Gəncəçay — Vikipediya

Gəncəçay
azərb. Gəncəçay
Ölkə  Azərbaycan
Rayonlar
Şəhər
Mənbəyi Murovdağ silsiləsi
Mənsəbi Kür çayı, Mingəçevir su anbarı
Uzunluğu 99 km
Su sərfi m³/san
Su sistemi Mingəçevir su anbarı/Kür/Xəzər dənizi
Su hövzəsi Xəzər dənizi
Hövzəsinin sahəsi 752 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gəncəçay yaxud Gəncə çayıAzərbaycanda çay. Başlanğıcını Kiçik Qafqazdan götürür və Kür çayına tökülür.[1]

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Gəncəçay Kiçik Qafqazın Murovdağ silsiləsinin şimal yamacından axmağa başlayır. Çayın mənsəbi 2814 m yüksəklikdədir. Gəncəçay Kürə mənsəbindən 720 km yuxarıda tökülür. Gəncəçayın uzunluğu 99 km, hövzəsinin sahəsi 752 km2-dir. Çayın 9 qolundan 5-i sağ, 4-ü isə sol qoludur.[2][3]

Hövzə cənubda yerləşən bol yağıntılı alp çəmənliklərdən şimalda yerləşən az yağıntılı quru çöl və yarımsəhra çöllərinə qədər uzanır.[3] Çayın hövzəsi cənubdan şimala doğru enli və uzunsovdur. Murovdağ silsiləsi boyu Tərtərçayla, qərbdən Qoşqarçayın hövzəsi, şərqdən isə Kürəkçayın hövzəsi ilə həmsərhəddir. Çayın hövzəsinin orta eni 7,8 km, orta yüksəkliyi isə 119 m-dir. çayın tam düşməsi 2744 m, çayın orta meyilliliyi 27,7%, çay şəbəkəsinin sıxlığı 0,64 km/km2-dir.[2]

Gəncəçay yaz gursulu rejim fazalı çay qrupuna aiddir. Gursululuq adətən mart ayından iyun ayınadək davam edir. Gursulu rejim fazasının orta çoxillik davamiyyəti 137–150 gündür. Gursulu rejim fazasının başlamasının orta tarixi Gedamışda 17 mart, Zurnabadda 9 mart, Alaxançallıda 20 mart, qurtarma tarixi isə müvafiq olaraq 4–6 avqustdur. Gəncəçayın qolu olan Zivlənçayda isə gursululuq 133 gün davam edir. Orta başlama tarixi 17 mart, qurtarma tarixi isə 28 iyuldur. Çayın sol qolu Dəstəfurçayda gursululuq 131 gün davam edir, gursulu rejim fazasının orta çoxillik başlanması 6 mart, qurtarma tarixi isə 15 iyuldur.[2]

Gəncəçayın qidalanmasında qar suları 32%, yeraltı sular isə 44% təşkil edir. Yaz gursulu fazasında illik axım həcminin 60%-dən çoxunu təşkil edir. Avqust, oktyabr, bəzən noyabr aylarında qisamüddətli daşqınlar yaranır. əsas çay və onun qolları üzərində 5 hidrometrik məntəqə var.[2]

Gəncəçayın qolları[redaktə | mənbəni redaktə et]

Çayın ad Hansı sahildən birləşir Mənbəyindən məsafə, km Uzunluq, km Hövzə, km2
Zincirliçay sol 91 11 29
Danaqıransu sağ 85 9 14
Zivlənçay sağ 75 15 48
Qoçazçay sağ 72 7 14
Çimkirçay sağ 69 6 10
Dəstəfurçay sol 66 28 69
Mədyunçay sağ 59 6 12
Dərəmirzəçay sol 56 12 46
Xanbulaq sol 53 13 25

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. gsaz.az. "Azərbaycan çayları" (az.). 2014-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-16.
  2. 1 2 3 4 Məmmədov, Maqbet. Azərbaycan Hidroqrafiyası (PDF). Bakı: Təhsil. 202. səh. 49-50. 2020-10-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-01-25.
  3. 1 2 Gəncəçay hövzəsi üçün Pilot Çay Hövzəsinin İdarəçiliyi Planı, Azərbaycan (PDF). 2011. səh. 11. 2020-01-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-01-25. (#first_missing_last)

Həmçinin bax[redaktə | mənbəni redaktə et]