Elman Bədəlov — Vikipediya

Elman Bədəlov
Ümumi məlumatlar
Doğum tarixi 4 iyun 1929(1929-06-04)
Doğum yeri
Vəfat tarixi 25 iyun 1991(1991-06-25) (62 yaşında)
Vəfat yeri
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Musiqi aləti kamança
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1982

Elman Kərim oğlu Bədəlov (4 iyun 1929, Ağdam25 iyun 1991, Bakı) — kamançaçalan, Azərbaycan SSR əməkdar artisti (1982).

Həyatı[redaktə | mənbəni redaktə et]

Elman Bədəlov 4 iyun 1929-cu ildə Ağdam rayonunda anadan olmuşdur. Gənc yaşlarından musiqi ilə məşğul olmuş, tar və kamaça alətlərində məharətlə çalmışdır.

Ağdam Dövlət Dram Teatrının tamaşalarında , kosertlərlə çıxış etmiş, Azərbaycan gənclırinin II festivalının laureatı olmuşdur (1957). Bununla yanaşı , Ağdam Pedoqoji Məktəbində fizika-riyaziyyat sahəsində təhsil almış və müəllim kimi çalışmışdır (1947-1951) Peşəkar musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində (1957-1961) və Azərbaycan Dövlət Konservatoriyasında (1975-1980) almışdır.

1958-ci ildən ömrünün sonuna kimi AzTRV QSC S.Rüstəmov adına xalq çalğı ansambl orkestrinin solisti və kamaça qrupunun konsertmeysteri olmuşdur. Elman Bədəlov solo ifaçı və muğam üçlüyünün tərkibində konsertlərdə çıxış etmiş, bir çox ölkələrdə (Türkiyə, Yaponiya, Danimarka, İsveç, Norveç və başqa ölkələrdə qastrol səfərlərində, beynəlxalq musiqi festivallarında çıxış etmişdir.

Kamançada çaldığı "Bayatı-Şiraz" "Dilkəş", "Şüştər" və s. muğamları, bəstəkarların əsərlərini məharətlə ifa edirdi.

Elman Bədəlov 25 iyun 1991-ci ildə vəfat etmişdir.

Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində xalq çalğı alətləri orkestrində işləmişdir.

Kamançada çaldığı "Bayatı-Şiraz" "Dilkəş", "Şüştər" və s. muğamları, bəstəkarların əsərlərini məharətlə ifa edirdi.

Bir çox olimpiadalarda və festivallarda iştirak etmişdir.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Həmçinin Bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]