Forbes (jurnal) — Vikipediya

Forbes
Loqonun şəkli
Təsis tarixi 15 sentyabr 1917
Ölkə
Qərargah
Dil ingilis dili[1], rus dili, gürcü dili, polyak dili, koreya dili, portuqal dili, yapon dili, Çin dili, Eston dili, ərəb dili
ISSN 0015-6914
OCLC nömrəsi 01569688
forbes.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Nyu York 5-ci küçədəki Forbes binası
Forbes jurnalının binası

Forbes — ABŞ-də iki həftədə bir nəşr olunan bir biznes jurnalı.

1917-ci ildə Şotlandiyadan ABŞ-yə köç edən BC Forbes tərəfindən qurulmuşdur. Onun ölümündən sonra oğlu Bruce şirkətin başçısı olmuşdur. Bruce'un da ölümündən sonra sırası ilə jurnalı Malcolm Forbes, Steve Forbes, Timothy C. Forbes idarə etmişdir. Jurnalın bugünkü redaktoru William Baldwin, Nəşr etdirən isə Riçard Karlgaard'dır. Forbesin mərkəzi Nyu-Yorkda 5-ci Küçə adlanan yerdədir.

Şirkətin Forbes jurnalından başqa ForbesLife, Forbes Asia, American Heritage, American Legacy və American Heritage of Invention & Technology adlı jurnalları də nəşr olunmaqdadır. Forbes, İngiliscə dilindən başqa yeddi dildə nəşr olunmaqdadır. Steve Forbes və jurnalın bəzi yazarları Fox TV üçün Forbes on Fox və Forbes On Radio proqramlarını da hazırlamaqdadırlar.

Forbesin internet saytı,Forbes.com özünü dünya iş adamlarının ana səhifəsi olaraq bilinməkdədir. Forbes.com 1996-cı ildə David Churbuck tərəfindən qurulmuşdur. Bundan başqa, lüks avtomobillərlə əlaqədar ForbesAutos və digər internet saytlarına nəzarət xüsusiyyəti daşıyan Best Of The Web də Forbesə aiddir.

Sıralamalar[redaktə | mənbəni redaktə et]

Forbes müxtəlif mövzular haqqında hazırladığı sıralamalarla dünya səviyyəsində tanınmışdır. Bunların arasında ən məşhur olanları Ən Zəngin iş adamları və milyarderlər siyahısıdır.

Şirkətlər[redaktə | mənbəni redaktə et]

İnsanlar[redaktə | mənbəni redaktə et]

Forbes jurnalının nəşri zənginlər siyahıları ilə daha çox məşhurdur. Forbesin bu mövzuda etdiyi detektiv stilli araşdırmalarının nəticələrinə təxminən 100% dəqiq gözüylə baxılır.

Yerlər[redaktə | mənbəni redaktə et]

İdman[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]