Elektrolitlər — Vikipediya
Elektrolitlər - həll etdikdə və ya əritdikdə elektrik cərəyanını keçirən maddələr. Suda məhlulları və ya ərintiləri elektrik cərəyanını keçirməyən maddələr qeyri-elektrolitlər adlanır. Elektrik cərəyanı verildikdə müsbət və mənfi yüklərin hərəkəti baş verir, onlar özünü birinci növ keçirici olan hərəkət edən elektron qazına oxşadır.
Elektrolitlər yalnız məhlulda, onlardan bir neçəsi isə əritdikdə elektrik cərəyanını keçirir. Kristallik (bərk) halda onlar elektrik cərəyanını çox pis keçirir və ya heç keçirmir. Tipik elektrolitlərə misal olaraq natrium-xloridi göstərmək olar.
Elektrolitlərə suda həll olan qeyri-üzvi turşular (Məsələn: HCOOH, CH3COOH), qələvilər (Məsələn:NaOH, KOH, Ca(OH)2) (İstisna: H2SiO3) və suda həll olan duzlar (Məsələn: Na2SO4, BaCl2, K3PO4) aiddir. Suda həll edən zaman onlar ionlarına dissosiasiya edir. İonların əmələ gəlməsi qeyri-elektrolitlərlə müqayisədə elektrolitlərin xüsusi xassəyə malik olmasını göstərir. Elektrolitlər Dissosiasiya Dərəcəsi'nin qiymətinə görə üç qrupa – qüvvətli (Dissosiasiya Dərəcəsi ≥ 30%), orta qüvvətli (3% - 30% < Dissosiasiya Dərəcəsi) və zəif (Dissosiasiya Dərəcəsi < 3%) elektrolitlərə bölünür.
Qüvvətli Elektrolitlər
[redaktə | mənbəni redaktə et]Qüvvətli Elektrolitlər - Suda həll etdikdə və ya əritdikdə ionlarına tamamilə dissosiasiya edən elektrolit. Qüvvətli Elektrolitlərin Dissosiasiya Dərəcəsi ya 30%'ə bərabər ya da 30%'dən çox olmalıdır. Qüvvətli Elektrolitlərə suda həll olan duzlar, qələvilər, qüvvətli turşular və s. aiddir.
Orta Qüvvətli Elektrolitlər
[redaktə | mənbəni redaktə et]Orta Qüvvətli Elektrolitlərin Dissosiasiya Dərəcəsi 3% ilə 30% arasındadır. Orta Qüvvətli Elektrolitlərə Hg(OH)2, Al(OH)3, Mg(OH)2, H3PO4, H2C2O4 (Oksalat Turşusu) və s. aiddir.
Zəif Elektrolitlər
[redaktə | mənbəni redaktə et]Zəif Elektrolitlər - Suda həll etdikdə və ya əritdikdə qismən ionlarına dissosiasiya edən elektrolit. Zəif Elektrolitlərin Dissosiasiya Dərəcəsi 3%'dən aşağıdır. Zəif Elektrolitlərə NH4OH, H2CO3, H2S, HCN, H2O, CH3COOH və s. aiddir.
Tətbiqi
[redaktə | mənbəni redaktə et]Elektrolitlər elmdə və texnikada çox əhəmiyyətlidir. Onlar elektroliz və bir sıra kimyəvi sintezləri aparmaq üçün mühit rolunu oynayır.