Cavan Zeynallı — Vikipediya

Cavan Zeynallı
Cavanşir Mirzəməmməd oğlu Zeynallı
Ümumi məlumatlar
Doğum tarixi (78 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, cazmen, pianoçu, aktyor.
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2019 "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2006

Cavan Zeynallı (29 sentyabr 1945, Bakı) — Azərbaycan müğənnisi, cazmen, Azərbaycan Respublikasının Xalq artisti (2019).

Həyatı[redaktə | mənbəni redaktə et]

Cavan Zeynallı 29 sentyabr 1945-ci ildə Bakıda dünyaya gəlmişdir. Anası Şəfiqə xanım Məcidova opera müğənnisi idi, dahi Üzeyir Hacıbəylinin kollektivində işləmişdi. Əvvəlcə 7 illik musiqi məktəbini, 1967-ci ildə A. Zeynallı adına musiqi texnikumu bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə qəbul olunmuşdur. 1972-ci ildə konservatoriyanı bitirdikdən sonra Azərbaycan Dövlət Mahnı Teatrında solist işləmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının solist-vokalçı kimi fəaliyyət göstərmişdir. 1979–2001-ci illərdə "Qaya" Dövlət ansamblının solisti olmuşdur. "Qaya" ansamblı ilə birgə bir çox xarici ölkələrdə qastrolda olmuş, Azərbaycan estrada sənətinin nümunələrini ləyaqətlə təmsil etmişdir. Musiqiçi özünəməxsus səs tembri, ifa tərzi, aurası ilə böyük pərəstişkar kütləsi qazanmışdır,

Bakıda, Moskvada, Latviyada, Almaniyada, Polşada keçirilən Beynəlxalq caz festivallarının iştirakçısı olmuşdur. Bakı Caz Mərkəzində üç solo konserti ilə çıxış etmişdir.

Cavan Zeynallı 2 dəfə ailə həyatı qurub. İlk dəfə Moskvada evlənən sənətkarın 1981-ci il təvəllüdlü Nataşa adlı bir qızı vardır. Musiqiçi ikinci dəfə 1996-cı ildə Röya xanımla ailə həyatı qurub.[1]

Mükafatları[redaktə | mənbəni redaktə et]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Benefis (veriliş, 2007)
  2. Çətirimiz buludlardır (film, 1976)
  3. Dantenin yubileyi (film, 1978)
  4. Əlvida, cənub şəhəri (film, 2006)
  5. İstintaq (film, 1979)
  6. Kədərimiz... Vüqarımız...
  7. Koma 0,1 saniyədə (film, 2007)
  8. Qonşu qonşu olsa... (film, 1989)
  9. Oqtay Ağayev. Ötən günlər (film, 2004)
  10. Park (film, 1983)
  11. Sizi, kiçik toy məclisinə dəvət edirik. (film, 1979)
  12. Tam məxfi (film, 2004)
  13. Yanmış körpülər (film, 2007)
  14. Yollar görüşəndə... (film, 1979)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Cavan Zeynallı səmimi etirafları". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-25.
  2. "C.M. Zeynallıya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2015-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-21.
  3. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 may 2019-cu il tarixli Sərəncamı" (az.). president.az. 2019-05-25. 2019-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-25.