Corciya — Vikipediya

Corciya
ing. Georgia
Ştat
Corciya bayrağı Corciya gerbi
Bayraq Gerb
Təxəllüsü:
Şaftalı ştatı
Cənubun İmperiya ştatı
Şüarı: Hikmət, ədalət, insaf
ABŞ xəritəsində Corciya
ABŞ xəritəsində Corciya
Rəsmi dilİngilis dili
Danışılan dillərİngilis dili
İspan dili
Paytaxtı
(və ən iri şəhəri)
Atlanta
Ən iri metropoliteniAtlanta Metropoliten Ərazisi
Ərazisi24-cü (ABŞ üzrə)
 • Ümumi59,425 mil²
(153,909 km2)
 • Eni230 mil (370 km)
 • Uzunluğu298 mil (480 km)
 • % su2.60
 • En dairəsi30° 356′ Ş - 34° 985′ Ş
 • Uzunluq dairəsi80° 840′ Q - 85° 605′ Q
Əhalisi8-ci (ABŞ üzrə)
 • Ümumi10,214,860 (2015)
 • Sıxlıq165.0/mil²  (65.4/km2)
18-ci (ABŞ üzrə)
 • Təsərrüfatın Orta Gəliri50,861 $ (23-cü)
Yüksəklik
 • Maksimal yüksəklikBrastaun Bald
4,784 ft (1,458 m)
 • Orta yüksəklik600 ft  (180 m)
 • Minimal yüksəklikAtlantik okean
Dəniz səviyyəsi
Ştatlıqdan ƏvvəlCorciya Əyaləti
İttifaqa qəbul2 yanvar, 1788 (4-cü)
QubernatorNatan Dil (R)
Leytenant-qubernatorKeysi Keygl (R)
Qanunverici hakimiyyətÜmumi Assambleya
 • Yuxarı PalataSenat
 • Aşağı PalataNümayəndələr Palatası
ABŞ SenatorlarıConni Ayzakson (R)
Devid Perdyu (R)
ABŞ Palata nümayəndələri10 Respublikaçı
4 Demokrat (siyahı)
Saat qurşağıŞərq UTC -7/-6
ISO 3166US-GA
AbbreviaturaGA
Rəsmi saytıgeorgia.gov

Corciya (ing. Georgia) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Atlanta şəhəridir. Sahəsi 152,6 min km2 -dir.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Əhalisi 9,7 mln. (2010). İnzibati mərkəzi. Atlanta şəhəridir.

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Ərazisinin çox hissəsini alçaq dəniz yanı düzənlik tutur. Şimal və şimal qərbdə Appalaç dağlarının ətəkləri və qolları yerləşir. İqlimi rütubətli subtropikdir. Dağlarda, əsasən, palıd, şam və fıstıqdan ibarət meşə sahələrinə rast gəlinir. Yağıntının illik miqdarı 1300–1600 mm-dir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Kenneso dağlarında döyüş

16-cı əsrdə yerli əhalisi hindi tayfaları çiroki və kriklərdən ibarət olan Corciya ərazisini ispanlar (E. de Sotonun və, ehtimal ki, X. Ponse de Leonun ekspedisiyaları) mənimsəməyə başladılar. 1670-ci illərdə Corciya ispanlar ilə ingilislər arasında mübarizə meydanına çevrildi. 1704-cü ildə ingilislər yerli hindilərlə birlikdə ispanları sıxışdırıb çıxardılar, 1715–16-cı illərdə isə keçmiş müttəfiqləri olmuş hindilərə divan tutdular. 1719-cu ildə Corciya ingilislərin Karolina koloniyasının əyaləti elan edildi. 1732-ci ildən İngiltərə kralı II Georqun şərəfinə Corciya koloniyası adlandırıldı. Corciyanın ilk qubernatoru olmuş, hərbi xadim və filantrop C. Oqltorp Corciyanı İngiltərədə yaşayan yoxsulların sığınacağına çevirmək arzusunda idi. Koloniyada quldarlıq, spirtli içkilərin istifadəsi qadağan edildi.

1733-cü ildə Corciyaya İngiltərədən ilk mühacirlər gəldilər. Əhalinin burada məskunlaşması prosesi ləng gedirdi, Corciya uzun müddət İspaniya Floridası ilə sərhəddə hərbi dayaq məntəqəsi idi 1752-ci ildən etibarən koloniyanın idarəçiliyi bilavasitə Böyük Britaniya kralının səlahiyyətinə keçdi. 1776-cı ildə, Şimali Amerikada istiqlaliyyət müharibəsi (1775–83) gedişində Corciya İngiltərənin keçmiş 12 koloniyası ilə birlikdə ABŞ-ni yaratdılar.

1829-cu ildə Corciyanın şimalında qızıl yataqları aşkar edildi. "Qızıl həyəcanı" Corciyaya ağdərili əhalinin kütləvi axınına səbəb oldu. 1830-cu ildə Corciyada yaşayan hindilərin bir qismi rezervasiyalara (indiki Oklahoma ərazisinə) yerləşdirildi, onların kütləvi surətdə köçürülməsi 1838–39-cu illərdə də davam edirdi. 1861-ci ilin əvvəlində Corciya ABŞ-nin tərkibindən çıxaraq Amerika Konfederativ Ştatlarına (Corciyada doğulmuş A. Stivens Konfederasiyanın vitse-prezidenti seçildi) daxil oldu.

1864-cü ildə Corciya ərazisində Amerika Birləşmiş Ştatlarında Vətəndaş müharibəsinin (1861–65) həlledici döyüşləri baş verdi. 1865–70-ci illərdə Corciyada hərbi idarəçilik tətbiq edildi (federal qoşunlar burada 1877-ci ilədək qaldı). 1960-cı illərdə Corciya Vətəndaş hüquqları uğrunda hərəkatın mərkəzlərindən biri idi.

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Ştatın iqtisadiyyatı üçün xidmət sferası, sənaye, kənd təsərrüfatı, turizm və s. sahələrin inkişafı səciyyəvidir. ÜDM-in həcmi 396 mlrd. dollar (2007), adambaşına 33,5 min dollar (ölkə üzrə 37-ci yer) təşkil etmişdir. Əlverişli coğrafi mövqeyi ştatı iri nəqliyyat, sənaye və rabitə mərkəzinə çevirmişdir. Nəqliyyat və elektrotexnika maşınqayırması, toxuculuq, tikiş, yeyinti, kimya və tütün sənayesi inkişaf etmişdir. Corciyada bir sıra iri korporasiyalar: AT&T Mobility (telekommunikasiya), The Home Depot və Oxford İndustries (pərakəndə ticarət), Delta Air Lines (aviadaşımalar), SunTrust Banks (maliyyə xidmətləri), United Parcel Service (poçt xidməti və logistika), The Coca-Cola Company (yeyinti sənayesi), Aflac (maliyyə xidməti), Southern Company (energetika), İntercon tinental Exchange (maliyyə xidməti), Genuine Parts (maşınqayırma), AGCO (maşınqayırma), Rock-Tenn (kağız və qab laşdırma sənayesi), Newell Rubbermaid (istehlak malları), Chick-fil-A və Waffle House (ictimai iaşə), NCR Corporation (elektronika) və s.; bəzi media- qrupların (Turner Broadcasting System və Cox Enterprises), telekanalların (CNN, TNT, Cartoon Network, Bumerang, TBS və The Weather Channel) mənzil-qərargahları yerləşir. Həm də bu ştat Coca Colanın vətəni hesab edilir. Coca Colanın gizli resepti heç kəsə bildirilmir, və resept sadəcə Atlantadadır.

Sənayesi[redaktə | mənbəni redaktə et]

Lockheed Martin (Mariettada) və General Dynamics (Savannada) şirkətinin aviasiya zdları, Kia Motors şirkətinin zavodları (Vest- Poynt), İnternational Paper şirkətinin kağız fabrikləri (Savanna), SABMiller şirkətinin pivə zavodları (Olban) ştatın iri müəssisələrindəndir. Yüksək keyfiyyətli mərmər, kaolin gili, qum, çınqıl hasil edilir. Corciyada kənd təsərrüfatı yüksək inkişaf etmişdir. Tütün, pambıq, qarğıdalı, yerfındığı (istehsalın həcminə görə ABŞ ştatları arasında birinci yer), çiyələk, soya bitkiləri, müxtəlif tərəvəzlər və s.becərilir. Corciyada şaftalı çox yetişdirildiyinə görə, buranı "şaftalı ştatı" da adlandırırlar. Heyvandarlıq qaramal (əsasən, südlük cinslər), donuzçuluq və quşçuluq ilə təmsil olunmuşdur. Ştatın enerjisinin təqribən 25%-ini 2 AES istehsal edir.

Qalereya[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]