Gəmidə (film) — Vikipediya

Gəmidə
Gemide
Filmin posteri
Filmin posteri
Rejissor Serdar Akar
Prodüserlər Sevil Demirci
Önder Çakar
Ssenari müəllifləri Serdar Akar
Önder Çakar
Baş rollarda Erkan Can
Haldun Boysan
Yıldıray Şahinler
Naci Taşdöğen
Operator Mehmet Aksın
Bəstəkar Uğur Yücel
İlk baxış tarixi 4 dekabr 1998
Müddət 102 dəq.[1]
Ölkə Türkiyə Türkiyə
Dil Türkcə
Sonrakı film Laləlidə bir Əzizə
Rəng rəngli
IMDb ID0200654

GəmidəSerdar Akarın rejissorluğu və ssenaristliyini etdiyi 1998-ci il Türkiyə istehsalı filmdir. Filmin prodüserlərindən olan Önder Çakar həm də filmin ssenaristlərindən olmuşdur. Filmin musiqilərinin bəstələri Uğur Yücel tərəfindən edilib. Film "Laləlidə bir Əzizə" filmi ilə çarpaz süjet xəttinə malikdir.

Bir çox tənqidçi tərəfindən kult statusu alan film 90-cı illərin ən yaxşı türk filmlərindən biri hesab edilir. Xüsusilə filmdəki orijinal ssenari və dialoqlar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.[2][3]

Məzmun[redaktə | mənbəni redaktə et]

4 nəfərlik gəmi heyətindən olan boksyor gəminin stabil vəziyyətdə dayandığı zaman yemək almaq üçün Fateh rayonunun səmtlərindən olan Laləliyə gedər, lakin verilən pul ondan oğurlanar. Nəşə və alkoqolun təsirində olan gəminin kapitanı və digər üzvləri pulları qaytarmaq üçün Laləliyə gedir və boksyorun pullarını oğurladığını iddia etdiyi bir qrup adama hücum edirlər. Gəmi heyəti pulları geri qaytarar və həmin adamların içərisində olan Rumın bir qızı qaçırarlar. Gəmiyə qayıdıldığı zaman heyətin başı nəşənin təsirindən dumanlı olduğundan olan olayları heç kim normal xatırlamaz. Kapitan qızın geri qaytarılmasını istəyər, lakin boksyor və Ali qadına təcavüz edərlər. Bundan sonra olaylar bir-birinə qarışar və düşünülməz bir hal alar.

Rollarda[redaktə | mənbəni redaktə et]

Mükafatlar[redaktə | mənbəni redaktə et]

Filmin xarici dildə afişası

"Gəmidə" Türkiyədəki bir sıra nüfuzlu film festivallarında baş mükafatların sahibi oldu. Film həmçinin müxtəlif xarici festivallarda nümayiş etdirildi və böyük maraqla qarşılandı. Film 1999-cu ildəki Kann kinofestivalında Beynəlxalq tənqidçilər həftəsində (Semaine de la Critique) seçilmiş filmlər siyahısına daxil edildi.[4] "Gəmidə" bu siyahıya daxil olan nadir Türk filmlərindən biriydi.

Mükafat Kateqoriya Qalib/Nominant Nəticə
35-ci Antalya Qızıl Portağal Kinofestivalı Ən yaxşı film Önder Çakar Namizəd
Ən yaxşı aktyor Erkan Can Qazandı
Ən yaxşı rejissor Serdar Akar Qazandı
Ən yaxşı montaj Nevzat Dişiaçık Qazandı
11-ci Ankara Beynəlxalq Film Festivalı Ən yaxşı aktyor Erkan Can Qazandı
Ən yaxşı ikinci plan aktyor Haldun Boysan Qazandı
Ümid verən yeni rejissor Serdar Akar Qazandı
Ümid verən yeni ssenarist Qazandı
Münsiflər heyətinin Xüsusi Mükafatı Qazandı
Kerala Beynəlxalq Film Festivalı Ən yaxşı film Serdar Akar Namizəd

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Gemide Arxivləşdirilib 2021-08-08 at the Wayback Machine, TSA.
  2. "Gemide filminden ilginç detay, 21 yıl sonra ortaya çıktı". birgun.net. 16 dekabr 2019. 2020-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2020.
  3. "Kült film "Gemide" için bilinmeyen gerçek!". bolgegundem.com. 16 dekabr 2019. İstifadə tarixi: 8 yanvar 2020.
  4. "Archives de la Semaine de la Critique". 2020-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-08.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]