Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvləri — Vikipediya

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvləri (həmçinin, Daimi Beşlik, Böyük Beşlik olaraq da tanınır) — 1945-ci il tarixli BMT Nizamnaməsinin BMT Təhlükəsizlik Şurasında daimi yer verdiyi beş suveren dövlətdir: Çin, Fransa, Rusiya, Birləşmiş KrallıqAmerika Birləşmiş Ştatları.[1]
Daimi üzvlərin hamısı II Dünya Müharibəsindəki müttəfiqlərdir (və bu müharibənin qalibləri) və eyni zamanda nüvə silahı olan dövlətlərdir (baxmayaraq ki, Birləşmiş Millətlər Təşkilatının qurulmasından əvvəl beşinin də nüvə silahı yox idi). Ümumilikdə 15 üzvü olan şuranın qalan 10 üzvü Baş Assambleya tərəfindən seçilir. Beş daimi üzvün hamısı veto hüququna malikdir, bu da onlardan hər hansı birinin beynəlxalq dəstək səviyyəsindən asılı olmayaraq Şuranın hər hansı bir həlledici qərarının qəbul edilməsinin qarşısını almağa imkan verir.

Hazırkı daimi üzvlər[redaktə | mənbəni redaktə et]

BMT Təhlükəsizlik Şurasının hazırkı daimi üzvləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir.

Ölkə Hazırkı dövlət təmsilçiliyi Əvvəlki dövlət təmsilçiliyi Hazırkı icraçı liderlər Hazırkı nümayəndələr
Çin Çin Xalq Respublikası Çin Respublikası (1945–1971) Prezident: Si Tsinpin Baş Nazir: Li Keqianq Çjan Tszun
Fransa Fransa Respublikası Fransa Respublikasının Müvəqqəti Hökuməti (1945–1946) Dördüncü Fransa Respublikası (1946–1958) Prezident: Emmanuel Makron Baş Nazir: Jan Kasteks Nikolas de Riviere
Rusiya Rusiya Federasiyası Sovet Sosialist Respublikaları İttifaqı (1945–1991) Prezident: Vladimir Putin Baş Nazir: Mixail Mişustin Vasili Nebenzya
Birləşmiş Krallıq Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı - Monarx: II Elizabet Baş Nazir: Boris Conson Barbara Vudvord
Birləşmiş Ştatlar Amerika Birləşmiş Ştatları - Prezident: Co Bayden Linda Tomas-Qrinfild

Veto hüququ[redaktə | mənbəni redaktə et]

Böyük beşliyə daxil olan ölkələr ilk dəfə sülhün qoru­nub saxlanması kimi məsuliyyətli bir işi öz üzərlərinə götürə­rək Təhlükəsizlik Şurasının daimi nümayəndəsi olan və müəyyən üstünlük təşkil edən dövlətlərdən tələb edirdilər ki, onlar üçün lazım olan məsələyə veto qoysunlar. BMT-yə yeni üzv qəbul edilən za­man, BMT hərəkətlərinə zidd olan, sülhə təhlükə yaradan müna­qişələrin sülh yolu ilə həll edilməsində, Nizamnaməyə ediləcək əlavələrin müzakirəsində, Baş Katibin seçilməsində veto qoymaq hüququ verilir. Bundan başqa, Böyük Beşlik müzakirə olunan məsə­lənin səsə qoyulmasının prinsipial xa­rakter daşıyacağını tələb edir və veto qoymaq hüququnun təsiri altına düşür.[1]

Şura Konsepsus təmin etmək və Qətnaməni yumşaltmaq üçün veto hüququ tətbiq edə bilir. SSRİ hər şeydən əvvəl başlanğıc illərində bir qayda olaraq BMT-yə nəzərdə tutulan qərbyönümlü dövlətlərin qəbuluna mane olmaq üçün vetodan istifadə etdi. ABŞ ilk dəfə 1970-ci ildə İsrailin insan hüquq­larına qarşı siyasətinin tənqid edilməsi və Ərəb tor­paqlarının işğal edilməsi ilə əlaqədar bəyannamənin müvafiq bəndinin müzakirəsinə veto hüququndan istifadə etmişdir.[1]

Genişlənmə[redaktə | mənbəni redaktə et]

Böyük Britaniya, Çin, Rusiya (SSRİ-nin vərəsəsi), ABŞ, Fransa və Baş Assambleyada təkrar seçilməyə bura­xılmayan və iki il müddətinə seçilmiş on üzvü daxildir. Daimi olmayan üzvlər aşağıdakı regionlardan seçilir: beşi AfrikaAsiya­dan, biri Şərqi Avropadan, ikisi Latın Ame­rikasından, ikisi Qərbi Avropadan həmçinin Avstraliya, Ka­nada da daxil olmaqla digər regionlardan seçilir. Təhlükəsiz­lik Şurası elə təşkil edilmişdir ki, o fasiləsiz olaraq fəaliyyət göstərsin və onun üzvlərinin hər bir nümayəndəsi daimi BMT-nin mənzil-qərargahında olsun. Sədrlik bir ay müddətində onun hər bir üzvünə təqdim olu­nur və sədrlərin adı ingilis əlifba sırası ilə yazılır. Qərar qəbul etmək üçün bütün daimi üzvlərin oxşar səsləri nəzərə alınmaqla doqquz səsdən az olmayaraq tələb olunur. Bu onu göstərir ki, daimi üzvlərdən biri və bir neçəsi hər hansı bir qərarın əleyhinə səs versinlər. Bu zaman həmin qərar kənarlaşdırılmış hesab edilir. Daimi üzvün bitərəf qal­masına veto kimi baxılır.[1]

Daimi üzvlərin hazırkı liderləri[redaktə | mənbəni redaktə et]

Çin - Si Tsinpin

Fransa - Emmanuel Makron

Rusiya - Vladimir Putin

Birləşmiş Krallıq - Kral III Çarlz. Baş nazir Rişi Sunak

Amerika Birləşmiş Ştatları - Co Bayden

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Birləşmiş Millətlər Təşkilatı

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 "BMT-nin Təhlükəsizlik Şurası". https://kayzen.az/. 18 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 may 2023.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Unated Nations