Don Sovet Respublikası — Vikipediya

RSFSR respublikası
Don Sovet Respublikası
Донская советская республика
Donskaya Sovetskaya Respublika
Bayraq
Bayraq
Don Hərbi oblastının xəritəsi (1900)
Don Hərbi oblastının xəritəsi (1900)
 
 

Paytaxt Rostov-na-Donu
Rəsmi dilləri rus dili
Dövlət dini ateizm
İdarəetmə forması Sosialist respublika
Xalq Komissarları sovetinin sədri
 • 1918 Fyodor Q. Podtyolkov

Don Sovet Respublikası (rus. Донская советская республика, translit. Donskaya Sovetskaya Respublika) — Rusiya vətəndaş müharibəsi dövründə RSFSR-nin bir parçası olaraq Kamensk-Şaxtinski şəhərində yaradılan və sadəcə iki ay mövcud olmuş dövlət.

Don Hərbi oblastı ərazisində hakimiyyət qurmağı güdən respublika, Rusiya vətəndaş müharibəsi zamanı Ağ hərəkatın regiondan çəkilməsindən sonra, yəni 23 may 1918-ci ildə qurulmuşdur. Həmin ilin may ayında gerçəkləşən Don kazak üsyanı və Brest-Litovsk sülh müqaviləsinin imzalanmasından sonra Almaniya İmperiyasının qüvvələrinin regiona daxil olması ilə bolşeviklər Don vilayəti ərazisindən qovulmuşdur. Don kazakların qurduğu Don Respublikası Don Soveti ilə əvəz edilmişdir.

Tarix[redaktə | mənbəni redaktə et]

Don Sovet Respublikası Aleksey Kaledin rəhbərliyindəki Don kazaklarından ibarət olan Ağ hərəkatın və Könüllü ordunun regiondan çəkilməsindən sonra, yəni 23 mart 1918-ci il tarixində, Yekaterinoslav quberniyası və Don Hərbi oblastı ərazisində, Kamensk-Şaxtinski şəhərində qurulmuşdur. Dövlətin paytaxtı Rostov-na-Donu şəhəri elan edilmişdi. 9-14 aprel 1918-ci il tarixlərində regional bir sovetlər konqresi keçirilmişdir. Konqresin nəticəsi olaraq, 26 bolşevik və 24 sol sosialist inqilabçıdan ibarət olan Mərkəzi İcraiyyə Komitəsi (M.İ.K.) yaradılmışdır. M.İ.K. öz növbəsində Xalq Komissarları sovetini (Sovnarkom) yaratmış və qırmızı kazak olan Fyodor Podtyolkovu rəhbər seçmişdir. Dövlətin müdafiə ehtiyacını təmin etmək üçün Serqo Orconikidze rəhbərliyindəki bir Fövqəladə Heyət yaradılmışdır.[1]

Don Sovet Respublikası ərzaq rekvizitləri və şübhəli "əks-inqilabçılar"ın edamından sonra dəstəyini itirməyə başlamışdır. Aprel ayında ümumi bir Don kazak üsyanı qaldırılmışdı. 1 may tarixindən etibarən Almaniya İmperatorluğunun qoşunları Brest-Litovsk sülh müqaviləsinin nəticəsi olaraq regionun ərazilərinə daxil olmuşdur. Pyotr Krasnov rəhbərliyindəki Don kazakları 6 mayda Almaniya İmperatorluq qüvvələri tərəfindən işğal edilən Rostov-na-Donu şəhərini azad etdilər. Respublika rəhbərlərinin əksəriyyəti Tsaritsın şəhərinə qaçdı, fəqət rəhbərlərdən biri olan Fyodor Podtyolkov üsyançılar tərəfindən əsir alınmış, daha sonra isə edam edilmişdi. Don Sovet Respublikasının ərazini Don kazak üsyançılar tərəfindən tamamilə işğal edildi. Buna qarşı olaraq, Moskvadakı Sovet hökuməti respublika rəhbərlərinin Tsaritsında olduğunu nəzərə alaraq, Don Sovet Respublikasının varlığını sentyabr ayına qədər tanıdı.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Smeli, Conatan D. Historical Dictionary of the Russian Civil Wars, 1916-1926 (ingilis). London: Rowman & Littlefield. 2015. 337. ISBN 9781442252813. 2020-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-08.
  2. Holkist, Piter. Making War, Forging Revolution: Russia's Continuum of Crisis, 1914-1921. Kembric, Massaçusets: Harvard University Press. 2002. 171. ISBN 9780674009073. 2017-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-08.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]