Cek xalçaları — Vikipediya

Xalça
"Cek" xalçaları
XIX əsrə aid "Cek" xalçası[1][2][3]
XIX əsrə aid "Cek" xalçası[1][2][3]
Xalça haqqında məlumatlar
Tam adı "Cek" xalçaları
Digər adı "Cək" xalçaları
Məktəbi Quba xalçaçılıq məktəbi
Növü xovlu
Ölkə Azərbaycan
Şəhər Quba
Bölgə Quba-Şirvan tipinin Quba qrupunun dağlıq hissəsi
Kənd Cek
Toxunması haqqında məlumatlar
Başlanma XIX əsr
Tamamlanma XIX əsr
Tarixi XIX əsr
Sənətkarı ceklilər
Üslubu Quba xalçaçılıq məktəbi[4]
Digər məlumatlar
Uzunluğu 250 sm-dən 350 sm-ə qədər
Eni 100 sm-dən 110 sm-ə qədər
Material Yun
carpet.intangible.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Cek" xalçaları və ya "Cək" xalçalarıQuba xalçalarının ən parlaq kompozisiyalarından biri.[5][6][7][8] Quba xalçalarının 35 çeşnisindən biri.[9]

İstehsalı[redaktə | mənbəni redaktə et]

Quba xalçalarının ən parlaq kompozisiyalarından biri olan "Cek" xalçalarının mərkəzləşmiş məntəqəsi Cek kəndi hesab olunur. "Cek" xalçaları Azərbaycan xalçalarının Quba-Şirvan tipinin Quba qrupunun dağlıq hissəsinə aid edilir. Əsasən ceklilər tərəfindən toxunmuşdur[1].

"Cek" xalçaları Quba şəhərindən 35 km qərb istiqamətində yerləşən Cek kəndinin adını daşıyır. "Cek" xalçaları həm də Qrız, Xınalıq, Söhüb, BuduqQalayxudat kəndlərində də istehsal olunmuşdur.

Xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Bədii xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

"Cek" xalçaları həm bədii, həm də texniki nöqteyi nəzərdən "Qrız" xalçalarına bənzəyir, lakin "Cek" xalçasının kompozisiyası daha sadədir. Ənənəyə zidd olaraq, ara sahənin və ara haşiyənin fonu eyni rəngdədir. Onun koloriti ciddidir, ara sahənin fonu sürməyi və ya qırmızı olur.

Texniki xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

"Cek" xalçaları əsasən uzunsov formada olur. Belə xalçaların ölçüsü 100 x 250 sm-dən 110 x 350 sm-ə qədərdir. Bəzən isə uzunsov formada olmayan "Cek" xalçalarına da rast gəlmək olur.

İlmələrin sıxlığı 50 x 50 ilmədən 55 x 55 ilməyə qədərdir. Bu da bir kvadrat metrdə 250000 ilmədən 30000 ilməyə qədər edir. Xovun hündürlüyü isə 4–5 mm-dir.

XX əsrin 60-cı illərində toxunmuş Cek xalçası (müəllifi: Xanımqız Muradova)

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Лятиф Керимов, "Азербайджанский ковер" (Том II), Баку, "Гянджлик", 1983, ст. 189-190, табл. 28. (rus.)  (ing.)
  2. http://www.carpets.dgu.ru/img/sm/dzhek.jpg[ölü keçid] dzhek.jpg (rus.)
  3. carpet.intangible.az Arxivləşdirilib 2011-03-16 at the Wayback Machine (az.)
  4. Azərbaycanda xalça sənətinin inkişafı - Azerbaijan.az.
  5. Azərbaycanda xalçaçılıq sənətinin inkişafı. www.mct.gov.az Arxivləşdirilib 2012-09-05 at the Wayback Machine (az.)
  6. Quba rayonu Arxivləşdirilib 2011-05-12 at the Wayback Machine (az.)
  7. "РАЗВИТИЕ ИСКУССТВА КОВРОДЕЛИЯ В АЗЕРБАЙДЖАНЕ". 2018-05-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-04.
  8. İLMƏ–İLMƏ TOXUNDUQ, DİYAR–DİYAR DOLAŞDIQ [ölü keçid]
  9. "Azərbaycan etnoqrafiyası. Üç cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 452". 2016-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-04.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]