Burulğan (film, 1986) — Vikipediya

Burulğan
Fayl:Burulğan (film, 1986).jpg
Janr dram
macəra
müəmma
Rejissor Eldar Quliyev
Ssenari müəllifləri Eldar Quliyev
Ramiz Fətəliyev
Baş rollarda Məmməd Məmmədov
Eqle Qabrenayte
Eldar Tağıyev
Həmidə Ömərova
Vidadi Həsənov
Operator Rafiq Qəmbərov
Bəstəkar Müslüm Maqomayev
Rəssam Mayis Ağabəyov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 29 yanvar 1986
Filmin digər adı Şəhərkənarı gəzinti
Filmin növü tammetrajlı bədii film
Müddət 85 dəq.
Ölkələr Azərbaycan Azərbaycan SSR
Dil azərbaycanca
İl 1986
Texniki məlumatlar 9 hissə
2508 metr
Rəng rəngli
IMDb ID0297476

Burulğan filmi rejissor Eldar Quliyev tərəfindən 1986-cı ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə qeyri-tipik əhvalatdan uzaq, müasir həyatın mühüm mənəvi problemlərinə toxunulmuşdur. Əsas rolları Məmməd Məmmədov, Eqle Qabrenayte, Eldar Tağıyev, Həmidə ÖmərovaVidadi Həsənov ifa edirlər.

Məzmun[redaktə | mənbəni redaktə et]

Bir neçə gənc: Murad (Məmməd Məmmədov), Ruslan (Eldar Tağıyev), Nata (Eqle Qabrenayte) və Tamara (Həmidə Ömərova) istirahət günü Xəzərin kimsəsiz sahilinə gəlirlər. Təzə "robinzonlar"ın şən əhval-ruhiyyəsini dəstəyə dəvətsiz qoşulan beşinci "robinzon"-Adil (Vidadi Həsənov) korlayır. Gənclər çadırları qurmağa və tonqal qalamağa macal tapmamış dəhşətli bir hadisə baş verir.[1]

Filmdə qeyri-tipik əhvalatdan uzaq, müasir həyatın mühüm mənəvi problemlərinə toxunulmuşdur.[1]

Rollarda[redaktə | mənbəni redaktə et]

Məmməd Məmmədov — Murad
Eqle Qabrenayte — Nata
Eldar Tağıyev — Ruslan
Həmidə Ömərova — Tamara
Vidadi Həsənov — Adil
Əminə Yusifqızı — Katibə
Ofeliya Məmmədzadə — Ana
Filmi səsləndirənlər:
Rasim Balayev — Murad (Məmməd Məmmədov) (titrlərdə yoxdur)
Əminə Yusifqızı — Nata (Eqle Qabrenayte) (titrlərdə yoxdur)
Eldəniz Rəsulov — Ruslan (Eldar Tağıyev) (titrlərdə yoxdur)
Əliabbas Qədirov — Adil (Vidadi Həsənov) (titrlərdə yoxdur)
Nuriyyə Əhmədova — Katibə (Əminə Yusifqızı) (titrlərdə yoxdur)
Zərnigar Ağakişiyeva — Ana (Ofeliya Məmmədzadə) (titrlərdə yoxdur)
Hamlet Xanızadə — Televizorda şeir deyən (titrlərdə yoxdur)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 131-132

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 278-298; 310.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]