Durğunluq dövrü — Vikipediya

Leonid İliç Brejnev — iqtisadiyyatda «durğunluq» staqnasiyası məhz onun dövrünə aid edilir.

Durğunluq dövrü (rus. Период застоя) — SSRİ tarixində L.İ.Brejnevin hakimiyyətə gəlməsindən (1964) Sov.İKP-in XVII qurultayına (fevral 1986), daha dəqiq — 1987-ci ilin yanvar plenumuna qədər olan dövrü əhatə edən, ondan sonra cəmiyyətin bütün sferalarında keçirilən irimiqyaslı islahatlarla nəticələnən siyasi ifadə[1].

Durğunluq dövründə mədəniyyət[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Müharibə mövzusunda yazan yazıçılar arasında ən məşhuru əvvəlki kimi Konstantin Simonov qalır, o "Dirilər və ölülər" trilogiyasını yazmaqda davam edir. Romanın ikinci və üçüncü hissələri – "Heç kim əsgər doğulmur" (1964) və "Son yay" (1970) işıq üzü görür. Müharibə haqqında ədəbiyyatda Y.V.Bondarevin ("Hərarətli qar" 1969), B.L.Vasilyevin ("Burada üfüqlər sakitdir" 1969) böyük əməyi olmuşdur. Lakin heç də yazıçıların hamısı əsərlərini maneəsiz şəkildə nəşr etdirmək imkanına malik deyildi. "durğunluq" dövründə yazılmış əsərlərin əksəriyyəti yalnız "Yenidənqurma" illərində işıq üzü gördü. Durğunluq illərində sovet mətbuatı artıq Aleksandr Soljenitsının əsərlərini çap etmişdi. Onun əsərləri xaricdə çap edilir. Bu, sovet rəhbərliyini olduqca əsəbiləşdirirdi. 1969-cu ildə onu Yazıçılar İttifaqından xaric edirlər. Xaricdə dərc edilmiş "QULAQ arxipelaqı" romanına görə 1970-ci ildə yazıçı Nobel mükafatına layiq görüldüyündən, onu ölkədən qovurlar.

Dramaturgiya sahəsində istedadlı sovet müəlliflərinin – A.V.Vampilovun ("Ördək ovu", 1970), V.S.Rozovun ("Şərait", 1973), Q.İ.Qorinin (Ofşteyn) ("Herostratı unutmalı", 1972, "Həmin Münhauzen"), A.M.Volodinin (Lifşits) ("Payız marafonu", 1979) yeni əsərləri meydana gəldi. Sovet adamının mədəni həyatında estrada musiqisi əhəmiyyətli rol oynayırdı. "Dəmir barmaqlıq" altından xəlvətcə süzülən Qərb rok mədəniyyəti kütləvi sovet musiqisinə də öz təsirini göstərirdi. Vokal-instrumental ansamblların meydana çıxması ("Samotsvetı", "Pesnyarı", "Maşina vremeni" və b.) zəmanəsi idi. Məşhur müğənnilər – Çofiya Rotaru, Valeri Leontyev və b. bütün ölkədə tanınmışdı. 70-ci illərdə ölkə estradasının zirvəsinə Alla Puqaçova kimi yeni parlaq ulduzun yüksəlməsi dövrüdür. Q.V.Sviridovun ("Zaman-irəli" süitası, 1965, A.S.Puşkinin "Çovğun" poemasına musiqili illüstrasiyalar, 1974) klassik musiqinin inkişafına olan təsiri olduqca əzəmətlidir. İri həcmli musiqi əsərləri, o cümlədən balet, opera, simfoniya yaradıcısı kimi R.K.Şedrini ("Anna Karenina" baleti 1972, "Ölü canlar" operası 1977) misal gətirmək olar. Klassik ənənələrlə yenilikçi kompozisiya üsullarının sintezi A.Q.Şnitkenin yaradıcılıq dəstxəttində özünü büruzə verir.

Təsviri sənət[redaktə | mənbəni redaktə et]

Təsviri sənətə də rəhbərlik mənasız qadağalar və müvəqqəti mülayimlik arasında mövcud olan nisbi tarazlıq üzərində qurulmuşdu. Belə ki, 1974-cü ildə Moskvada 24 avanqardçı rəssamın əsərləri nümayiş etdirilən sərgi sentyabrın 15-də darmadağın edilir ("buldozer ağzı ilə üzləşən sərgi"), lakin artıq sentyabrın sonunda bu hadisənin ictimai rəydə yaratdığı güclü mənfi təsirin şahidi olan hakimiyyət rəsmiləri elə həmin avandarqçıların iştirakı ilə başqa bir sərginin keçirilməyinə icazə verirlər. Uzun illər boyu təsviri sənətdə sosialist realizminin hökmranlıq etməyi nəticəsində sovet tamaşaçı kütlələrinin bədii mədəni zövqü tənəzzülə uğrayır, onlar gerçəkliyin əsl mənada, hərfi inikasından azacıq mürəkkəb olan şeyləri qavramaq iqtidarını itirir. 70-ci illərin sonunda portretçi-rəssam olan, "fotoqrafik realizm" üslubunda çalışan Aleksandr Şilov böyük şöhrət qazanır.

Kinemotoqrafiya[redaktə | mənbəni redaktə et]

Böyük surətlə kino inkişaf edir. Ədəbi klassika ekranlaşdırılır. Ölkə kinematoqrafçılarının inkişafında Sergey Fyodoroviç Bondarçukun əzəmətli "Hərb və sülh" bədii filmi olduqca mühüm hadisə olur. Məzhəkə filmləri də çəkilir. 1965-ci ildə ekranlara ifrat dərəcədə şöhrət qazanmış "I əməliyyatı" filmi (rej. L.İ.Qayday) çıxır, Qaydayın Şurik, Qorxaq, Əbləh, Çoxgörmüş kimi kino qəhrəmanları ümumxalq sevimlilərinə çevrilir. Rejissorun sonralar çəkdiyi filmlər ("Qafqaz əsiri" 1966, "Brilyant əl" 1968, "İvan Vasilyeviç peşəsini dəyişir" 1973) hər dəfə tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. E.A.Ryazanov yüngül, məzəli məzhəkələr çəkir, onlardan bir çoxu (məsələn, "Qəribə təsadüf və ya həmişə təmizlikdə" 1975) hələ bu gün də öz əhəmiyyətini itirməyib. Melodram mövzusunda çəkilən filmlər də böyük nüfuza malik idi, bu filmlərin qəhrəmanları fərdi, ailə həyatının mürəkkəb burulğanında çapalayan müasirlərimiz, adi insanlar idi (G.N.Daneliyanın "Payız marafonu", E.A.Ryazanovun "İki nəfərlik vağzal", V.V.Menşovun "Oskar" mükafatına layiq görülmüş "Moskva göz yaşlarına inanmır" filmi), "Baharın on yeddi anı" (rej.T.M.Lioznova), "Görüş yerini dəyişmək olmaz" (S.S.Qovoruxin), "Səhranın bəyaz günəşi" (rej.V.Y.Motıl), "Şerlok Holmsun sərgüzəştləri" (rej.İ.F.Maslyonnikov) kimi kəskin süjetli əsərlər yaradılır. Lakin heç də bütün filmlər kütləvi prokata gedib çatmır. Uzun müddət A.A.Tarkovskinin kino əsərləri, məsələn, məşhur "Stalker" filmi geniş tamaşaçı kütləsi üçün naməlum qalır.

60-70-ci illərin mədəniyyəti üçün Vasili Makaroviç Şukşinin (1929-1974) yaradıcılığı xüsusi əhəmiyyət kəsb edir. Şukşin tanınmış yazıçı, aktyor və kinorejissor idi. Ustadın hekayə, povest və filmlərində qəribə, "əcaib" insan əks olunmuşdur, qəhrəmanın dünyanı həssaslıq, hətta ağrı ilə duyması oxucu, tamaşaçı üçün ətraf aləmə başqa gözlə baxmaq imkanı yaradır ("Orada, uzaqda" hekayə məcmuəsi, 1968, "Xarakterlər" hekayə məcmuəsi, 1973, "Belə bir cavan yaşayır" filmi 1964, "Sobacıq-daxmacıq" filmi, 1973, "Qırmızı başınağacı" filmi 1979).

Elm[redaktə | mənbəni redaktə et]

Ölkə elminin uğurları başlıca olaraq fundamental elmlər sahəsində təzahür edərək cəmləşir – əvvəllər olduğu kimi dünyada qabaqcıl mövqeləri sovet fizikləri, kimyaçıları tutur. Sovet İttifaqı kosmik fəzanın fəthində birinciliyi əldən vermir. Eyni zamanda sənaye nümayəndələrinin istehsalın səmərələşdirilməsində maraqlı olmaması səbəbindən elm və mühəndis nailiyyətləri xalq təsərrüfatında tətbiq edilmir. Elmin tətbiq sahələri olduqca zəif inkişaf edir. Sovet İttifaqı Kompüter texnikası sahəsində inkişaf etmiş ölkələrdən əhəmiyyətli surətdə geri qalır.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "The World Factbook". Cia.gov. 2015-07-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-07.