Eynəkli pinqvin — Vikipediya

Eynəkli pinqvin
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Eynəkli pinqvin
Beynəlxalq elmi adı

Eynəkli pinqvin[3] və ya Afrika pinqvini (lat. Spheniscus demersus) — Eynəkli pinqvinlər cinsinə daxil olan növ.

Xarici görünüş[redaktə | mənbəni redaktə et]

Öz cinsinin ən böyük nümayəndəsidir. Uzunluğu 65–70 sm, çəkisi 3–5 kq təşkil edir. Öz cinsinin digər nümayəndələri kimi onunda önü ağ, arxası isə qara rəngdə olur.

Yayılması[redaktə | mənbəni redaktə et]

Arealı Cənubi Afrika, Namibiya və yaxınlıqda yerləşən adaların sahillərində yayılmışdır. 1900-cü ildə populyasiyanın sayı 2 mln, 2015-ci ildə isə sayı 140–180 min baş olmuşdur.

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Bu növün nümayəndələri 20 km/s sürətlə suyun 100 m dərinliyinə üzə bilirlər. Suyun altında 2–3 dəqiqə qala bilirlər. Qida arxasınca 70–120 km dəniz daxilinə üzürlər. 2015-ci ildə Tiflisdə baş vermiş daşqın zamanı Tiflis zooparkından eynəkli pinqvin Kür çayı ilə 60 km aşağı axara doğru üzmüşdür[4]. Əsasən kiçik balıqlarla qidalanırlar[5]. Onların əsas düşmənləri: Köpək balıqları, dəniz pişikləri, qağayıları, insanlar və tənha pişiklər[6].

Qışqırıqları eşşək səsinə bənzəyir. Bu canlılar 10–12 il yaşaya bilirlər. 4–5 ilə nəsil verirlər. İki yumurta qoyan qişi ilə yanaşı erkəklərdə yumurtanın inkubasiyasında iştirak edir.

Qorunması[redaktə | mənbəni redaktə et]

Növ Beynəlxalq Qırmızı Kitaba daxil edilmişdir. Növün sayı XX əsrdə yumurtlarının kütləvi yığılması sayəsində sayları olduqca azalmışdır. 1900–1930 illərdə il ərzində 450 min, 1950-ci illərdə ilə 100 min yumurta yığılmışdır. Təkcə 1919-cu ildə 600 min yumurta yığılır.

Qalereya[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Бейчек В., Штясны К. Птицы. Иллюстрированная энциклопедия. — М.: Лабиринт-пресс, 2004. — 288 с.
  • Коблик Е. А. Разнообразие птиц. Часть 1. — М.: Издательство Московского университета, 2001.
  • Жизнь животных. В 7 томах. Т. 6. Птицы. — М.: Просвещение, 1986. — 527 с.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. Гладков Н. А., Рогачева Э. В., Сыроечковский Е. Е. Надотряд Плавающие птицы (Impennes) // Жизнь животных. Том 6. Птицы / под ред. В. Д. Ильичева, И. В. Михеева, гл. ред. В. Е. Соколов. — 2-е изд. — М.: Просвещение, 1986. — С. 36–37. — 527 с.
  4. "Tiflis zooparkından qacan pinqvin Azərbaycan sərhədinə qədər üzə bilmişdir". 2015-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-05.
  5. "Spheniscus demersus". 2008-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-05.
  6. "Arxivlənmiş surət". 2008-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-05.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]