Co Bayden — Vikipediya

Cozef Robinet Bayden
ing. Joseph Robinette Biden
Rəsmi portret, 2021
Rəsmi portret, 2021
Vəzifədədir
20 yanvar 2021-ci ildən
Vitse-prezidentKamala Harris
ƏvvəlkiDonald Tramp
bayraq
Delaver ştatının ali senatoru
bayraq2
3 yanvar 1973 – 15 yanvar 2009
PrezidentBarak Obama
ƏvvəlkiCeyms Boqqs
SonrakıTed Kaufman
Amerika Birləşmiş Ştatlarının 47-ci vitse-prezidenti
20 yanvar 2009 – 20 yanvar 2017
PrezidentBarak Obama
ƏvvəlkiDik Çeyni
SonrakıMayk Pens
Senat Xarici Siyasət Komitəsinin prezidenti
3 yanvar 2007 – 3 yanvar 2009
ƏvvəlkiRiçard Luqar
SonrakıCon Kerri
6 iyun 2011 – 3 yanvar 2003
ƏvvəlkiCessi Helms
SonrakıCon Kerri
3 yanvar 2011 – 3 yanvar 2009
ƏvvəlkiÇuk Qressli
SonrakıDianni Feinstein
Senat Ədliyyə Komitəsinin prezidenti
3 yanvar 1987 – 3 yanvar 1995
ƏvvəlkiStrom Tarmond
SonrakıOrrin Hetç
Şəxsi məlumatlar
Doğum adı Joseph Robinette Biden Jr.
Doğum tarixi 20 noyabr 1942(1942-11-20)[1][2][…] (81 yaş)
Doğum yeri
Partiya Demokratlar partiyası
Təhsili
Fəaliyyəti Siyasətçi, vəkil, yazıçı
Həyat yoldaşları

Neliya Bayden (1966—1972) (vəfat etmişdir)

Cill Bayden (1977-ci ildən)
Uşaqları oğulları: Bo və Hanter
qızları: Naomi Kistina və Eşli Bleyzer
Ailəsi Bayden ailəsi[6]
Dini Katolisizm
Elmi fəaliyyəti
Elm sahəsi hüquq[3], siyasət
Elmi dərəcəsi

İmzanın şəkli
Biden.Senate.gov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cozef Robinet "Co" Bayden (ing. Joseph Robinette (Joe) Biden, Jr.; 20 noyabr 1942[1][2][…], Skranton, Pensilvaniya[3]) — amerikalı siyasətçi, ABŞ Demokrat Partiyasının üzvü, Amerika Birləşmiş Ştatlarının 46-cı prezidenti.

İlk illəri (1942–1965)[redaktə | mənbəni redaktə et]

1942-ci il noyabrın 20-də Pensilvaniya ştatının Skrenton şəhərində yerləşən St. Mary's xəstəxanasında[7] irland əsilli ailədə dünyaya gəlmişdir.[8][9] Bir qız və iki oğlan övladına sahib olan Bayden ailəsində ən böyük övladı idi.[7]

Atası əvvəl varlı olsada, Baydenin uşaqlığı dövründə maddi çətinlikləri var idi. Bayden bir neçə il ana tərəfdən baba və nənəsi ilə birlikdə yaşadı.[10] 1950-ci illərdə Skrenton şəhərində iqtisadi problemlər mövcud idi. Buna görə də atası dəqiq iş tapa bilmirdi.[11] 1953-cü ildən sonra ailəsi Delaver ştatının Kleymont şəhərində mənzil kirayəyə götürdü və bir neçə il orada yaşadılar. Sonra Uilminqton şəhərində başqa bir evə köçdülər.[10] Daha sonra Co Bayden Sr. ikinci əl avtomobil satışı işinə başladı. Beləcə ailə orta təbəqə olaraq həyatını davam etdirdilər.[10][11]

Bayden Kleymontdakı Archmere akademiyasının futbol komandasında oynayırdı. Həmçinin orada beysbol da oynadı. 1961-ci ildə məktəbdən məzun oldu. Neuarkdakı Delaver Universitetində qısa müddət Amerika futbolu oynamağa davam etdi. 1965-ci ildə tarix və siyasət sahəsində iki əsas, dilçilik üzrə isə kiçik dərəcəli təhsil almışdır. Qiymət ortalaması "C" idi. 688 şagirdli məktəbdə 506-cı oldu.[12] Bayden "ailəmdə lazımınca alkaqol istifadəçisi var" deyərək alkaqol istifadə etmədiyini bir neçə dəfə demişdir.[13]

Hüquq və siyasət fəaliyyəti (1966–1972)[redaktə | mənbəni redaktə et]

1965-ci ildə Delaver Universitetində təhsil alarkən

1968-ci ildə Sirakuz Universitetinin hüquq fakultəsindən 85 tələbədən 76-cı[12] olaraq məzun oldu.[14] Astma xəstəliyinə görə əsgərlik xidməti üçün müraciət etdikdə "hal-hazırda uyğun deyilsiz" cavabı ilə qəbul edilmədi.[15]

Bayden 1968-ci ildə yerli respublikaçı Uilyam Prikettin başçısı olduğu Uilminqton hüquq bürosunda katib olaraq fəaliyyət göstərdi. Daha sonra isə "özümü respublikaçı olaraq hiss etdim" demişdir.[16]

Bayden 1969-cu ildə vəkillik fəaliyyəti göstərdi.[17] Daha sonra müttəfiqi ilə birlikdə hüquq bürosu yaratdılar. Amma bu şirkət yaxşı pul qazandırmadı.[10]

Senat seçkiləri[redaktə | mənbəni redaktə et]

ABŞ senatı olmaq istəyən Bayden vəzifədəki respublikaçı rəqibi Kaleb Boqqsu 1972-ci ilin seçkilərində məğlub etdi. Bloqqsa qarşı rəqib olan demokrat təkcə Co Bayden idi.[10] Bayden seçkilərdən bir neçə ay əvvəl Boqqsu demək olarki, 30/100 xal geridə qoydu. Seçkilərin nəticələrində Bayden %50,5 ilə qazandı.[18]

Senat fəaliyyəti (1973–2009)[redaktə | mənbəni redaktə et]

Bayden 5 yanvar 1973-cü ildə senat seçildi.[19][20] Həmin il həyat yoldaşı və uşaqlarını avtomobil qəzasında itirmişdi.

1973-cü ildə Senatda olduğu vaxtlarda

İlkin senat fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Bayden senat olduğu ilk illərdə ətaf mühitin qorunması mövzusu üzərində işlədi.[21] Time juranlının 1974 nömrəli Gələcəyin 200 Üzü jurnalında adı keçdi.[21]

Bayden Senatda olduğu ilk on il ərzində silahlanma idarəsi üzərində məsələlər həll etdi. 1979-cu ildə SSRİ başçısı Leonid BrejnevABŞ prezidenti Cimmi Karter ilə imzaladığı SALT II müqaviləsini (strateji silahların məhdudlaşdırılması) konqres təsdiq etdi.

Prezident seçkiləri (1988)[redaktə | mənbəni redaktə et]

Co Bayden 9 iyun 1987-ci ildə 1988-ci ilin prezident seçkilərində demokrat prezident olaraq iştirak edəcəyini açıqladı.[22] İlk başlarda etdiyi danışıqlarla xalqın rəğbətini qazana bilmişdi. Prezident seçilmək ehtimalı yüksək idi. Əgər prezident seçilsəydi, ABŞ tarixində Con Kennedidən sonra ikinci ən gənc prezident olacaqdı. Amma avqust ayında etdiyi danışıqda Nil Kinnokun sözlərini oğurlamaqla ittiham edildi.[23] Kinnokun danışığının bir hissəsi ağaşıdakı kimi idi:

Co Bayden 1987-ci ildə

Niyə min nəsil sonra universitetə gedə bilən ilk Kinnok mən oldum? Niyə Qlinis (həyat yoldaşı) ailəsindəki min nəsil sonra universitetə gedə bilən ilk qadın oldu?

Baydenin danışığının bir hissəsi isə ağaşıdakı kimi idi:

Buraya gələrkən düşünməyə başladımki, niyə Co Bayden ailəsində universitetə gedən ilk şəxs idi? Niyə orada — izləyicilərin içərisində oturan həyat yoldaşım ailəsində universitetə gedən ilk şəxs idi?

Bu ittihamdan əlavə universitet illərində etdiyi bəzi işlərində üstü açıldı. Beləliklə Bayden 23 sentyabr 1987-ci ildə seçkilərdən namizədliyini geri çəkdi.[24]

Senat Ədliyyə Komitəsi[redaktə | mənbəni redaktə et]

Bayden 1987–95-ci illər aralığında prezident olduğu Senat Ədliyyə Komissiyasının üzvü idi.

Senat Xarici Siyasət Komitəsi[redaktə | mənbəni redaktə et]

Senator Bayden prezident Klinton və digərləri ilə birlikdə Bosniyada (1997 dekabr)

Bayden uzun müddət idi Senat Xarici Siyasət Komitəsinin üzvü idi. 2001 iyun ayından 2003-cü ilə qədər və 2007-ci ildən 2009-cu ilə qədər komitənin prezidenti kimi fəaliyyət göstərdi. Bayden bu müddət ərzində 60 ölkə və ən azı 150 beynəlxalq təşkilat liderləri ilə görüşdü.[25]

Bayden 1991-ci ildə Xorvatiya müharibəsində serblərin müharibə hüququnu sui-istifadə etdiklərini öyrəndi və Yuqoslaviya müharibələri ilə yaxından maraqlandı.

Prezidentlik namizədliyi (2020)[redaktə | mənbəni redaktə et]

Prezidentlik fəaliyyəti (2021-ci ildən bəri)[redaktə | mənbəni redaktə et]

Bayden Konqres Binasında baş hakim Con Robertin keçirdiyi mərasimdə Blibliyaya əl basaraq prezidentlik andı içərkən

20 yanvar 2021-ci ildə ABŞ-nin 46-cı prezidenti olaraq fəaliyyətə başladı.[26][27] 78 yaşında bu vəzifəyə seçilən Bayden ən yaşlı prezident və həmçinin Delaverli ilk prezidentdir.[28] Həm də ABŞ prezidentlik tarixində Con Kennedidən sonra ikinci katolisist prezidentdir.[29]

Bayden prezident olduğu ilk iki gündə ümumilikdə 17 icra sərəncamı imzaladı. Bu say əvvəlki prezident Trampın prezidentliyinin ilk 100 günündə imzaladığı sərəncamlardan çox idi. Üçüncü gündə imzaladığı sərəncamları Paris iqlim sazişinə yenidən qoşulmaq, Meksika sərhədindəki beynəlxalq vəziyyətin başa çatması, hökuməti Ümümdünya Səhiyyə Təşkilatına yenidən qatılmağa yönəltmək, federal mülklərdə maska taxmaq məcburiyyəti və ABŞ-nin aclıqla mübarizə tədbirləri ilə qarşılaşması təşkil edirdi.[30][31][32][33] 19 aprel 2021-ci ildən etibarən 16 yaş və yuxarı olan hər kəsin COVID-19 peyvəndi edilmək hüququnu qəbul etdi.[34] Bayden 2021 aprel ayında ABŞ qoşunlarının 2021-ci ilin sentyabrına qədər Əfqanıstandan geri çəkiləcəyini açıqladı.[35]

Ailə həyatı[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Bayden ailəsi

İlk evliliyi[redaktə | mənbəni redaktə et]

Bayden 27 avqust 1966-cı ildə Sirakuz Universitetinin tələbəsi Neilia Hanter (28 iyuı 1942 – 18 dekabr 1972) ilə tanış oldu və bir müddət sonra ailə həyatı qurdu. Cütlüyün Bo Bayden (3 fevral 1969 – 30 may 2015), Hanter Bayden (d. 1970) və Emi Bayden (8 noyabr 1971 – 18 dekabr 1972) adlı üç uşaqları oldu.[36]

18 dekabr 1972-ci ildə həyat yoldaşı Neilia və bir yaşındakı qızları Emi Delaver ştatının Hokessin şəhərində avtomobil qəzasında öldü. Digər oğlu Bo Bayden 2015-ci ildə beyin xərçəngindən öldü. Hanter Bayden isə hal-hazırda Vaşinqtonda vəkil olaraq işləyir.[37]

Co Bayden və Cill Bayden

İkinci evliliyi[redaktə | mənbəni redaktə et]

Bayden 1975-ci ildə müəllimə Cill Tresi Yakobsla tanış oldu. 17 iyun 1977-ci ildə Nyu-Yorkda ailə həyatı qurdular.[38] Cütlüyün Eşli (d. 1981) adlı uşaqları var.[39]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Duignan B. Joe Biden // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Joseph Robinette Biden // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 3 4 5 6 7 Broder J. M. Father’s Tough Life an Inspiration for Biden (ing.). // The New York Times / J. Kahn Manhattan, NYC: New York Times Company, A. G. Sulzberger, 2008. ed. size: 443000 ISSN 0362-4331; 1553-8095; 1542-667X
  4. 1 2 3 4 Biographical Directory of the United States Congress (ing.). GPO, 1903.
  5. 1 2 https://www.the-sun.com/news/1719964/joe-biden-college-degrees.
  6. https://www.gala.fr/stars_et_gotha/joe_biden.
  7. 1 2 https://archive.org/details/isbn_9780061791987
  8. "Arxivlənmiş surət". 2020-05-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
  9. "Arxivlənmiş surət". 2019-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
  10. 1 2 3 4 5 "Arxivlənmiş surət". 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
  11. 1 2 "Arxivlənmiş surət". 2021-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
  12. 1 2 "Arxivlənmiş surət". 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
  13. "Arxivlənmiş surət". 2020-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
  14. "Arxivlənmiş surət". 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
  15. "Arxivlənmiş surət". 2021-01-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
  16. "Arxivlənmiş surət". 2020-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
  17. "Arxivlənmiş surət". 2021-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
  18. "Arxivlənmiş surət". 2008-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
  19. "Arxivlənmiş surət". 2021-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
  20. https://web.archive.org/web/20021226155950/https://www.senate.gov/artandhistory/history/minute/Youngest_Senator.htm
  21. 1 2 https://web.archive.org/web/20130813045404/http://www.time.com/time/magazine/article/0,9171,879402-6,00.html
  22. "Arxivlənmiş surət". 2017-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  23. "Arxivlənmiş surət". 2017-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  24. "Arxivlənmiş surət". 2017-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  25. "Arxivlənmiş surət". 2012-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  26. "Arxivlənmiş surət". 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  27. "Arxivlənmiş surət". 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  28. https://web.archive.org/web/20201107183815/https://www.delawareonline.com/story/news/politics/2020/11/07/one-us-delaware-pride-soars-biden-makes-history/6121243002/
  29. https://web.archive.org/web/20210119164919/https://www.nbcnews.com/now/video/biden-to-become-the-second-catholic-president-in-u-s-history-after-jfk-99673157918
  30. https://web.archive.org/web/20210120165457/https://apnews.com/article/joe-biden-executive-orders-b5b409da08e42414b9a12e2c67ee2df6
  31. https://web.archive.org/web/20210120200346/https://www.cbsnews.com/news/biden-executive-orders-watch-live-stream-today-2021-01-20/
  32. https://web.archive.org/web/20210122185925/https://www.economist.com/graphic-detail/2021/01/22/joe-biden-is-taking-executive-action-at-a-record-pace
  33. https://web.archive.org/web/20210122112210/https://www.politico.com/news/2021/01/22/biden-executive-orders-hunger-workers-461270
  34. https://web.archive.org/web/20210419193018/https://twitter.com/WhiteHouse/status/1384227810290462736
  35. https://web.archive.org/web/20210425151524/https://www.dw.com/tr/abd-afganistandaki-askerlerini-%C3%A7ekmeye-ba%C5%9Flad%C4%B1/a-57329833
  36. https://web.archive.org/web/20080925021142/http://www.sfgate.com/cgi-bin/article.cgi?f=%2Fn%2Fa%2F2008%2F08%2F22%2Fpolitics%2Fp222636D16.DTL
  37. "Arxivlənmiş surət". 2009-01-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  38. "Arxivlənmiş surət". 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  39. "Arxivlənmiş surət". 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.