Dəmir Qvardiya — Vikipediya

Dəmir Qvardiya
Loqonun şəkli
Quruluş tarixi 24 iyul 1927
Dağılma tarixi 1945
Baş qərargah
İdeologiya Antikommunizm, Antisemitizm
İdeoloji spektr ifrat sağçılıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dəmir Qvardiya (rum. Garda de fier) - Rumıniyada[1] Arxangel Mixail Legionu (Legiunea Arhanghelului Mihail) və ya Legioner hərəkatı (Mișcarea Legionară) kimi Korneliu Zelya Kodryanu tərəfindən 1927-ci ildə qurulmuş faşist siyasi partiya və hərəkat.[2] Cəmiyyət ultranasionalist, antisemitik, antimacar, antisiqanist, antikommunist idi və Şərqi Ortodoks Xristianlığını dəstəkləyirdi. 1930-cu ilin martında Kodryanu Legionun yarımhərbi siyasi qolu kimi Dəmir Qvardiyanı yaratdı və 1935-ci ildə Legion öz rəsmi adını "Totul pentru Țară" partiyası ("Hər Şey Ölkə Üçün" Partiyası) olaraq dəyişdirdi. O, sadəcə, İkinci Dünya müharibəsinin əvvəllərində mövcud oldu. Partiyanın üzvləri geyindikləri yaşıl formalar səbəbiylə "Yaşıl köynəklilər" olaraq adlanırdı.[3]

Marşal Yon Antonesku 1940-cı ilin sentyabrında hakimiyyətə gələndə Milli Legioner Dövləti yaradaraq, Dəmir Qvardiyanı idarəetməyə gətirdi. Ancaq, 1941-ci ilin yanvarında Legionerlər üsyanından sonra Antonesku təşkilatı dağıdaraq, ordu vasitəsiylə hərəkatı basdırdı. Hərəkatın Horiya Sima və digər liderləri Almaniyaya qaça bildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Picture of the Green House". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-24.
  2. Payne, Stanley G. A History of Fascism, 1914–1945. University of Wisconsin Press. 1995. səh. 394.
  3. For "greenshirts" see, for example, R.G. Waldeck, Athene Palace, University of Chicago Press eBook (2013), ISBN 022608647X, p. 182. Originally published 1942.