Ehtiram Hüseynov — Vikipediya

Ehtiram Hüseynov
Ümumi məlumatlar
Doğum tarixi (43 yaş)
Doğum yeri Hacısamlı, Laçın rayonu, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti xanəndə
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2017 "Naxçıvan Muxtar Respublikasının əməkdar artisti" fəxri adı — 2015

Ehtiram Hüseynov (18 oktyabr 1980, Hacısamlı, Laçın rayonu) — Azərbaycan xanəndəsi, Azərbaycan RespublikasınınNaxçıvan Muxtar Respublikasının əməkdar artisti (2017).

Həyatı[redaktə | mənbəni redaktə et]

Ehtiram Hüseynov 1980-ci il oktyabr ayının 18-də Laçın rayonunun Hacısamlı kəndində anadan olmuşdur.[1]. Əslən Daşlı kəndindəndir[2]. 1986-cı ildən Hacısamlı kənd 8 illik məktəbində təhsil alıb. 1992-ci ildə Laçın rayonunun erməni işğalçıları tərəfindən işğal olunması səbəbilə təhsilini Bakı şəhəri Binəqədi rayonu Biləcərəri qəsəbəsindəki 284 saylı orta məktəbində davam etdirmişdir.[2] Uşaqlıq illərində "Ağdam muğam məktəbi"ndə musiqi təhsili alıb. 1994–1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin "Bənövşə uşaq xoru"nda musiqi fəaliyyəti göstərib[3].

1997-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olub və buranı uğurla bitirib[1].

2007-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə həyata keçirilən Azərbaycan Televiziyasının "Muğam" televiziya müsabiqəsində iştirak etmişdir. Bu müsabiqədə 2-ci yerə layiq görülmüşdür[1].

2008-ci ildə Azərbaycan Milli Konservatoriyasına daxil olub. Azərbaycan Milli Konservatoriyasının magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Bir çox xarici ölkələrdə qastrol səfərlərində iştirak edib.

2011-ci ildə Beynəlxalq muğam müsabiqəsinin qalibi olub. Hazırda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti vəzifəsində çalışır.

Ailəlidir, 2 övladı var.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 12 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə tanınmış muğam ifaçısı Ehtiram Bahadur oğlu Hüseynov Naxçıvan Muxtar Respublikasının "Əməkdar artist"i fəxri adı ilə təltif olunub[4].

Prezident İlham Əliyevin 20 dekabr 2017-ci il sərəncamı ilə "Muğam televiziya müsabiqəsi"nin laureatı, Beynəlxalq muğam müsabiqəsinin qalibi, tanınmış xanəndə Ehtiram Bahadur oğlu Hüseynov muğam sənətinin inkişafındakı xidmətinə görə "Əməkdar artist" fəxri adı ilə təltif olunub[5].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 "Laçın yurdu" jurnalı, № 1(1), 2011, Bakı, "Elm və təhsil", 2011.
  2. 2,0 2,1 "Laçın yurdu" jurnalı, № 4(15), 2014, Bakı, "Bəxtiyar-4", 2014.
  3. Siyavuş Əmirli. ""Xanəndəlik sənəti məni öz cazibəsinə çəkirdi..."" (az.). lacin.info. 2014. İstifadə tarixi: 2014-05-18.[ölü keçid]
  4. "Ehtiram Hüseynov fəxri ad aldı". 2016-03-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.
  5. "Xanəndə Ehtiram Hüseynov fəxri ad aldı - SƏRƏNCAM". 2017-12-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-20.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • Ehtiram Hüseynov — Mirzə Hüseyn segahı (Malik Mansurov — Tar, Elşən Mansurov — Kamança)[1]
  • Ehtiram Hüseynov — Bayatı Şiraz muğamı (Malik Mansurov — Tar, Elşən Mansurov — Kamança)[2]
  • Ehtiram Hüseynov — Mahur təsnifi (Malik Mansurov — Tar, Elşən Mansurov — Kamança)[3]