Culfalar məscidi — Vikipediya

Culfalar məscidi
Xəritə
39°45′30″ şm. e. 46°45′15″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Yerləşir Ü.Hacıbəyov küçəsi
Aidiyyatı Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu
Memar Kərbəlayı Səfixan Qarabaği
Tikilmə tarixi XIX əsr
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti naməlum
Rəsmi sayt
UNESCO Ehtiyat Siyahısı
TipiMədəni
Kriteriyai,iv,v,vi
Təyin edilib2001
İstinad nöm.1574
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.5092
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Culfalar məscidiXIX əsr-əsrdə Şuşanın Culfalar məhəlləsində tikdirilmişdir. Memarı Kərbəlayı Səfixan Qarabağidir. İki mərtəbəlidir. Qarabağlı Rızvan Memar Kərbalayi Səfixan Qarabaği. [1]

XIX əsrdə Şuşanın Culfalar məhəlləsində tikilmiş eyni adlı məscid də Kərbalayi Səfixanın yaradıcılıq ideyaları əsasında inşa edilmişdir. Məscidin ikinci mərtəbəsində qadınlar üçün nəzərdə tutulmuş zal və həmin zala qalxmaq üçün ayrıca quraşdırılmış pilləkən və giriş qapısı var. Baş fasadın ümumi giriş qapısı üzərinə qoyulmuş pəncərələr qadınlar bölməsini lazımi qədər işıqlandırmağa kifayət edir. Sütunsuz dörd divarla əhatə olunmuş sadə formalı memarlıq və konstruksiya həllinə malik olan ümumi ibadət zalı baş fasad və mehrab tərəfdən qoyulmuş iki pəncərə vasitəsilə işıqlanır. Məscidin dam örtüyü adi yaşayış binalarında olduğu kimi dördbucaqlıdır. Qarşısında çox da geniş olmayan meydan var. Həmin meydan qarşıdan keçən şəhər küçəsi ilə məhdudlaşır. [2]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "https://kataloq.gomap.az". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-24.
  2. "Culfalar məscidi". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-24.