Daş Salnamə Muzeyi — Vikipediya

Daş salnamə muzeyi
Xəritə
Əsası qoyulub 2015
Mövzu Azərbaycan tarixi
Ölkə
Yerləşir Azərbaycan, Bakı, Əhəd Yaqubov küçəsi
Muzeyə yetişmək M 1 İçərişəhər metrostansiyası
İş rejimi 10:00 - 19:00
40°20′26″ şm. e. 49°50′18″ ş. u.
heydar-aliyev-foundation.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Daş Salnamə Muzeyi — Azərbaycanın daş plastikası tarixinə həsr edilmiş muzeydi. Muzeydə daş plastikanın bir çox növləri sərgilənir. Dövlət Bayrağı Meydanı ərazisində yerləşən Daş salnamə muzeyi Heydər Əliyev Fondu tərəfindən yaradılıb.[1] Azərbaycanda mənəvi həyatın ən arxaik xüsusiyyətləri məhz daş plastika ənənələrində saxlanılıb.

Tarixi[redaktə | mənbəni redaktə et]

Muzey 1921-ci ildə inşa olunmuş və vaxtilə neft mədənlərinin enerji təminatı üçün nəzərdə tutulmuş elektrik stansiyasının binasında yerləşir. Sonralar bina tamamilə bərpa edildi. Bərpa işlərindən sonra Daş salnamə muzeyi kimi fəaliyyət göstərir.[2][3]

Muzeyin açılışı 2015-ci il iyunun ayının 8-də baş tutdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva muzeylə tanış olublar.[1]

Ekspozisiya[redaktə | mənbəni redaktə et]

Azərbaycanın müxtəlif guşələrində aşkar edilmiş çoxlu sayda daş plastikasının nümunələri ilə yanaşı, qədim eksponatların əhəmiyyətli hissəsini funksional məna daşıyan və heç bir bəzəyi olmayan müxtəlif məişət əşyaları təşkil edir.

"Daş salnamə" sərgisinin ekspozisiyası daş plastikanın bir çox növlərini əhatə edir. Azərbaycanın daş plastikası tarixinə həsr edilmiş "Daş salnamə" ekspozisiyasına "Qobustan" və "Qala" qoruqlarından gətirilmiş eksponatlarla yanaşı, heykəltaraş Hüseyn Haqverdiyevin əsərləri də daxildir.

Ekspozisiyanın əsas hissəsi Şirvan-Abşeron zonasında tapılmış orta əsrlərə aid olan məzar daşlarıdır. Sənduqələr və başdaşılarında orta əsr dövrünün müxtəlif ictimai-siyasi, sosial, mədəni, ideoloji hadisələri haqqında orijinal informasiya verilir.

Şəkillər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Heydər Əliyev Fondunun rəsmi saytı". 2018-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-14.
  2. "Bakıda Daş salnamə muzeyi açıldı(08.06.2015)". 2017-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-14.
  3. "Музей каменной летописи". 2017-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-14.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]