Boris Conson — Vikipediya

Boris Conson
brit. ing. Boris Johnson
24 iyul 2019 – 6 sentyabr 2022
MonarxII Elizabet
ƏvvəlkiTereza Mey
SonrakıLiz Trass
4 may 2008 – 7 may 2016
Baş nazirQordon Braun
Devid Kemeron
MonarxII Elizabet
Şəxsi məlumatlar
Doğum adı Alexander Boris de Pfeffel Johnson
Doğum tarixi 19 iyun 1964(1964-06-19)[1][2][…] (59 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti jurnalist, siyasətçi
Atası Stenli Conson[d]
Anası Şarlotta Conson Val[d][9]
Həyat yoldaşları
  • Alleqra Mostin-Ouen[d] (19871993)[3],
  • Marina Uiler[d] (19932020)[4],
  • Kerri Conson[d] (2021–)[5]
Uşaqları 8[6][7]
Elmi fəaliyyəti
Elm sahəsi siyasət
Elmi dərəcəsi

İmzanın şəkli
gov.uk/government/people…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Boris Conson (19 iyun 1964[1][2][…], Nyu-York, Nyu-York ştatı, ABŞ[8]) — ingilis dövlət xadimi və siyasətçisi, Böyük Britaniyanın 77-ci baş naziri (2019-2022).

Əvvəllər London şəhərinin meri (2008-2016), Böyük Britaniyanın xarici işlər naziri (2016-2018) kimi vəzifələri tutmuşdur. Ulu babaları və nənələri içində müsəlman, yəhudi və xristian olanlar var 2022. Valideynlərinin tanış olduğu rus miqrantın şərəfinə Boris adlandırılıb. Boris özünü tək millət konservatizminə aid edir. Əvvəllər iqtisadi və sosial cəhətdən liberal siyasəti ilə, indi isə irqçi və homofob ritorika yürütdüyü iddia edilir.

Həyatı[redaktə | mənbəni redaktə et]

Boris Johnson 19 iyun 1964-cü ildə Nyu-Yorkda anadan olub.

Atasının babası Əli Kamal - türkiyəli jurnalist, Osmanlı İmperiyasının son Böyük vəziri Əhməd Oqtay hökumətində qısa müddət daxili işlər naziri olmuşdur. Bu vəzifədə olaraq o, Kamal Atatürkün həbsinə əmr vermişdir. Atatürk hakimiyyətə gəldikdən sonra general Nurəddin Konyarın əmri ilə Əli Kamal edam edilmişdir.

Bundan sonra Boris Consonun babası Osman Əli İngiltərəyə qaçır və burada Uilfred Conson (ing. Wilfred Johnson) adını qəbul edir.

Ata nənəsi Hənifə Fered, Qafqaz müharibəsi zamanı Osmanlı İmperiyasına qaçan çərkəzlərdən idi.

Boris Consonun anasının babası, Calvariyadan olan (indiki Litvada, o zaman Rusiyada) yəhudi mənşəli amerikalı alim-paleoqraf Elias Everi Levidir (1879-1969).

Anasının nənəsi, Helen Treysi Lav-Porter (1876-1963), alman dilindən bədii nəsri tərcümə edən Amerika tərcüməçidir. Əslən Tauandadandır (Bredford dairəsi, Pennsylvaniya ştatı).

Boris Conson 2020-ci il martın 27-də Covid-19-a yoluxub, apreldə isə xəstəxanadan evə buraxılıb.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]