Fiziologiya — Vikipediya

Fiziologiya
Elm sahəsi → öyrənir
Yarımbölmə → öyrənir

Fiziologiya (yunan dili φύσις — təbiət və λόγος — bilik sözlərinin birləşməsindən əmələ gəlmişdir) — müxtəlif səviyyəli bioloji sistemlərin fəaliyyəti və tənzimlənməsi, həyati proseslərin normadakı sərhədlərini (bax: normal fiziologiya) və onlardan kənaraçıxmaları (bax: patofiziologiya) öyrənən elm. Fiziologiya canlı orqanizm və onun həyat fəaliyyəti haqqında olan elmdir. Fiziologiya canlı orqanizmin fəaliyyətlərinin icra mexanizmini açmaqla, onlar arasındakı əlaqəni, təkamülünü və fərdi inkişaf proseslərini öyrənir. Fiziologiyanın öyrənmə obyekti canlı orqanizmdir. Bioloji elmlərə aid olub, bütöv orqanizmin və onu təşkil edən orqan, toxumahüceyrələrin struktur elementlərinin həyat fəaliyyətinin, bu fəaliyyətin səbəb və mexanizmlərini müəyyən etməklə orqanizm ilə xarici mühit arasındakı əlaqəni öyrənir. Fiziologiyanın iki sərbəst elm sahəsindən ibarətdir:[1]

  1. Bitki fiziologiyası
  2. İnsan və heyvan fiziologiyası

Fiziologiyanın inkişaf tarixi[redaktə | mənbəni redaktə et]

Qədim fiziologiyanın inkişafı – Fiziologiyanın tarixi çox qədimdir. Onun əsasını eramizdan əvvəl Çində, Hindistanda, Yunanistanda və s. yaşamış filosoflar və həkimlərin anatomiyası və fiziologiyaya aid bəzi təsəvvürləri təşkil edir. Eramızdan 400 il əvvəl yaşamış Hipokrat (460–377) təbabətə aid qiymətli məlumatlar vermişdir. O, insanın bədən quruluşunu , kəllənin örtük sümüklərini öyrənmiş , bəzi cərrahi əməliyyatlar aparmış , şişlərin və çıxıqların müalicə üsullarını göstərmişdir. Azərbaycan fiziologiyasının inkişafı. Azərbaycan fiziologiya məktəbin təşkilində və ilk fizioloqların hazırlanmasında Pavel Yuryevic Rostovsev 1877-ci il Moskva da anadan olmuşdur. O ,1901-ci ildə Peterburq Hərbi –Tibb akademyasını bitirdikdən sonra fiziologiya kafedrasında əmək fəaliyyətinə başlamışdır.Косицкий Г.И.Физиология человека.-Москва,1985.

İnsan və heyvan fiziologiyası aşağıdakı bölmələrə ayrılır[redaktə | mənbəni redaktə et]

  1. Ümumi fiziologiya
  2. Müqayisəli fiziologiya
  3. Xüsusi fiziologiya

Ümumi fiziologiya-orqanizmdə , o cümlədən hüceyrə daxilində gedən prosesləri və bunlar arasındakı qarşılıqlı funksional dəyişikliklərin ümumi qanunauyğunliqlarını öyrənir. Müqayisəli fiziologiya- öz fəaliyyətini müxtəlif inkişaf mərhələlərindəki spesifik xüsusiyyətlərinə həsr edir. Müxtəlif zooloji qruplara aid canlının həyat fəaliyyətinin qanunauyğunluqlarını öyrənən təkamül fizioloji müqayisəli fizioson pilləsidir. Təkamül fiziologiyası,ekologiya,ontologiya və paleofiziologiya bölmələri vardır. Xüsusi fiziologiya-müxtəlif orqan və sistəmlərinin funksiyalarını, onlar arasındakı qarşılıqlı əlaqəni, daxili və xarici amillərdən asılığını, orqanizmin davranışını və s. öyrənir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Косицкий Г.И.Физиология человека.-Москва,1985