Dyula Nemet — Vikipediya

Dyula Nemet
mac. Németh Gyula
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (86 yaşında)
Vəfat yeri
Milliyyəti Macar
Təhsili
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dyula Nemet (mac. Németh Gyula; 2 noyabr 1890[2][3][…], Karçaq[d], Yas-Nadkun-Solnok[d]14 dekabr 1976[2][3][…], Budapeşt[1]) — macar dilçi, türkoloq, Macarıstan Elmlər Akademiyasının üzvü.

Həyatı[redaktə | mənbəni redaktə et]

Dyula Nemet Macarıstanın Szlnok əyalətinin Karçaq şəhərində dünyaya gəlmişdir. Türk dilinə olan marağı da məhz burada başlamışdır. Ali təhsilini Budapeşt Universitetində almışdır. 1907-ci ildə İstanbula köçmüş, 1908-ci ildə Aydınİzmir şəhərlərinə səyahət etmişdir. 1911-1914-cü illər arasında təhsil almaq üçün Leypsiq, KilBerlin şəhərlərində olmuşdur. 1915-ci ildə Budapeşt Universitetinin professoru olaraq burada çalışmağa başlamışdır. 1930-cu ildə Türk Filologiya İnstutunu yaratmışdır. Macarıstan Elmlər AkademiyasınınTürk Dil Qurumunun fəxri üzvlərindəndir.[4]

Əsərləri[redaktə | mənbəni redaktə et]

Dyula Nemet elm aləmində Türk dili, türk tayfaları, türklərin ilkin məskənləri haqqında apardığı tədqiqatlarla məşhurdur. 1916-1917-ci illərdə ilk kitabı olan "Türk Dilinin qrammatikası" kitabını, 1921-ci ildə isə Macar dilindən Türk dilinə keçən sözlərdən bəhs edən kitabını nəşr etdirmişdir. Müəllifin digər əsərləri aşağıdakılardır:

  • Yurd yaradan Macarlığın təşəkkülü
  • Ural və Türk dillərinin qədim əlaqələri
  • Hunlar və Tanrının qırmancı Atilla
  • Vidin Türkləri

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Deutsche Nationalbibliothek Record #119223341 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Gyula Németh // Brockhauz Ensiklopediyası (alm.).
  4. "Gyula Németh". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-04.