GameRevolution — Vikipediya

GameRevolution
Loqonun şəkli
URL gamerevolution.com
Dilləri ingilis dili
Açılma tarixi aprel 1996
Alexa reytinqi
  • 26.359 (22 sentyabr 2021)[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"GameRevolution" (əvvəllər "Game Revolution" və "Game-Revolution") və ya "GR" — 1996-cı ildə yaradılmış videooyun saytı. Mərkəzi qərargahı Kaliforniyanın Berkli şəhərində yerləşir. Buraya rəylər, resenziyalar, oyundaxili endirmə sahəsi, çitlər, mağaza, veb-komikslər, skrinşotlar və videolar daxildir. "GameRevolution" bu gün fəaliyyətdə olan ən köhnə videooyun xəbərləri və icmal saytlarından biridir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Qərargahı Kaliforniyada yerləşən "Net Revolution, Inc." 1996-cı ilin aprelində Dyuk Ferris tərəfindən holdinq şirkəti və "Game Revolution" veb-saytının sahibi kimi təsis edilmişdir. Ferris 2005-ci ildə "Bolt Media, Inc." tərəfindən açıqlanmayan bir məbləğə satın alınana qədər şirkətin prezidenti vəzifəsində çalışmışdır. 1996-cı ildə qurulan "GameRevolution" veb-saytına gündəlik yüz minlərlə ziyarətçi daxil olur.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Alexa Internet (ing.). 1996.
  2. "Gamerevolution.com Traffic and Demographic Statistics by Quantcast". Quantcast.com. 2013-10-24. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-28.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]