Dədə Qorqud parkı — Vikipediya

Dədə Qorqud parkı
Parkın görünüşü.
Parkın görünüşü.
Məlumatlar
Parkın tipi park
Yerləşməsi Ceyhun Hacıbəyli küçəsi, Nərimanov rayonu, Bakı, Azərbaycan Azərbaycan
Koordinatları 40°23′33″ şm. e. 49°50′48″ ş. u.
Sahəsi 6 ha
Yaradılıb 13 dekabr 2013[1]
Saytı dedegorgudpark.az
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dədə Qorqud parkıBakı şəhərində, Nərimanov rayonunda yerləşən park. ADA UniversitetininBakı zooparkının yanında yerləşir.

Haqqında[redaktə | mənbəni redaktə et]

Heydər Əliyev 2000-ci ilin aprelində parkın yerləşdiyi bu ərazidə "Dədə Qorqud heykəli və Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması haqqında" fərman imzalamışdı. Daha sonra 2 aprel 2007-ci ildə İlham Əliyevin imzaladığı sərəncamla Nazirlər Kabinetinə həmin fərmanın icrasını təmin etmək üçün müvafiq tədbirlər görmək tapşırılıb. Aparılan tikinti işlərindən sonra Dədə Qorqud parkı 13 dekabr 2013-cü ildə açılıb.[1] Açılış da İlham Əliyev də iştirak etmişdir.[2]

6 hektar ərazidə salınmış bu park paytaxtın ən böyük parklarındandır. Burada istirahət üçün hər cür şərait yaradılıb, yaşıllaşdırma işləri aparılıb, süni göl yaradılıb, müasir standartlara cavab verən işıqlandırma sistemi quraşdırılıb. Dədə Qorqud parkı həm də qədim Azərbaycan tarixinin və mədəniyyətinin açıq havada nümayişi meydanıdır. Parkın mərkəzində heykəltaraş Göyüş Babayevin "Kitabi-Dədə Qorqud" abidəsi ucalır.[3]

Parkın ərazisində sahəsi üç hektar olan süni göl və şəlalə yaradılıb. Parka gələnlər katamaranları kirayə edərək göldə gəzə bilərlər. Bunun üçün iki körpü var. Bundan başqa, süni şəlalənin aşağı hissəsində, habelə xüsusi su bitkiləri üçün nəzərdə tutulan kiçik körfəzin üzərində gəzinti üçün körpü salınıb.[3]

Parkda pulsuz Wi-Fi xidməti quraşdırılıb.[4]

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Bakıdakı qeyri-adi parkın möhtəşəm görüntüləri - FOTOSESSİYA". Milli.az (az.). 13 dekabr 2013. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2018.
  2. "Bakıda Dədə Qorqud parkı açıldı". Kaspi (az.). 13 dekabr 2013. 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2018.
  3. 1 2 "Bakının 12 əfsanəvi parkı". Azertag (az.). 28 iyun 2016. 2017-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2018.
  4. ""Dədə Qorqud" parkı da "Pulsuz WiFi"-la təmin olundu". Fins.az (az.). 5 oktyabr 2017. İstifadə tarixi: 2 avqust 2018.[ölü keçid]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]