Elnarə Abdullayeva — Vikipediya

Elnarə Abdullayeva
Ümumi məlumatlar
Doğum adı Elnarə Abdullayeva
Doğum tarixi 17 iyun 1972(1972-06-17) (51 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti Xanəndə
Fəaliyyət illəri 1992 - günümüz
Janr Muğam
Səs tembri Kontralto
Albom şirkəti Gilan

Elnarə Abdullayeva (17 iyun 1972, Çuxanlı) — Azərbaycan müğənnisi, Xanəndə, Azərbaycan Respublikasının Əməkdar artisti (2015).

Həyatı[redaktə | mənbəni redaktə et]

Elnarə Abdullayeva 1972-ci ilin iyunun 17-də Qobustanın Çuxanlı kəndində kasıb bir ailədə dünyaya göz açıb. Daha sonra Ağaxan Abdullayevin tələbəsi olaraq ondan muğamın sirrlərini öyrənir. Onun 2006-cı ildən musiqiçi və prodüser Asif Kərimovla birgə fəaliyyətə başlamasıyla xanəndənin bütün yaradıcılıq tərzi dəyişdi. 2000-ci illərdə Gilan albom şirkəti ilə müqavilə bağlayaraq "Elnarənin Musiqi Dünyası" adlı ilk albomunu çıxardı. 2015-ci ildə Heydər əliyev sarayında ilk solo konserti baş tutdu. Daha sonra 2015-ci ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görüldü. 2016-cı ilin mart ayında 3 gün Heydər Əliyev sarayında konserti baş tutdu.

Mükafatlar[redaktə | mənbəni redaktə et]

Azərbaycanın Əməkdar Artisti 14.09.2015

İstinadlar[redaktə | mənbəni redaktə et]