Fuad Nağıyev — Vikipediya

Fuad Nağıyev
Vəzifədədir
23 aprel 2018-ci ildən
(i. e. 14–16 fevral 2024)
Şəxsi məlumatlar
Doğum tarixi 22 iyul 1975(1975-07-22) (48 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi

Fuad Hümbət oğlu NağıyevAzərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri (2018-ci ildən).

Həyatı[redaktə | mənbəni redaktə et]

Fuad Hümbət oğlu Nağıyev 22 iyul 1975-ci ildə Bakı şəhərində anadan olub. Fuad Nağıyev Bakı şəhəri 23 nömrəli tam orta məktəbdə təhsil alıb.1992–1997-ci illərdə Bakı Dövlət Universitetin Hüquq fakultəsində təhsil alıb. Təhsilini 1997–2000-ci illər ərzində Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun aspirantı kimi davam edib. 1998-ci ilin sentyabr-noyabr aylarında İngiltərənin Birminhem Universitetində Avropa Şurasının İnsan hüquqları üzrə hüquq və təcrübə proqramında təhsil alıb.[1]

Karyerası[redaktə | mənbəni redaktə et]

2004–2006-cı illərdə Aeroport Qeyt Biznes Aviasiya şirkətində xidmət və şöbə rəisi, 2006–2009-cu illərdə "Paşa İnşaat" MMC-nin direktoru, 2007–2009-cu illərdə "Bakı Dəmir-Beton-8" ASC-də baş direktor vəzifələrində çalışıb.[2]

2010–2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin hüquq sektorunda böyük məsləhətçi kimi fəaliyyət göstərib və "2-ci dərəcə dövlət qulluqçusu" ixtisas dərəcəsinə sahib olub. 2014–2017-ci illər ərzində "1-ci dərəcə dövlət qulluqçusu" ixtisas dərəcəsi ilə nazir köməkçisi vəzifəsində çalışıb.

6 fevral 2017-ci ildən 21 aprel 2018-ci ilədək Milli Turizm Təbliğat Bürosu publik hüquqi şəxsin direktoru olub.[3]

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2018-ci il aprelin 20-də Prezident İlham Əliyev Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi üçün bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikası Mədəniyyət NazirliyiAzərbaycan Respublikası Dövlət Turizm Agentliyi yaradılıb.[3]

Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2018-ci il tarixli Sərəncamına əsasən bu vəzifəyə Fuad Hümbət oğlu Nağıyev təyin edilib.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 "DÖVLƏT TURİZM AGENTLİYİNƏ SƏDR TƏYİN OLUNDU". 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-24.
  2. "Dövlət Turizm Agentliyinə sədr təyin olunub — TƏRCÜMEYİ-HAL". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-24.
  3. 3,0 3,1 "Turizm Agentliyinin yeni sədri kimdir?". 2020-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-24.