Fərman bəy Nərimanbəyli — Vikipediya

Fərman bəy Nərimanbəyli
Fərman bəy Əmir bəy oğlu Nərimanbəyli
Doğum tarixi
Doğum yeri Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Mingəçevir, Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı İrma Lyarude
Uşaqları Vidadi, Toğrul
Fəaliyyəti mühəndis

Nərimanbəyli Fərman bəy Əmir bəy oğlu (1898–1970) — Cümhuriyyət tələbəsi, mühəndis.

Həyatı[redaktə | mənbəni redaktə et]

Fərman bəy Nərimanbəyli 1898-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdir. Orta təhsil aldıqdan sonra 1920-ci ilin yanvarında ADR hökuməti onu Fransaya ali təhsil almağa göndərmişdir. Kann şəhərindəki Politexnik Universitetini bitirdikdən sonra Azərbaycana dönmüşdür. İxtisasca energetik idi. Azərbaycan Dövlət Plan Komitəsində elektrikləşdirmə bölməsinin rəisi işləmişdir. 1937-ci ildə həbs olunmuş və sürgünə göndərilmişdir. Sürgündən qayıtdıqdan sonra Mingəçevirdə yaşamış və işləmiş, 1977-ci ildə orada vəfat etmişdir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Fərman bəy Fransada oxuyarkən fransız qızı İrma Lyarude ilə ailə həyatı qurmuşdur. VidadiToğrul adlı oğulları var.

Mənbə[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]