qəbiristanlığında basdırılmışdır.[12] Onun məzar daşı hal-hazırda Azərbaycan Tarix Muzeyində saxlanılır.[13]

Bibiheybət məscidinə dini ziyarətlər edilib və bura uzun müddət möcüzəvi xüsusiyyətlərinə görə məşhur olub[1]. XIX əsrin 50-ci illərində məscidi ziyarət edən məşhur fransız yazıçısı Aleksandr Düma "Qafqaz" kitabında yazırdı[14]:

" Məscid — uşağı olmayan qadınlar üçün sitayişgahdır, onlar bura piyada gəlirlər, dua edirlər və bir il ərzində uşaq sahibi olmaq qabiliyyəti əldə edirlər... "

Dümaya görə məşhur azərbaycan şairi Xurşidbanu Natəvan (Dümada — Xasay xan Usmiyevin Knyaginyası) da məbədi ziyarət edib, bir ildən az bir müddətdə oğlu olub. Daha sonra Natəvanın verdiyi ianə ilə Bakıdan Bibiheybət məscidinə yol çəkilib.

Məscidin adına yerli və avropalı tədqiqatçıların və səyyahların əsərlərində rast gəlinir. Bunlara misal olaraq Abbasqulu ağa Bakıxanov, İlya Berezin, Boris Dorn, Nikolay Xanıkov, Yevgeni Paxomovu göstərmək olar. 1925-ci ildə məscid haqqında kiçik məqalə yazmış Azərbaycan tarixçisi Q.Sadiqi aşağıdakı təsviri verirdi:

" Bakının 5 mil cənub-qərbində Bayıl burnunda, dağ qolunun yamacında və kiçik sahil zolağında olan Şıxov kəndi yerləşir. Diqqətələyaiq odur ki, orada qədim, gözəl bir məscid yerləşir. Dənizdən məscidə yarım millik məsafədir; dəniz sahəsindən şərqə pilləkən var, dənizin cənub və şimal tərəfindən qapı var. Məscidin yanında hündür minarə və həmçinin türbələr — məqbərələr, zirzəmilər və qəbirlər var.[6] "

1911-ci ildə türbənin şimal hissəsində xeyriyyəçi Ələsgər ağa Dadaşovun vəsaiti ilə memar Hacı Nəcəf məscidin yeni binasını tikdi. Həmçinin yenidən bərpa edilən türbə və qədim məscid kubik forması aldı.

Məscidin dağıdılması[redaktə | mənbəni redaktə et]

1936-cı ildə məscidin dağıdılması

1920-ci ildə Azərbaycanda sovet rejimi qurulduqdan sonra bolşeviklərin dinə qarşı mübarizəsi başladı. Mömin müsəlmanlar üçün böyük əhəmiyyət kəsb edən Bibiheybət məscidi Bakıdakı provoslav Aleksandr Nevski kafedralı və polyak katolik kilsəsi — Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi ilə birlikdə yeni hökumətin hədəfi oldu.

1935-ci ilin sentyabrında Az. Mərkəzi İcra Komitəsi və Bakı Sovetinin Rəyasət Heyəti “zəhmətkeşlərin şikayətlərinə əsaslanaraq” qətnamə qəbul edib məscidlərdəki dini mərasimləri qadağan etdi: "Удовлетворить ходатайство 300 рабочих нефтепромысла им. Сталина о закрытии в сел. Шихово молитвенного дома „Биби“." 1936-cı ildə məscid dağıdıldı.[1] Kompleksin bir çox tikililəri birinci partlayışdan sonra dağıldı, minarə yalnız üçüncü partlayışdan sonra dağıldı.[15].

Məscidin dağıdılmasından sonra ele eyni ildə Moskvada tarixi əhəmiyyəti olan memarlıq abidələrinin saxlanmasına qərar verildi. Məscidin dağıdılmasına görə sədr Azkomstarisa Salamov 20 il üçün Sibirə sürgün edildi.

Daha sonra məscidin yerində şose tikildi[16].

Azərbaycan Respublikasının III prezidenti Heydər Əliyev 12 iyul 1998-ci ildə bərpa edilmiş yeni məscidin açılış mərasimində nitqlə çıxış edərək demişdir:

" Burada, bu müqəddəs yerdə vaxtilə ucaldılmış məscid 60 il bundan öncə vəhşicəsinə partladılmışdır, dağıdılmışdır. Bizim mənəviyyatımıza, mənəvi dəyərlərimizə, islam dininə böyük zərbə vurulmuşdur. Xalqımız, millətimiz bu zərbəni almış, yaralanmış, əzilmiş, ancaq məhv, məğlub olmamış, bu zərbələrə, yaralara, əziyyətlərə dözməyə məcbur olmuşdur.[17] "

Məscidin bərpası[redaktə | mənbəni redaktə et]

Bibiheybət məscidi XX əsrin əvvəllərində və indi

Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra dağıdılmış məscidlər bərpa edilməyə başladı. 1994-cü ildə Heydər Əliyev 1936-cı ildə qədim məscidin dağıdıldığı yerdə yeni məscidin tikilməsi barədə sərəncam imzaladı.

Kompleksin plan və ölçüləri 1980-ci ildə partlayışdan az müddət əvvəl çəkilmiş şəkillər əsasında bərpa edilmişdi. Q.Sadiqinin 1925-ci ildə yazılmış kiçik məqaləsi daxil olmaqla məşhur səyyahların qeydləri məscidin bərpa edilməsində önəmli rol oynadı. Q.Sadiqin məqaləsi 1920-ci illərin ortalarında məscidin vəziyyətini təsvir edirdi.

1998-ci ildə Bibiyeybətdə yeni binanın bərpa edilməsi işi başlandı. 12 iyul 1998-ci il tarixində keçirilən açılış mərasimində Heydər Əliyev demişdirː

" Bu gün gördüyünüz məscid, bu böyük abidə bizi sevindirir. Ancaq hesab edirəm ki, bu, işin birinci mərhələsidir. Bu tikinti layihə üzrə tamamilə başa çatmalıdır. Bu gün bəyan edirəm ki, bu məscid kompleksinin layihə üzrə tam sona çatmasını mən öz himayəmə götürürəm və onun həyata keçirilməsi üçün bütün imkanları yaradacağam, lazım olan yardımları edəcəyəm.[17] "

Yeni məscidin təntənəli açılışı 1999-cu ilin may ayında olmuşdur.

Bərpaçılar qorunub saxlanmış köhnə eskizlər üzərində işləmişdilər. Məscidin arxitekturasında Şəkidəki Şəki xan sarayıGəncədəki Şah Abbas məscidində də istifadə edilmiş Azərbaycan texnologiyası — şəbəkə istifadə edilmişdir. Bərpaçı-zolotnik Həsən Mustafayev demişdir:

" Bu abidənin bərpası hər nüansa incə yanaşma tələb edir, ona görə ki, bu münasibətin fərqli olduğu məscid-ziyarətgahdır. "

Burada həmçinin Şirvanşah II Fərruxzad və Heydər Əliyevə həsr edilmiş abidə var[16].

Yeni kompleks köhnəyə nisbətən daha çox ərazi tutur. Məscidin həyətində bir neçə min möminin birlikdə dua etməsi üçün meydança qurulması nəzərdə tutulur.[1]

14 iyul 2008-ci ildə rekonstruksiyadan sonra məscidin açılış mərasimi baş tutdu. Mərasimə Azərbaycan Respublikasının IV prezidenti İlham Əliyev başçılıq edirdi. Mərasimdə həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxulislam Allahşükür Paşazadə, Bakı və Xəzəryanı bölgə yeparxiyasının yepiskopu Aleksandr İşein, Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilov, Bakıdakı Roma katolik kilsəsinin başçısı Yan Çapla iştirak edib.[18]

Planı[redaktə | mənbəni redaktə et]

1920-ci illərin ortalarında məscidin planı
[redaktə | mənbəni redaktə et]

Bibiheybət məscidinin planı. Şəkildəki planda abidələr rəqəmlərlə göstərilmiş abidələr: 1-Qədim məscid. 2-Sərdaba. 3-Arkada. 4-Minarə. 5-Yeni məscid. 6-Çıxış hissəsi. 7-Şimal qapısı. 8-Cənub qapısı. 9-Xidmət otağı. 10, 11, 12 və 13- Qəbirlər.

Memarlığı[redaktə | mənbəni redaktə et]

Köhnə məscid[redaktə | mənbəni redaktə et]

Bibiheybət məscidi

Bibiheybət məscidi kompleksinin inkişafını altı inşaat mərhələsinə bölmək mümkündür. Hər bir mərhələ yeni bir binanın kompleksə əlavə edilməsi ilə bağlıdır. İnkişaf mərhələləri XIII əsrdən XX əsrin əvvəllərinə qədər yayıldığından müxtəlif memarlar kompleksin binalarının tikintisində iştirak etmişdir.[15] Ən qədim hissə 1305-1313-cü illərdə inşa edilmiş türbənin cənub hissəsindəki kubik formalı məscid və qərbdən ona qoşulan minarədir. Məscidin bu hissəsinin memarı Mahmud ibn Səddir.[7] Minarə memarlıq quruluşuna görə Şirvan-Abşeron memarlıq məktəbinə uyğun gəlir və Şirvan ərazisindəki analoji tikililərin inkişafının tədqiqi üçün çox vacibdir.[15] Minarənin yuxarı hissəsi naxışlar və "stalaktitlər" ilə bəzədilib. Onun yuxarısında qövşəkilli günbəzlə taclandırılmış kiçik sütün yerləşir. Balkonun məhəccərinin daşdan hörməsi var idi.[6] Qrafik tədqiqat göstərir ki, minarə təqribən 22 metr uzunluğunda idi.

Memarlıq-planlaşdırılması xarakterinə görə Bibiheybət məscidi orta əsrlər dövrü Bakısında geniş yayılmış məscid tipinə aid idi. Məscid iç tərəfi çatma tağlı uzun dördbucaqlı otaqdan ibarətdir. Döşəməyə çatmayan çatma yarımtağ məscidi ortada ikiyə bölür. Cənub divarındakı mehrabın yarımdairəvi günbəzi stalaktitlər ilə, oymalarla bəzədilib.

Yeni məscid[redaktə | mənbəni redaktə et]

Məscidin cəmiyyətin mənəvi həyatında rolu[redaktə | mənbəni redaktə et]

Məscid Viqqo Peter Olafın «Şıxovda məscid» rəsmində, 1911-ci il
"Bibiheybət məscidi", Əli bəy Hüseynzadənin rəsmi
1. Məscid Viqqo Peter Olafın «Şıxovda məscid» şəklində, 1911-ci il
2. "Bibiheybət məscidi", Əli bəy Hüseynzadənin rəsmi

Məscid səkkizinci İmam və doqquzuncu məsum olan İmam Musər-Riza (ə) - nın bacısının məzarı üzərində tikilib. Məscid tikilməzdən əvvəl bu məkan, Həkimə xanımın Məhəmməd (s) peyğəmbərin nəslinə aid olmasına görə müqəddəs sayılırdı. Daha sonra Məscidin tikilməsiylə insanların ziyarətgah və ibadətgahına çevrildi. Həmin dövrdə cəmiyyətin hörmət edilən ilahiyyatçıları — şeyxlər məscidə yaxına ərazidə məskunlaşır və onlardan çoxu öldükdən sonra bu yerdə dəfn edilir[1].

Məscid SSRİ dövründə mənəvi əhəmiyyətinə görə bolşeviklərin “düşməni” oldu[1]. 1936-cı ildə məscid partladıldı, Həkimə xanımın qəbri ziyan gördü. Ancaq bu hadisədən sonra məscidin dindarlar tərəfindən müqəddəs hesab edilməsi bitmədi. İnsanlar hələ də bu yerdən mənəvi dəstək əldə etməyə davam edirlər.

Müsəlmanlar bu müqəddəs yerdə məscidi bərpa etməyi arzulayırdılar. SSRİ-in dağıdılmasından sonra insanlar dini azadlıq əldə edəndə məscid bərpa edildi. Bu gün peyğəmbər nəslindən gələn dörd nəfərin qəbrinin olduğu Bibiheybət məscidi İslam dünyasında müqəddəs qəbirlərin sayına görə üçüncü yerdədir[16].

Populyar mədəniyyətdə[redaktə | mənbəni redaktə et]

Fotoqalereya[redaktə | mənbəni redaktə et]

Mənbələr[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,00 1,01 1,02 1,03 1,04 1,05 1,06 1,07 1,08 1,09 1,10 Шахла Нуризаде, кандидат исторических наук. "Биби-Эйбат. Здесь возносят молитвы, здесь обретают исцеление" (PDF). irs-az.com. 2012-06-09 tarixində arxivləşdirilib (PDF).
  2. 2,0 2,1 2,2 2,3 Л. С. Бретаницкий. Зодчество Азербайджана XII-XV вв. и его место в архитектуре Переднего Востока. — М.: Наука, 1966. — С. 158. — 556 с.
  3. "Yaponiyalı nazirin arvadı Bibiheybət məscidini ziyarət etdi". 2020-12-05 tarixində arxivləşdirilib.
  4. "İranın vitse-prezidenti Bakıda Bibiheybət məscidini ziyarət edib". 2016-11-16 tarixində orijinalından arxivləşdirilib.
  5. "Baş Nazirin xanımı Bibiheybət məscidində oldu". 2014-09-22 tarixində orijinalından arxivləşdirilib.
  6. 6,0 6,1 6,2 Г. Садиги. Деревня Шихово (Биби-Эйбат). Изв. Азербайджанского археологического комитета. — вып.I. — Баку, 1925. — С. 30
  7. 7,0 7,1 Министерство культуры и туризма Азербайджанской Республики. Развитие архитектуры в средние века. Arxivləşdirilib 2016-03-04 at the Wayback Machinemct.gov.az.
  8. Aşurbəyli, 2006. səh. 79
  9. A. Bakıxanov, Gülüstani-Irəm, Bakı, 2001.
  10. KAYA Gönül, Resimli bir Osmanlı tarihi: Âsafî Paşa'nın Şecâatnâme'si, Uludağ Üniversitesi Yüksek Lisans Tezi, 2006.
  11. AZERBAYCAN TARİHİ İÇİN KAYNAK BİR ESER: ŞECAATNAME VE XVI. ASIRDA BAKÜ. Mehmet RIHTIM
  12. В. Н. Левиатов. Очерки из истории Азербайджана в XVIII веке. — Изд-во АН Азербайджанской ССР, 1948. — 227 с.
  13. Эпиграфические памятники Северного Кавказа на арабском, персидском и турецком языках. Надписи X — XVII вв. Тексты, переводы, комментарий, вступительная статья и приложения Л. И. Лаврова. — М.: Наука, 1968. — Т. 2, часть 2. — С. 146.
  14. Александр Дюма. Глава XXIII // Кавказ / Под. ред. профессора Т. П. Буачидзе. — Тбилиси: Мерани, 1988. — С. 118.
  15. 15,0 15,1 15,2 Ризван Байрамов, архитектор. Утерянная реликвия. Архитектурный комплекс «Биби-Эйбат». Arxivləşdirilib 2016-03-03 at the Wayback Machineirs-az.com (2007).
  16. 16,0 16,1 16,2 В Баку закончилась реконструкция средневековой мечети Биби-Эйбат. Arxivləşdirilib 2012-07-18 at Archive.today(недоступная ссылка — история). Межгосударственная телерадиокомпания «Мир» (23.07.2008).
  17. 17,0 17,1 "Речь Президента Азербайджанской Республики Гейдара Алиева на церемонии открытия комплекса Биби-Эйбатской мечети-святилища". aliyev-heritage.org. 2011-08-14 tarixində orijinalından arxivləşdirilib.
  18. "Ильхам Алиев открыл только что восстановленную знаменитую мечеть". ИНТЕРФАКС. 2011-08-14 tarixində orijinalından arxivləşdirilib.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  1. Садиги Г. Шихова деревня (Биби-Эйбат). — вып.1. — ИААК (Известия Азербайджанского археологического комитета), 1925.
  2. Бретаницкий Л. С. Зодчество Азербайджана XII–XV вв. и его место в архитектуре Переднего Востока. — М., 1966.
  3. Ашурбейли С. Государство Ширваншахов (VI - XVI вв.). — Баку, 1983.
  4. Мусеви Т. М. Средневековые документы по истории Баку. — Баку, 1967.
  5. Sara Aşurbəyli. Şirvanşahlar dövləti. — Bakı, 2006.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

П: «Bakı»
П: «Memarlıq»
П: «Şirvanşahlar dövləti»

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]