Draugiem.lv — Vikipediya

Draugiem.lv
URL draugiem.lv
Kommersiya deyil
Tipi Sosial şəbəkə
Qeydiyyat məcburi
Dilləri latış, rusingilis
İstifadəçi sayı 2.6 milyondan çox
Sahibi Draugiem Group
Müəllif (lər) Lauris Liberts
Aqris Tamanis
Martins Piksens
Açılma tarixi 24 aprel 2004-cü il
Hazırkı statusu fəaliyyətdədir
Alexa reytinqi 14 771 (23 aprel 2020)[1]

Draugiem.lv (latış dilindən "dostlar üçün" kimi tərcümə olunur) — 2004-cü ildə yaranan sosial şəbəkə veb saytı. O, təxminən 2,6 milyon qeydiyyatdan keçmiş istifadəçisi olan Latviya və bütöv Baltikyanı bölgəsində ən böyük sosial şəbəkə veb saytıdır.[2]

"Draugiem" sosial şəbəkəsi "Draugiem Group" adlı çətir təşkilatının rəhbərliyi altında fəaliyyət göstərir. Həmin şirkət sosial şəbəkə üçün texnologiya təminatçılığı ilə məşğul olan İT ilə əlaqəli digər şirkətlərə də sahibdir.[3]

Tarixi[redaktə | mənbəni redaktə et]

"Draugiem.lv" sosial şəbəkəsi 2004-cü ildə Lauris Liberts, Aqris Tamanis və Martins Piksens tərəfindən qurulmuşdur.[4] 2007-ci ildə şirkət 1.000.000 istifadəçiyə çatdığını bildirdi. 2017-ci ilədək şirkət Tsesis, Barselona, Los-Anceles, ŞarlottTixuana şəhərlərində ofislər açdı, həmçinin Riqa qərargahları Tornyakalns tərəfdə daha böyük binaya köçürüldü.[5] 2019-cu ildə "Mapon" ("Draugiem Group"un bir hissəsi) Estoniya və Finlandiyada ofislərini açdı.[6]

6 oktyabr 2018-ci il Latviya parlament seçkiləri zamanı "Draugiem.lv"nin əsas səhifəsinə kiber-hücum edildi və oraya Rusiya bayrağının, Rusiya prezidenti Vladimir PutininRusiya ordusunun şəkli və rus dilində belə mətn yerləşdirildi: "Latış yoldaşlar, bu sizə aiddir. Rusiyanın sərhədi heç harda bitmir", eyni zamanda fonda Rusiya himni səslənirdi.[7][8] Veb sayt söndürüldü və bir neçə saatdan sonra yenidən açıldı.[9]

Brendləri[redaktə | mənbəni redaktə et]

"Road Games"[redaktə | mənbəni redaktə et]

2019-cu ildə şirkət, 100.000 avro dəyərində sərmayə ilə səyahət oyunu olan "Roadgames"i yaratdı. Oyun iştirakçıların çöldə tapşırıqlarda iştirak etmələrini tələb edir və təşkilatlar üçün komanda qurma fəaliyyətinin təşkil edilməsi üçün nəzərdə tutulur.[10]

"Mapon"[redaktə | mənbəni redaktə et]

Müəssisələr üçün GPS izləmə xidmətləri göstərən "Mapon" brendi 2006-cı ildə yaradıldı və Finlandiyada 54 işçisi və ofisi ilə "Draugiem" şirkətinin ikinci ən böyük brendidir.[6]

"Fast Brands"[redaktə | mənbəni redaktə et]

Fast Brands 2018-ci ildə fəaliyyətə başladı. Brend əsasən şirkətlərə məhsullarını onlayn satma imkanını təqdim edir.[11]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. draugiem.lv Competitive Analysis, Marketing Mix and Traffic - Alexa Arxivləşdirilib 2021-06-23 at the Wayback Machine (ing.). Alexa Internet
  2. "Arxivlənmiş surət". 2013-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-15.
  3. "Arxivlənmiş surət". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-15.
  4. Snow, Shane. "Facebook of Latvia Is Bigger Than Facebook (In Latvia)". Fast Company. June 28, 2012. August 12, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 18, 2017.
  5. "Draugiem Group". draugiemgroup.com. 20 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 March 2019.
  6. 1 2 "Draugiem Group". draugiemgroup.com. 15 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 March 2019.
  7. "Unknowns hack draugiem.lv; website shows Russian symbols and plays Russian anthem". Baltic News Network. October 6, 2018. 17 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 March 2019.
  8. "Draugiem.lv social network hacked with pro-Russia message". Public Broadcasting of Latvia. October 6, 2018. 6 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 March 2019.
  9. "Social network reopened after Russia-themed cyber attack". Baltic News Network. October 6, 2018. 17 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 March 2019.
  10. "Press Releases | LETA". www.leta.lv. 16 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 March 2019.
  11. "ABOUT". Fast Brands. 28 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 March 2019.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]