Gürcüstan Hərbi Hava Qüvvələri — Vikipediya

Gürcüstan Hərbi Hava Qüvvələri
საქართველოს საჰაერო ძალები
sak’art’velos sahaero dzalebi
Loqonun şəkli
Növü Hərbi Hava Qüvvələri
Yaranma tarixi 1991–2010
Ölkə Gürcüstan Gürcüstan
Tabedir Gürcüstan Silahlı Qüvvələri
Daxildir Gürcüstan Silahlı Qüvvələri
Sayı 2,971 nəfər
Qərargah Tiflis, Gürcüstan
Müharibələr Rusiya-Gürcüstan müharibəsi
Fərqlənmə nişanları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gürcüstan Hərbi Hava Qüvvələri (gürc. საქართველოს საჰაერო ძალები, sak’art’velos sahaero dzalebi) 1991-ci ildən 2010-cu ilə qədər Gürcüstan Silahlı Qüvvələrinin tərkib hissəsi olmuşdur. 2009-cu ilin sentyabr ayına olan məlumata görə, HHQ-də 2,971 nəfər hərbi və mülki qulluqçu fəaliyyət göstərirdi.[1]

Tarix[redaktə | mənbəni redaktə et]

Gürcüstan Hərbi Hava və Hava Hücumundan Müdafiə Diviziyası 1 yanvar 1992-ci il tarixində qurulmuşdur. 18 avqust 1998-ci ildə iki diviziya birləşmiş və vahid Gürcüstan HHQ yaranmışdır.

İlk döyüş uçuşu Abxaziya müharibəsi (1992-1993) zamanı 19 sentyabr 1992-ci ildə İzani Tsertsvadze və Valeri Nakopiya tərəfindən həyata keçirilmişdir. Bu tarix sonradan Gürcüstan HHQ günü kimi qeyd edilirdi. 2008-ci ilin avqustunda Rusiya ilə müharibənin ilk günlərində aktiv istifadə olunmasına baxmayaraq, sonradan Rusiya hava üstünlüyünü ələ keçirmişdir. Bu müharibə ərzində rus mənbələrinə əsasən Gürcüstan HHQ-nə məxsus üç ədəd Su-25 və iki ədəd L-29 vurulmuşdur. Gürcüstan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, döyüşlər zamanı 5 nəfər HHQ əməkdaşı həlak olmuşdur.[2]

2010-cu ildə Gürcüstan HHQ yenidən təşkil olundu. Bunun nəticəsində Hava Qüvvələri ayrıca bir vahid kimi ləğv olunmuş və Hərbi Hava və Hava Hücumundan Müdafiə briqadaları adı ilə Quru Qoşunlarına birləşdirilmişdir.[3]

Vəzifə və məqsədləri[redaktə | mənbəni redaktə et]

Gürcü HHQ-nə məxsus Mi-8 helikopteri

Gürcüstan HHQ-nin əsas vəzifələri aşağıdakılardır:

  • Tabeçilikdə olan birliklərin döyüşə hazır və mobil vəziyyətdə saxlanması
  • Suveren Gürcüstan ərazisinin və hava məkanının təhlükəsizliyini təmin etmək
  • Hava terrorizminə qarşı mübarizə aparmaq
  • Quruda və dənizdə istənilən döyüş tapşırığını yerinə yetirmək
  • Hava hücumundan müdafiənin təşkili
  • Düşmənin cəbhə xəttində və taktiki dərinlikdə yerləşən hədəflərinin məhv edilməsi
  • Çoxmillətli və kollektiv təlimlərdə iştirak etmək

Funksiyaları:

  • Qoşunların və yüklərin daşınması
  • Vurulmuş təyyarənin və pilotların axtarış və xilasetmə əməliyyatlarında iştirak etmək
  • Tibbi təxliyə əməliyyatları
  • Rəhbərliyi düşmən hücumu barədə məlumatlandırmaq
  • Hava kəşfiyyatı

Əsas iki aerodrom Tiflisdə və Marneulidə yerləşir.

Təchizatı[redaktə | mənbəni redaktə et]

Gürcü Mi-24 döyüş helikopteri
Gürcü Su-25 qırıcısı
Uçuş avadanlığı İstehsalçı ölkə Növü Variantı Sayı[4] Əlavə məlumat
Döyüş təyyarəsi
Su-25 SSRİ SSRİ hücumçu-bombardmançı 11[5]
Nəqliyyat
An-28 SSRİ SSRİ/Ukrayna Ukrayna nəqliyyat 2[5]
Helikopter
Mi-8 SSRİ SSRİ/Rusiya Rusiya hərbi-nəqliyyat Mi-8/171 15[5]
Mi-14 SSRİ SSRİ axtarış/xilasetmə 2[5]
Mi-24 SSRİ SSRİ/Rusiya Rusiya döyüş helikopteri 9[5]
Bell UH-1 ABŞ ABŞ hərbi-nəqliyyat UH-1H 12[5]
Təlim təyyarəsi
L-39 Çexiya Çexiya təlim/döyüş 4[5]
L-29 Çexiya Çexiya təlim/döyüş 4[5]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Defence Today 27: 1. September 2009 Arxivləşdirilib 2012-05-05 at the Wayback Machine.
  2. "List of Casualties among the Georgian Military Servicemen". 2012-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-27.
  3. Structure of Land Forces Arxivləşdirilib 2013-11-05 at the Wayback Machine. Ministry of Defense of Georgia.
  4. World Air Forces 2016 (PDF). Flightglobal International. Dekabr 2015. səh. 19. 2017-08-10 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 27 avqust 2017.
  5. 5,0 5,1 5,2 5,3 5,4 5,5 5,6 5,7 "World Air Forces 2017". Flightglobal Insight. 2017. 2017-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 avqust 2017.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]