Gürcüstanda turizm — Vikipediya

Gürcüstanda turizmGürcüstan iqtisadiyyatının əhəmiyyətli bir hissəsini təşkil edir. Beynəlxalq turizm tez inkişaf edən sahədir. 2016-cı ildə turizm sektoru ölkənin Ümumi Daxili Məhsulun 7,3 %-ini təşkil edirdi. 2015-ci ildə isə bu göstərici yalnız 6,6 %-ə bərabər olmuşdur. 2016-cı ildə 6,35 milyon xarici turist ölkəni ziyarət etmişdir.[1] Bu göstərici əvvəlki illərə nisbətdə 7,6 % daha çoxdur. Gürcüstan Milli bankının məlumatına görə, 2016-cı ilin birinci üç rübü ərzində turistlər ölkədə təxminən 1,68 milyard dollar xərcləmişlər. Göstərici keçən ilin analoji dövrü ilə müqayisədə 11 % çoxdur. Gürcüstanda xarici turistlərin xərcləri ödəmə balansına əhəmiyyətli dərəcədə təsir göstərir və təxminən Gürcüstan xidmətlərinin ixracından gələn gəlirlərin 61,4 %-i turizm sahəsinin üzərinə düşür.[2]

Xarici turistlər orta hesabla 5,1 gündən bir ölkəyə gəlirlər.[2] 2016-cı ildə ölkəyə 24 saat ərzində keçən turistlərin sayı 19 % artmışdır.[1]

Gürcüstanın Turizm üzrə Milli Administrasiyası ölkədə turizmin inkişafı ilə bağlı olan məsələlərlə məşğul olur. 2015-ci ildə qurum 26 beynəlxalq və daxili turizm yarmarkasında iştirak etmişdir. Doqquz marketinq məqsədli kampaniyaları təşkil etmiş və mətbuat üçün 64 tanışlıq səfəri keçirmişdir.

Ölkələr üzrə turistlər[redaktə | mənbəni redaktə et]

Xarici ölkə vətəndaşlarından 2015 və 2016-cı illərdə Gürcüstanı ən çox ziyarət edənlər[2]:

Sıra Ölkə 2015 Sıra Ölkə 2016
1  Ermənistan 1,468,888 1  Azərbaycan 1,523,075
2  Azərbaycan 1,393,257 2  Ermənistan 1,496,246
3  Türkiyə 1,391,721 3  Türkiyə 1,254,089
4  Rusiya 926,144 4  Rusiya 1,037,564
5  Ukrayna 141,734 5  Ukrayna 172,631
6  İsrail 59,487 6  İran 147,915
7  Polşa 41,425 7  İsrail 92,213
8  Almaniya 36,826 8  Qazaxıstan 48,809
9  Qazaxıstan 36,777 9  Polşa 44,388
10  ABŞ 31,147 10  Almaniya 40,889
2015-ci ildə ümumi turist 5,901,094 2016-cı ildə ümumi turist 6,350,825

Viza məhdudiyyətlərinin ləğvi nəticəsində, 2016-cı ildə İrandan gələn ziyarətçilərin sayı 485 % artmışdır. Həmçinin İsraildən gələn ziyarətçilərin sayı əhəmiyyətli dərəcədə — 55 % artmışdır.

Otellər[redaktə | mənbəni redaktə et]

Milli turizm administrasiyasının məruzəsinə əsasən, Gürcüstanda 2016-cı ilə təxminən 1700 mehmanxana fəaliyyət göstərmişdir. Tiflisdə 14 837 koyko-yer qeydə alınmışdır.

Beynəlxalq mehmanxana şəbəkələrinin bir çoxu Gürcüstanda fəaliyyət göstərir: Courtyard by Marriott[3], Sheraton Hotels and Resorts[4] və Radisson Hotels[5].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 7.3 % of Georgia’s GDP in 2016 Produced by Tourism Sector Arxivləşdirilib 2018-07-25 at the Wayback Machine // tabula.ge
  2. 2,0 2,1 2,2 "Georgian tourism in figures" (PDF). GNTA. 2015. 7 November 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 February 2017.
  3. "Holiday Inn Tbilisi". ihg.com. 27 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 February 2017.
  4. "Sheraton Batumi". sheratonbatumi.com. 5 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 February 2017.
  5. "Radisson Blu Iveria". radissonblu.com. 7 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 February 2017.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]