Coystik — Vikipediya

Videooyun coystikinin elementləri: 1. çubuq, 2. özək, 3. tətik, 4. əlavə düymələr, 5. avtoatış düyməsi, 6. drossel, 7. hat switch (POV hat), 8. vakuum ayaqcıqları.

Coystik (ing. Joystick; "oyun çubuğu") — adətən, kompüter oyunlarında istifadə olunan populyar qurğu. Coystikin, adətən, kvadrat və ya düzbucaqlı plastmas korpusu olur və ora şaquli tutacaq bərkidilir. Tutacağın neytral vəziyyətdən müxtəlif istiqamətlərə hərəkət etdirilməsi ekranda kursorun və ya obyektin nisbi hərəkətini idarə edir, tutacağı buraxdıqda isə obyekt dayanır. Düymələr proqramın müxtəlif funksiyalarını aktivləşdirir və ya başladır. İstehsalatın avtomatlaşdırılmış idarəolunması sahəsində obyektin mütləq yerdəyişməsini idarə etmək üçün, adətən, coystikdən istifadə olunur. Bəzi modellərdə coystiklərdə təzyiq vericisi montaj edilir. Bu halda istifadəçi dəstəyi nə qədər qüvvətli sıxırsa, kursor displeyin ekranında o qədər cəld hərəkət edir.

Oyun manipulyatorlarının "ulu babası" olan bu qurğudan simulyatorlarda, arkad tipli kompüter oyunlarında, oyun konsollarında geniş istifadə olunur. Bəzi coystiklərdə tutacaq hərəkət etməklə yanaşı, öz oxu ətrafında fırlana da bilir. Coystiklərin analoq və rəqəmsal növü vardır.

Elektron oyunlarda tətbiqi[redaktə | mənbəni redaktə et]

İlk ev kompüterlərində istifadə edilən CH Products Mach 2 analoq coystiki.

Televiziya videooyunlarının və 1972-ci ildə çıxan Magnavox Odyssey oyun konsolunun yaradıcısı Ralf Baer ilk videooyun coystikini 1967-ci ilə yaradıb. Həmin coystiklər ekranda göstərilən obyektin şaquli və üfüqi hərəkətini təmin edirdilər.[1] Atəşaçma düyməsi olan ilk məlum elektron oyun coystiki Sega şirkətinin 1969-cu ildə buraxdığı "Missile" şuter simulyator oyunu olmuşdur. 1970-ci ildə oyun Şimali Amerikada Midway Games tərəfindən S. A. M. I. adı ilə satışa çıxarıldı.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Edwards, Benj. "Video Games Turn Forty". 1UP.com. 2004-07-17. 2011-06-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-05-13.