Döş formalı təpə — Vikipediya

Yunanıstanın Mikonos adasında yerləşən və "Afroditanın döşləri" kimi tanınan təpələr.

Döş formalı təpə – formaca qadının döşünü xatırladan təpə. Bu cür antropomorfik coğrafi quruluşlar dünyanın müxtəlif yerlərində rast gəlinir. Bir çox mədəniyyətdə döş formalı təpələr ana tanrıları ilə əlaqələndirilir və onlara ana tanrıları ilə bağlı adlar verilib. Məsələn, İrlandiyada yerləşən Anunun döşləri xristianlıq öncəsi İrlandiyanın əhəmiyyətli qadın ilahəsi olan Anunun adını daşıyır.[1]

Ümumi baxış[redaktə | mənbəni redaktə et]

Batovi təpəsi, Uruqvay.

İngiltərənin Mançester şəhərinin adının Mamutsium qəsrinin adından gəldiyi güman olunur və fərziyyəyə görə bu söz kelt dilində "döş formalı təpə" mənasına gəlir. Çünki qəsrin yerləşdiyi yer döş formasını xatırladırmış. Bu ad daha sonra dəyişərək Mançester halını almışdır.[2][3]

Döş formalı təpələrin çoxu yerli məhsuldarlıq və çoxalma ilahları ilə əlaqələndirilir. Hətta bəzi arxeoloji qazıntı yerləri döş formalı təpələrin yaxınlığında yerləşir: Siciliyanın Samson adasının döş formalı Şimal təpəsi və Cənub təpəsində məzarlıqlar kəşf edilmişdir.[4][5] İspaniyanın Araqon bölgəsində yerləşən Burren və Burrera təpələrində Urnfild mədəniyyətinə aid arxeoloji qazıntı yerləri yerləşir.[6]

Döş formalı təpələr və ya dağlarla bağlı tarixdə müxtəlif əfsanələr və miflər qeydə alınmışdır. Məsələn, bir mifə görə Asiyanın naməlum bir regionunda Döş dağı adlı dağ yerləşir və buddist rahib Bodhidharma bu mağarada uzun illər meditasiya ilə məşğul olmuşdur.[7]

Koloniya dövrünün səyyahları və xəritəçiləri bu cür təpələrin adlarını tez-tez dəyişirdilər. Məsələn, Avstraliyada yerli xalq tərəfindən "qadın döşü" mənasına gələn Didthul sözü ilə adlandırılan bir dağ 1770-ci ildə Ceyms Kuk tərəfindən Göyərçin evi dağı olaraq yenidən adlandırılmışdır.

Fransız dilində döş formalı təpəcikləri bildirmək üçün "mamelon" sözündən istifadə olunur.[8] "Mamelon" fransız dilindən tərcümədə "döş giləsi" deməkdir. Mamelon qəsri ruslar tərəfindən tikilmiş və Krım müharibəsi zamanı Sevastopol mühasirəsində fransızlar tərəfindən ələ keçirilmiş qəsr olmuşdur. "Mamelon" sözü vulkanologiyada vulkan mənşəli bir qaya növünü bildirmək üçün də istifadə olunur. Termin ilk dəfə fransız səyyah və təbiətşünas Jan-Batist Bor de Sen-Vensan tərəfindən işlədilmişdir.[9]

Siyahı[redaktə | mənbəni redaktə et]

Mariya Qevaranın döşləri, Venesuela.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "The feminine in early Irish myth and legend". Scoilnet. 11 June 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 April 2011.
  2. Mills, A.D. A Dictionary of British Place-Names. Oxford: Oxford University Press. 2003. ISBN 0-19-852758-6. 2011-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-12.
  3. Hylton (2003), p. 6.
  4. "Samson, South Hill Chambered Cairn - The Megalithic Portal". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-12.
  5. "Samson, North Hill - The Megalithic Portal". 2021-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-12.
  6. "Burrén. Parque Arqueológico de la Primera Edad del Hierro en Frescano". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-12.
  7. "The Story of Bodhidharma". USA Shaolin Temple. 30 November 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 April 2011.
  8. Moureau, M.; Brace, G. Dictionnaire Du Petrole Et Autres Sources D'Energie: Anglais-Franncais, Francais-Anglais [Comprehensive Dictionary of Petroleum and Other Energy Sources]. Editions Technip. January 2008. səh. 936. ISBN 2-7108-0911-7. 9 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 April 2011.
  9. Decobecq, Dominique. "L'histoire du cratère Dolomieu (Piton de la Fournaise)" (fransız). 9 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 April 2011.
  10. Lay, Vicheka. "Cambodian Resort "Virtuous Woman's Breast" Mountain". Free Online Library. 2007. İstifadə tarixi: 4 April 2011.[ölü keçid]
  11. "Cerro Batoví" (ispan). Enciclopedia Geográfica del Uruguay. 25 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 April 2011.
  12. sfgov.org Arxivləşdirilib 14 iyun 2011 at the Wayback Machine
  13. "Geology". Jackson Hole.com. 2011. 8 February 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 April 2011.
  14. "Squawteat Peak archaeological site, The Handbook of Texas". 2019-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-12.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]